Frederik Şopen

FRİDERİK ŞOPEN (1810 - 1849)
Paris. 1831-ci il... Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar - List, Berlioz, Bellini, yazıçılar -Heyne, Balzak, rəssam Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi.Taleyin acı hökmü ilə Friderik Şopen (1810 - 1849) elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir.
Etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar... Gördüyünüz kimi, bəstəkarın yaradıcılıq irsində ən müxtəlif janrlara rast gəlmək mümkündür. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmişdir - belə ki, skerso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə, ümumiyyətlə, musiqidən kənar, ədəbiyyatda tətbiq olunan janr idi. Bəstəkar artıq məlum olan janrlara da mühüm yeniliklər gətirmişdir. Məsələn, adətən yalnız texniki məşğələ üçün nəzərdə tutulan etüdü Şopen yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşəli polonez rəqsini isə Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən irihəcmli, sanballı əsər kimi təqdim etmişdir. Şopen musiqisinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir. Yenə Paris. 1848-ci il... Şopen artıq Avropanın görkəmli sənətkarı və ən məharətli virtuoz-pianoçulardan biridir. Dostları, pərəstişkarları saysız-hesabsızdır. Onların sırasında bəstəkarçün uzun illər boyu çox əziz olmuş bir insan - Jorj Sand təxəllüsü ilə tanınmış məşhur fransız yazıçısı Avrora Düdevan da var. Elə bu vaxt ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.
ŞOPENİN MƏHƏBBƏTİ
Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.

Bu əsərlərlə tanış olun:

 

  1. Vals do diyez minor (or. 64 N 2)
  2. Mazurka lya minor (or. 68 N 2)
  3. Noktürnlər: mi bemol major (or. 9 N 2), fa minor (or. 15 N 1), do diyez minor
  4. Polonez lya bemol major (or. 53)
  5. 7 və 20 N-li prelüdlər
  6. 2 N-li sonata: üçüncü hissə ("Matəm marşı")
  7. 3, 12və24N-lietüdlər

Mənbə: Musiqi-səmimiyyət məbədi (Ayna uşaq ensiklopediyası)
Müəllif: Aida Hüseynova

25 şərh

təpəgöz
Şopenin noktürnü pianoda çox məhşurdur.Təhminə və Zaur filmi xüsusilə Azərbaycanda populyar edib.Amma skripkada o heç də geri qalmır.Dünyanın ən məşhur skripkaçılarından olan Coşua Bell (Joshua Bell) bu musiqi parçasını böyük coşqu ilə oxuyur.Məsləhətdir,qulaq asın:


ilham
Pianist filmi yada düşdü. Elə bir bu musiqiyə görə Polşa fəxr edə bilər.
Dior
Təhminə filmindəki Şopenin preludiyası həqiqətən çox gözəl və düşündürücüdü.
Nermin Nebibeyli
piano… mənim sevimli pianom.....Şopen mənim xəyallarımın carçısıdır sanki…
girl_moon
Əla musiqidi, vals do diyez minoru dinləməyi daha çox xoşlayıram.
irada_shamil
pianonu cox sevirem!!cox ela musiqi idi.SUPER SUPER SUPER!
Frngz
Bəstələrini ən çox dinlədiyim və də ifa etdiyim bəstəkar. Noktürn do diez minor əsərinə isə sadəcə aşiqəm. TəŞəKkürləR. 
Medikamentoz
Nə sevdiyim: Für Elise
Frngz
Bəli, çox qəşəngdir, Beethovenin məşhur əsərlərindən biridir Für Elise... 
Medikamentoz
Pianoda ifa edə bilmədiyim zamanlarda onu mənə öyrətmələrini xahiş etmişdim,mənimlə «məzələnirdilər»---pianoçu qızlar,amma prinsipə samouçka vəziyyətində bir aya öyrəndim,və 6 ay sonra da ayağımı bir başmağa saldım ki,pianoya yazılmalıyam.Yaxşı da ki,yazılmışam. :)
Frngz
Lap yaxşı etmisiniz, piano dinləmək və ya onda ifa etmək insanı tamamilə başqa bir aləmə aparır... 
Medikamentoz
Satılmayana kimi həmişə dərsdən gələn kimi yorğunluğumu çıxarmaq üçün ifa edirdim,amma indi,yalnız həyətdə gəzinməklə təsəlli tapıram.
Frngz
Eybi yox, gün gələr yenidən piano ifa edərək yorğunluğunuzu atarsınız… söhbətə görə təşəkkür.
Medikamentoz
Sizə də təşəkkür :)  Mütləq,öz evimdə piano üçün mütləq ayrıca yer olmalıdır,ya da birbaşa elə pianolu ev alacam :)
pascal
Əgər musiqidən başı çıxmayan adam da Şopenin, Mosartın, Baxın, Bethovenin əsərlərini bəyənirsə, demək onlar əsil bəstəkarlardır. 
Medikamentoz
Üzeyir Hacıbəyovla Qara Qarayev və başqa bir çoxlarının da unutmayaq.Birdə Onu da deyim ki,musiqidən başı çıxmayana bir çoxları əksərən prestij naminə Onları bəyənirəm deyir.Başı çıxanlar isə heç zaman Hacıbəyovu nə Motsartla müqayisə edər,nə də digərləri ilə…
jaguar
Bir fərq var ki, onlar avropada doğulub, Üzeyir bəy Azərbaycanda. Əgər Üzeyir bəy də avropada doğulsaydı, bu dəqiqə onu dünyada tanımayan olmayacaqı.
Medikamentoz
Reklamları yaxşı olub deyirsən?! Məncə Onlar sahib çıxmağı bacarırlar,Biz isə boşa buraxmağı.
azadmamedov90
mence onlar inkisaf etmeye davam edecekler,bizden od alib ocaqlarin  yandirmaga,bizimki sonur,onlarda boyuyur,artiq sem idi,oldu lampa.o ise dondu elektrik lampalarina...bes bizde???
Medikamentoz
Avropa tarixini bilən birisi gözəlcə etiraf edə bilər ki,onların yaxın zamanlara kimi sosial-iqtisadi-mədəni bir ortaya qoyulacaq vəziyyəti çox olmayıb,daha dəqiq desək mədəniyyət küləyi çox da yuxarılara əsib gedib çata bilməyib,amma bugünkü inkişafa səbəb isə ticarət olub.Amma ticarət desən bu Torpağın oğullarına çatan olmaz,ortaya sual çıxır,bəs o zaman nədir bu fərq? Onların fərdə verdiyi önəm,bizim isə kollektivliyə.Yaxşı yadımdadır musiqidə xor oxuyan zaman elə uşaqlar var idi ki,əlbəttə ki,bu torpağın yetişdirdiyi,deyirdilər ki,100 nəfər arasında kimdir ki,bizim səsə fikir verən,amma hər dəfə unudurdular ki,müəlliməmiz yəhudidir,100 səsin arasında circirama səsini də tapır ortaya çıxarır və kötük sözü ilə başlayan vulqarizmləri yağdırırdı,amma inanın ki,onlar 5 ilə özlərində dəyişiklik etmədilər.Və nəhayət Mehdizadə Üzeyirlər yetişdi…
jaguar
Yazdıqlarınız işin bir tərəfidir. Razıyam bununla. Ancaq — bu ayrımçılığı sevməsəm də demək məcburiyyətindəyəm — xristian və islam dünyası. Bu hər sahədə var. Mədəniyyətdə də, incəsənətdə də, idmanda da, hətta hərbdə də. «erməni soyqırımı»n qəbul edən «həqiqətpərəst» xristian dünyası nə vaxt Qarabağ münaqişəsinə ədalətlə yanaşsa, bizim dahilərə də, istedalara də o zaman qərb dünyası həqiqi qiymətin verər. Müsəlman bir dahini dünyaya tanıtmaq onlara xoş olmayıb heç vaxt. Tək-tük vicdanlı  xristianları çıxmaq şərtilə. Bu da mənm fikrim. Razılaşmaya bilərsiz.
Medikamentoz
Məsələ burasındadır ki,bu ayrıseçkilik ola bilər var,amma biz niyə buna göz yumuruq ki,Biz öz təbliğatımızı aparmalıyıq.Bir an belə durmadan.Əgər səsimiz eşidilmirsə Səsimiz eşidilən yerlərə qalxmalıyıq,bir sözlə daima mübarizə ruhunda olmalıyıq və olacayıq!
jaguar
Bəlkə də haqlısız. Fikirləşəndə ki, evrovisionu Azərbaycana gətirməyi bacaran qüvvə, istəsə Üzeyir bəyi Şopendən, Motsartdan, Şostokoviçlərdən daha gözəl təbliğ edər. İstəsə.
Medikamentoz
Əslində təbliğ olunur,sadəc formatı geniş tutmaq lazımdır,Aztvdən bu yaxınlarda baxdım,Fransa şəhərlərinin birində Azərbaycan günləri keçirilirdi və açılış üçün Koroğlu operasından üverturanı ifa etdilər.Çox xoşuma gəldi,amma sadəcə formaı genişləndirmək daha gözəl olardı.Bir dəki,hər şeyi dövlətdən gözləmək lazım deyil,dövlət sadəcə lazımi dəstəyi verməlidir,vətəndaşlar da öz bacarıqlarını nümayiş etdirməlidirlər.
istorik_c
Polşaya “Avropanın ürəyi” deyirlər. Polşanın ürəyi isə Şopendir