Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

İnnovasiya menecmenti və elmi-texniki siyasət

İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqaməitləriqdən biridir.Onun məqsədi aşağıdakı sahələrdə firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir: yeni məhsullar işlənib hazırlanması və tətbiq edilməsi (innovasiya fəaliy­yəti); buraxılan məhsulun modernləşdirilməsi və təkmilləşdi­rilməsi; ənənəvi məhsul növləri istehsalının daha da inkişaf etdirilməsi; köh­nəl­miş məhsulların istehsalatdan çıxarılması.
İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib ha­zır­lanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə ve­­ri­lir. Yeni növ məhsullar işlənib hazırlanması və buraxılması firma­­nın strategiyasının daha üstün istiqamətləri olur.
Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütöv­lük­də aşağıdakıları nəzərdə tutur:
-innovasiya fəaliyyətinin plan və prqramının işlənib hazır­lanma­sı;
-yeni növ məhsullar işlənib hazırlanması gedişinə və onun tət­biq­inə nəzarət edilməsini;
-yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını;


Ardı →

Müəssisənin rəqabət üstünlüyünün həyat tsikli

Müəssisənin rəqabət üstünlüyünün səviyyəsi müqayisəli üs­tün­lüklər vasitəsilə müəyyən olunur.Müəssisəyə müqaisəli üs­tün­lüyü əmtəə, ona olan tələb və istehsalda istifadə olunan texno­logiya gətirir. Bunu nəzərə alaraq əmtəə,tələb və texnologiyanın həyat tsikli necə öyrənilirsə,bu cür də müəssisənin rəğbət üstün­lüyünün həyat tsikli öyrənilə bilər. Deməli burada da Hompart əyrisindən istifadə məqsədə uyğundur.
Hompart əyrisinə görə  müəssisənin həyat tsikli aşağıdakı mərhələdən ibarət ola bilər.


Yaranma (E) mərhələsi. Burada müəssisənin təşkilati-hüquqi forması seçilir, təşkilatın niyyəti, fəaliyyət profili, məqsəd və vəzifələri müəyyənləşdirilir,rəhbərlik,hakimiyyət xətti və idarəetmənin təşkilati quruluşi seçilir. Müəssisənin fəaliyyət profilinə uyğun olaraq istehsal aparatı, istehsal və əmək şəraiti müəyyənləşdirilir.


Ardı →

Elmi-texniki sahədə yeni təşkilati quruluşlar

Qərb ölkələrinin elmi-texniki siyasətinin tərkib hissəsi məhəlli elmi-texniki siyasətdir ki, bu da ölkənin ayrı-ayrı regionlarında ETS-nin inkişafının tənzimlənməsi və genişləndirilməsinə, kiçik innova­siya biznesinin inkişafı üçün əlverişli şərait yaradılan xüsusi zonaların və qurşaqların yaradılmasına yönəldilib.
Sahibkarlıq zonaları aşağıdakı funksiyaları yerinə yetirirlər:
— işsizliyin səviyyəsinin aşağı salınmasına kömək, durğun­luqda olan şəhərlərin və regionların təsərrüfatında yeni iş yerlərinin yaradılması;
— milli azlıqların iqtisadi və sosial inkişafına kömək edilməsi.


Ardı →

Biznesin stratejı planlaşdırılması: Nədən başlamalı?

Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir.
Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir.
Davamı →