Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

HR sektorunda peşələr

2000-ci illərin əvvəllərində “HR” abreviaturası çoxları üçün anlaşılmaz idi. “Kadrlar üzrə mütəxəssis” lər deyil, “HR” ların işlədiyi şirkətlər qabaqcıl sayılırdı. O vaxtdan bəri çox şey dəyişdi, kadrlar sektorunda bir çox sahə və ixtisaslar ortaya çıxdı. Onların bir çox artıq müstəqil peşələrə çevriliblər.
İstedad meneceri (Talent Manager)
Bu adam demək olar ki, sehrbazdır. Onun əsas vəzifəsi kadr bazarında istedadlı, qeyri-adi düşüncə tərzli işçiləri axtarıb tapmaq, onları şirkətdə işləməyə cəlb etmək, təşkilatın işinin xüsusiyyətlərinə və korporativ mədəniyyətə uyğunlaşmağa kömək etməkdir.

Davamı →

İşdə özünü xoşbəxt hiss etmirsənsə, nə edə bilərsən

Gallup statistikasına görə, işçilərin 85%-i işə çoxda böyük maraq göstərmir, yəni insanların əksəriyyəti işdə olarkən özlərini xoşbəxt hiss etmirlər. Orta statistik insan ömrünün təxminən 90 min saatını işdə keçirir, bu səbəbdən işinizdən zövq almağınız çox önəmlidir. Lakin burada da bir fırıldaq var: əgər əsas hədəfiniz xoşbəxt olmaqdısa, çox vaxt əksini hiss edəcəksiniz. Axı, xoşbəxtlik (bütün duyğular kimi) qısamüddətlidir.
Davamı →

İcraçı direktor üçün soyuq duş effekti

Biznesin mahiyyəti səhmdarların rifahını artırmaqdan ibarətdir. Artımın davamlılığı biznesin idarə etmə sistemini, uzunmüddətli hədəfləri olan komanda və bütün bunların başında duran CEO tələb edir. Ford və Hewlett-Packard nəhənglərinə nəzər yetirək.
Ford
Ford Motor Company şirkətinin təsisçisinin nəticəsi olan William Clay Ford (kiçik), Massaçusets Texnologiya İnstitutun nəzdində fəaliyyət göstərən menecment məktəbində təhsilini başa vurduqdan sonra magistr dərəcəsini almışdır. 1979-cu ildə gənc mütəxəssis Ford şirkətinə işə düzəlir. Satış, marketinq, maliyyə və tərtibat şöbəsində təcrübə qazandıqdan sonra direktorlar şurasına daxil olur.                                 
 

Davamı →

İşdə yaranan problemlərə qarşı dayanıqlı olmaq üçün nə etmək lazımdır?

Təsəvvür edin ki, hansısa layihə üzərində çox çalışmışınız və ya maraqlı fikir irəli sürmüsünüz, müdiriniz və ya iş yoldaşınız isə sizin bu əməyinizi mənimsədi. Qalmaqal yaratmağa tələsməyin – əvvəlcə situasiya ilə bağlı hər şeyə obyektiv qiymət verməlisiniz. Əməyinizi mənimsəyən şəxsin motivasiyası nə idi?
Əslində, səbəblər fərqli ola bilər: eqoistlik, özünüqiymətləndirmənin aşağı səviyyədə olması və s. Yaxşı olar ki, həmin insanla danışasınız və bu davranışın səbəbini başa düşəsiniz. Nəzərə almalısınız ki, problemin həlli də məhz onun yaranma səbəbindən asılıdır.
Davamı →

Uğurlu biznesin sirrləri

Hər hansı bir işə başlamazdan əvvəl müəyyən tərəddüdlərimiz, qorxularımız olur ki, bu da qərar qəbul etməli olduğumuz zaman bizim üçün çətinlik törədə bilən amildir. Əgər tərəddüd və qorxularımızı əvvəlcədən götür–qoy edərək, hesaba alsaq, biz istədiyimiz işin öhdəsindən asanlıqla gələ bilərik.
Bugün biznesdə uğur qazanmaq üçün, ehtiyacımız olan ən vacib şey çeviklik, planlı və təşkilati bacarıqlarımızın yaxşı olmasıdır. Əksər insanlar biznesə başlamaq üçün fikirləşirlər ki, onlar kompyuterlərini işə salacaqlar və ya qapılarını ətrafa açacaqlar və başlayacaqlar pul qazanmağa. Lakin, biznesdən gəlir əldə etmək, bizim düşündüyümüzdən də çətindir. Biznesdə uğurlu nəticəyə çatmaq üçün risk etməli, vaxtımızı düzgün bölməli və bütün vacib addımları planlaşdırmalıyıq.
Uğura gedən yolda bizim üçün ən vacib ola biləcək bir neçə amili qeyd edək:
Davamı →

İşçilərin işdən çıxmasının əsas 10 səbəbi

Heç kəs üçün sirr deyil ki, işdən çıxmanın ən geniş yayılmış səbəblərindən biri əmək haqqının aşağı olmasıdır. Təbii ki, bu, kadrların axınına təsir göstərən yeganə səbəb deyil. İş mühitində müəyyən məqamlara diqqət etsəniz, əməkdaşlarınız ilə daha produktiv işləyə bilərsiniz. Belə ki, hər zaman yeni işçi axtarışında olmaq və hər dəfə onlara yenidən təlim keçmək o qədərdə sərfəli deyil.

10. İş yeri uzaqda yerləşir, yol çox vaxt və xərc tələb edir. İşəgötürənlərin bir çoxu bu səbəbi əhəmiyyətsiz hesab edir, lakin bu belə deyil. Belə ki, işçilərin işdən uzaqlaşmasının əsas səbəblərindən biri də iş yerinin uzaq yerləşməsidir. Bunun qarşısını necə almaq olar? Yeni əməkdaşın axtarışını həyata keçirərkən, ilk növbədə iş yerinə yaxın ərazilərdə yaşayan namizədləri nəzərdən keçirin.
Davamı →

İşdə cəsarət | Rafiq Hunaltay

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.

Mövzudan uzaqlaşmadan deyim ki, adamların istəklərini yerə salmayıb həmin görüşü təşkil etdim. Görüşün mövzusu əmək haqqını manatla almaq barədə idi. O vaxt əmək haqqları həmin şirkətdə dollarla verilirdi, manat daha dəyərli idi və işçilər də rəqəm eyni qalmaqla, amma manatla istəyirdilər maaşlarını.
Davamı →

İş həyatında pis vərdişlər

“Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.

Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:

1. İşə gecikmək
Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.
Davamı →

Gərgin iş rejimi təhlükəlidir


8 saatlıq iş günü – köhnəlmiş və səmərəsiz bir yanaşmadır. Əgər gün ərazində mümkün qədər produktiv olmaq istəyirsinizsə, bu köhnə düşüncələri buraxın və yeni bir yol tapın.

8 saatlıq iş günü sənaye inqilabı zamanı zavod işçiləri üçün əl əməyinin sayını azaltmaq məqsədi ilə düşünülüb tətbiq edilmişdir. İki yüz il bundan əvvəl, bu sıçrayış və insan əməyinə humanist yanaşma sayılırdı. Təbii ki, bu yanaşma müasir dövr üçün daha uyğun deyil.

Bizim babalarımız kimi, biz də qısamüddətli fasilələrlə və ya fasiləsiz 8 saat işləyirik. İnsanların çoxu hətta nahar zamanı belə çalışır! İşə münasibətdə bu köhnəlmiş yanaşma bizə kömək etmir, əksinə, bizi geri çəkir.
Davamı →

Nə üçün insanlar motivasiyasını itirirlər?

Hər bir rəhbər ən azı bir dəfə motivasiyasını itirmiş insan və ya insan qrupu ilə işləməli olub. Kədərlidir, elə deyilmi?

Biz bir məsələ ilə məşğul olarkən, bu işə qoşulmaq və nəticələr əldə etmək istəməyənlərlə dil tapmaq çətin olur. Bəzən biz onların mənfi münasibətini mənfi cəhət kimi qəbul edirik və hesab edirik ki, belə insanlara sadəcə özləri üzərində işləmək lazımdır.

Problemin əsas mahiyyətini anlamaq üçün, başa düşmək lazımdır ki, insana ilham mənbəyini hiss etmək və elədiyi hər şeydə məna tapmaq istəyi xasdır. Bizim təbiətimiz belədir. Məlumdur ki, insanın beynində yeni bacarıqlar əldə etmək və mürəkkəb, lakin mənalı tapşırıqları yerinə yetirmək üçün təbii impulslar yaradan mükafatlandırma sistemi mövcuddur. Bu ehtiyacları qarşıladıqda bizdə dopamin maddəsi – motivasiya və zövq üçün məsul olan neyromediator yaranır, bundan sonra bu fəaliyyət ilə məşğul olmaq istəyimiz daha da artır. Mükafatlandırma sistemimiz aktivləşdikdə, biz özümüzü daha motivasiyalı, məqsədyönlü və ilham almış hiss edirik. Həyatın dadını hiss edirik.
Davamı →