İş yerində cəsarət

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.

Davamı →

Öz markasını yaratmaq istəyənlər bunları mütləq bilməlidir!

Gəlin, birlikdə şəxsi brendimiz üçün edə biləcəklərimizə nəzər salaq.
Adımız
Adımız şəxsi brendimizdir, əgər bunu internet aləmində doğru idarə edə bilməsək, qarşımıza xoşagəlməz nəticələrin çıxması da qaçınılmaz olar.
Şəxsi brendləşmənin məqsədi internet resurslarında sizi axtarışa verən şəxslərin haqqınızda “düzgün informasiya” əldə etməsini təmin etməkdir.

Davamı →

Karyera yolunuzu seçməkdə çətinlik çəkirsinizsə

İnsanın keçəcəyi karyera yolu nadir hallarda proqnozlaşdırıla və ya düz yöndə olur. Əslində mütəxəssislərin 40%-i karyera həyatında dönüş etməyi düşünürlər.
Siz seçdiyiniz karyera yolunuzun düz və ya səhv olduğunu başa düşməlisiniz. İstəklərinizin dəyişib-dəyişmədiyini və kursunuzu dəyişdirmək üçün nə edə biləcəyinizi tapmaq üçün özünüzə düzgün suallar verməlisiniz.
Nə istədiyiniz bildikdə, sizi buna aparacaq qərarlar qəbul etmək daha asan olur. Karyeranızın düzgün istiqamətdə yönəldildiyinə əmin olmaq üçün bu beş sualdan istifadə edin.

Davamı →

İş həyatında sizə uğur qazandıracaq vərdişlər

1. İdeyalarınız üçün inbox sistemindən istifadə edin. Çox vacibdir ki, sizə hər hansı ideya gəldikcə onları harasa qeyd edəsiniz. Bunun üçün hər hansı proqram təminatı (misal üçün Evernote) və ya e-mail ünvanından və ya lap sadə Word faylından istifadə edə bilərsiniz.
2. Prioritetlərinizi müəyyən edin. Çalışın, hər dəfə işə başlamazdan əvvəl işləri prioritet və vaciblik əmsalına görə düzənləyəsiniz.
Davamı →

Köhnə iş yerinə qayıtmağın üstünlükləri

Yeni bir işin köhnəsi ilə dəyişdirilməsi elə də pis fikir deyil. Nə vaxtsa öz istəyinizlə tərk etdiyiniz ofisdə sizi, bəlkə də, xoş sürprizlər gözləyir.
Təsəvvür edin ki, günlərin bir günü cəsarətinizi toplayıb müdirə işdən ayrıldığınızı söyləmisiniz. İki həftə o qədər də intensiv olmayan, lakin əmək qanunvericiliyində nəzərdə tutulmuş işlərdən sonra çoxdan gözlədiyiniz azadlığa qovuşmusunuz. Daha sonra yenidən iş tapmısınız. Sonra o işi də başqasına dəyişmisiniz, vəzifədə yüksəlib stresə və gündəlik işlərə qərq olmusunuz. Və nəhayət, bir gün illər əvvəl tərk etdiyiniz iş yeri yadınıza düşüb və onu tərk etdiyiniz üçün peşman olmusunuz.

Davamı →

Biznesdə balans və emosional zəka çox önəmlidir

Yeni nəsil uğurlu biznes təsisçilərinin bir çoxu sağlam həyat tərzinə böyük əhəmiyyət verir. Sağlam həyat tərzinin iş adamlarında və dolayısı ilə bizneslərdə yaratdığı dəyişikliklərin bir hissəsi komanda üçün də keçərlidir.
Bəs sağlam həyat tərzi iş adamlarının biznesə yanaşmasını necə dəyişir? Bu dəyişikliklər biznesə necə təsir edir? Biznes və sağlam həyat tərzi arasında vaxt necə idarə olunur?
Davamı →

İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?

Ara-sıra şirkətinizdə və ya təşkilatınızda boş vakansiyalar olur. Sizin vəzifənizdən daha maraqlı və daha sərfəli olan bu vakansiyaların niyə sizə yox, bir başqasına nəsib olduğunu heç düşünmüsünüzmü? “Work.ua”nın bu ədalətsizliyin niyə baş verdiyinə dair bir neçə versiyası var.
Karyera artımınızı müzakirə etmirsiniz
İşçilərin istər vəzifələrdə, istərsə də maaşlarda irəli çəkilməmələrinin ən yayılmış səbəblərindən biri sadəcə bunu dilə gətirməmələridir. Rəhbərliklə bu cür söhbətlər çoxlarını qorxudur. Bəzi işçilər bununla çox iddialı, acgöz və qeyri-adekvat görünməkdən çəkinirlər. Rədd cavabı və ya hər hansı digər mənfi reaksiya irəliləmə barədə danışmaq niyyətini əvvəlcədən öldürür.
Davamı →

Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Davamı →

Təhsilini buraxır və mərhum atasının camaşırxana biznesini dirçəldir

Atası xərçəng xəstəliyindən vəfat edəndə Yakub Hijazinin 19 yaşı vardı. Livandan mühacir olan atasından ona qalan iflasın bir addımlığındakı çamaşırxana olur. Gənc sahibkar atasının biznesini yenidən “ayağa qaldırmaq” üçün təhsilini yarımçıq qoyur.
“Mən atamın adına xələl gəlməsinə yol verə bilməzdim. İflasa uğradınsa artıq nüfuzun da itmiş olur” deyə, artıq 27 yaşında olan Yakub Hijazi bildirir. O, Star Laundry şirkətinin prezidentidir. Şirkət Nyu-Cersi ştatında, Paterson şəhərciyində yerlışir. Atası rəhmətə gedəndən sonra Yakub  görür ki, atasının əsasını qoyduğu illik 4 mln. dollar gəlirli camaşırxana və quru təmzləmə iflasa doğru gedir.
Davamı →