Nə çox geri getmisiniz...

Bir vaxtlar Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş şəxs. Həm də Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri.

Sonra diplomat olur. Siyasətə atılır və Polşanın baş naziri seçilir. Bir gün baş nazir kimi Fransada səfərdə olarkən Paris universitetinin musiqi fakültəsində oxuyan bir gənc yanına gəlib:

— Siz o məşhur pianoçu, bəstəkar Paderevski deyilsinizmi? — deyə soruşur.
Paderevski cavab verir:
— Bəli, o mənəm.
— Bəs indi?
— İndi də Polşanın baş naziriyəm.
Davamı →

Teodor Amadey Hofman

Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir. 

Hofman 24 yanvar 1776 –cı ildə Köniqsberq şəhərində kral advokatının ailəsində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.

Onun musiqi və rəssamlığa həvəsi erkən yaşlarında, ədəbiyyata olan meyli isə yetkinlik yaşlarında aşkar olunmuşdur.
Davamı →

Ağası Məşədibəyov

Musiqi sənəti tariximizdə iz qoyan sənətkarlar cismani olaraq bu dünyanı tərk etsələr də, onların sənət izləri, gördükləri işlər xalqın yaddaşında yaşayır və unudulmur. Belə musiqi xadimlərimizdən biri də tarzən, bəstəkar, Əməkdar incəsənət xadimi Ağası Məşədibəyov (1912-1984) olub. 

1912-ci ildə Bakıda anadan olan Ağası Məşədibəyov Musiqi texnikumunda tar ixtisası üzrə təhsil alır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində çalışmağa başlayır. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Üzeyir bəyin təklifi ilə orkestrin dirijoru kimi də fəaliyyətini davam etdirir. Onun həm müəllim, həm də orkestrdə konsertmeyster kimi gənc musiqiçi kadrların meydana gəlməsində rolu az olmayıb.
Davamı →

Dinu Lipatti

Dinu LipattiDinu Lipatti 1917-ci ildə Buxarestdə musiqiçi ailəsində anadan olmuşdur. Atası skripkaçı Pablo de Sarasate və Karl Fleşin şagirdi olmuşdur. Dinu Milli kollecdə oxuyaraq, Mixail Jordan fortepiano və bəstəkarlıq dərsləri alırdı.

Sonra Buxarest Konservatoriyasına daxil olan Dinu öz mahir ifaçılıq istedadı ilə hamını heyran edir. Burada tələbələr tərəfindən təşkil olunan konsertdə Dinu E. Qriqin fortepiano konsertini virtuoz ifası ilə heyrətləndirir.

1932-ci ildə Lipatti özünün bəstələdiyi fortepiano, skripka və fortepiano üçün sonatinası mükafata, həmçinin “Qaraçılar” simfonik süitasına görə Qran-pri mükafatına layiq görülmüşdür.
Davamı →

Leonard Bernstayn

Leonard BernsteinLeonard Bernstayn 1918-ci ildə Massaçusets ştatının Lourens şəhərində anadan olmuşdur. Onun musiqi ilə məşğul olmasına ailə narazılıq etsələr də, qardaşının onu musiqi konsertlərinə aparması sonralar musiqi savadının öyrənilnəsində böyük xidmətləri olmuşdur.

Bir sıra musiqi məktəblərində təhsil alan Leonard 1940-cı ildə Boston Simfonik Orkestrində S.Kusevistkidən dərs alır.

Musiqi tarixinə həm bəstəkar, həm ifaçı, həm də dirijor kimi daxil olmuşdur. Hətta öz əsərlərindən ibarət konsertlər təşkil etmiş və bu əsərlərə dirijorluq etmişdir.
Davamı →

Rixard Vaqner - Musiqidə mistik simvolizmin banisi

O haradan bilərdi ki, günlərin birində dünyanı qan çanağına çevirmiş, milyonlarla insanın qatili olan Hitlerin sevimli bəstəkarı olacaq. Haradan bilərdi ki, əsərlərinin ifası və dinlənilməsi bir çox ölkələrdə yasaqlanacaq. Günlərin birində isə adı opera sənətində reformator olaraq əbədiləşəcək.

Leypsiq. 1813-cü ilin 22 mayı. Sadə polis məmuru ailəsində növbəti oğlan usağı, sayca yeddinci, dünyaya gəlir. Yeni doğulmuş körpə Rixard Vaqner idi.  Bir müddətdən sonra atası dünyadan köçür. Anası isə bir ildən sonra aktyor Lüdviq Qeyer ilə ailə həyatı qurur.

Qeyer uşaqları himayəsinə götürür. Onların savadlanması ilə yaxından məşğul olur. Vaqnerə böyük maraqda bulunan atalıq onu daima özüylə teatr salonlarına apararaq uşağın hər hansı bir bacarığa yetəcəyini gözləyirdi. 

Bəlkə də elə teatr onda böyük təəssürat yaratmış miflərə və mistitizmə maraq oyadaraq sonralar sənətinin leytmotivinə çevrilmişdi.  Ailədə digər uşaqlar qabiliyyətli idilər. Təkcə Vaqner sakit və susqun təbiəti ilə çılğınlıq və bacarıq nümayiş etdirmirdi. 
Davamı →

“Ölümsüz sevgili”yə məktub

  • Sevgi
6 iyul — səhər çağı
Mənim mələyim, mənim hər şeyim, mənim özüm. Bu gün yalnız bir neçə söz yazacağam, özü də karandaşla (sənin karandaşınla) — yalnız səhərdən təzə mənzil axtarmalıyam (1), indi bu, necə də yersizdir. Nə üçün bu dərin kədər zəruriyyət olanda danışır. Bizim məhəbbətimiz başqa cür ola bilərdi, qurbansız, heç nədən məhrum olmadan, bəlkə sən elə edə bilərsən ki, sən tamamilə mənim, mən sənin olum. Aman Allah! Gözəl təbiətə bax, ruhunu sakitləşdir, sevgi hər şeyi tələb edir və tamamilə haqlıdır, belə ki, mənə səninlə, sənə mənimlə yaxşıdır. Sən çox tez unudursan ki, mən ikimiz üçün həm sənin üçün, həm də özüm üçün yaşamalıyam, əgər biz tamamilə birləşə bilsəydik, sən məndən daha az əzab çəkərdin. (2) Mənim səyahətim dəhşətli idi.

Mən dünən səhər 4-də bura çatdım. Atlar az olduğu üçün, poçt başqa səyahət yolu seçdi (3), amma necə dəhşətli yol idi, sonuncu stansiyadan əvvəl mənə gecə vaxtı getməməyi xəbərdarlıq etdilər, meşədə baş verə biləcək təhlükələr haqqında danışdılar, bu, məni yalnız qıcıqlandırırdı, amma mən haqlı deyildim: bu dəhşətli yolda, çilpaq torpaq yolda karet sınmalıydı (4), əgər bu 2 poçtalyon olmasaydı, yolun ortasında qalardım. 
Davamı →

Robert Şuman

Robert ŞumanDahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur, Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danışan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.

1840-cı ildə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə “Qadın məhəbbəti və həyatı” və Heynenin sözlərinə “Şairin məhəbbəti” kimi şedevr əsərlər, habelə bir neçə iri həcmli əsər yaradır. 1843-cü il dekabrın 4-də müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan “Ray və Peri” oratoriyası böyük müvəffəqiyyət qazanır. Bir həftə sonra təkrar konsert təşkil olunur.
Davamı →

Mixail Qlinka

Mixail QlinkaMixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan «Nəcib pansiona» daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.

1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur.
Davamı →

Georg Fridrix Hendel

Hendel Georg FridrixHandel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır. İlk operaları olan «Ameliya» və «Neron» əsərlərini 1705-ci ildə yazmışdır. 1707-1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır.

1710-cu ildə Hendel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Hendel iki il sonra yenidən, lakin qısa müddətə Almaniyaya qayıdır.

Hannoverdə olduğu bu qısa müddət ərzində Böyük Britaniyanın gələcək şahzadəsi Karolinaya bir neçə vokal duetlər bəstələyir. 1712-ci ildən etibarən bəstəkar demək olar ki, həmişəlik İngiltərədə məskunlaşır. Britaniyaya gəldiyi ilk illərdə Surrey qraflığının Barns Elmsin yaradıcılığına pərəstiş edən zəngin tacirlərindən birinin evində yaşayır.
Davamı →