Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.
6. qoruyucu – müdafiə funksiyası – qan immunitetin mühüm amillərindən biri kimi, orqanizmin ümumi müdafiəsində yaxından iştirak edir. Qan bu funksiyanı əsasən leykositlər vasitəsilə həyata keçirir.
7. humoral funksiya – qanda olan müəyyən bioloci aktiv maddələrin (hormonların, ionların və s.) təsiri nəticəsində orqanizmin fəaliyyəti tənzim olunur.
Yaşlı şəxsin orqanizmdə qanın miqdarı 5-6 litrə yaxın olur (yəni orqanizmin ümumi kütləsinin 6-8 %-ni və ya 1/13 hissəsini təşkil edir). Uşaqlarda bu nisbət 11-15%-ə yaxındır. Bu miqdarda qanın heç də hamısı eyni vaxtda damarlarda cərəyan etmir. Yəni müəyyən miqdar qan bəzi orqanlarda (qaraciyər, dalaq, ağciyərlər, dəri və s.) depo halında qalır. Qanın 1/2 — 1/3 hissəsini itirildikdə ölüm baş verir.

Qanın tərkibi

Qan maye hissəsi olan plazmadan və burada asılmış vəziyyətdə yerləşən formalı elementlərdən (eritrosit, leykosit və trombosit) təşkil olunmuşdur.
Qanın plazması – 52-58 %, formalı elementləri isə 42- 48 % təşkil edir. Qanın plazması mürəkkəb bioloci mühit olub, tərkibi sudan (90-92 %) və quru maddələrdən (8-10 %) təşkil olunmuşdur. Quru maddə isə üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Üzvi maddələrə plazmanın zülalları – albumin, qlobulin, fibrinogen, hormonlar və fermentlər aiddir. Qanın plazmasında azotlu birləşmələr də (amin turşuları, polipeptidlər, sidik cövhəri, sidik turşusu, kreatin və s.) müəyyən olunmuşdur. Qanın tərkibində azotsuz üzvi birləşmələr də qlükoza, neytral yağlar, lipidlər də çoxdur. Fermentlərin bəziləri qanın laxtalanmasında və fibrinoliz prosesində iştirak edirlər (protrombin və profibrinolizin). Qan plazmasının qeyri – üzvi maddələri kationlardan – Na, Ja, K, Mg və anionlardan – Jl, HPO4, HJO3 ibarətdir. Bütün bunlar qan plazmasının 1%-ni təşkil edir.
Hemoqlobinin eritrositdən çıxması hemoliz adlanır. Hemoliz prosesi damar daxilində, həm də orqanizmdən xaricdə gedə bilər. Qanın hemolizi ilan zəhəri, əqrəb, çox zaman arı sancması, habelə malyariya, uyğun olmayan qrupp qanı köçürdükdə baş verir. Buna bioloci hemoliz deyilir.
Qanın formalı elementləri. Qanın formalı elementlərinə eritrositlər, leykositlər və trombositlər aiddir.
Eritrositlər. İnsanda eritrositlər yüksək ixtisaslaşmış və nüvəsini itirmişdir. Kişilərdə eritrositlərin miqdarı 1mm3 qanda 4,5-5,5 mln., qadınlarda 3,7-4,7 mln. ola bilər. Eritrositlərin miqdarı müəyyən daxili və xarici səbəblərdən (sutkalıq, dövrü dəyişikliklər, əzələ işi, emosiya, yüksəkliyə qalxdıqda, çoxlu maye itirdikdə) dəyişə bilər. Bunun miqdarının artmasına eritrositoz, azalmasına isə eritropeniya – anemiya deyilir. Eritrositlər əsasən tənəffüs funksiyası yerinə yetirir, yəni qazlar mübadiləsini təmin edir. Bunu eritrositlərdə olan hemoqlobin piqmenti yerinə yetirir. Eritrositlər, həmçinin qidalandırıcı funksiya da yerinə yetirir. Belə ki, eritrosit amin turşuları hüceyrələrə daşıyır. Eritrositlər müdafiə funksiyası da yerinə yetirir. Eritrositin səthində olan zülal təbiətli antitel hesabına toksinlər neytrallaşdırılır. Eritrositlərin fermentativ funksiyası onunla izah edilir ki, onun tərkibində bir sıra fermentlər vardır. Eritrositlər cəmi 130 gün yaşayır. Eritrositlərin bərk hissəsinin 90 %-ni hemoqlobin təşkil edir. Bu oksigenlə birləşərək, onu toxumalara və orada əmələ gələn karbon qazını isə ağciyərlərə daşıyır. Hemoqlobin 600 amin turşudan ibarətdir. İnsan qanında 3 tip hemoqlobin olur.
Leykositlər – qanın formalı elementidir. Sağlam yaşlı insanlarda leykositlərin miqdarı 1mm3 qanda 6000-8000 arasında tərəddüd edir. leykositlər 15-20 gün yaşayır, fəaliyyət göstərir. Leykositlərin artmasına leykositoz, azalmasına leykopeniya deyilir. Leykositlər iki qrupa ayrılır:
1. dənəli leykositlər — qranulositlər. Bunlar 3 növ olur: eozonofillər, bazofillər və neytrofillər.
2. dənəsiz leykositlər – aqranulositlər. Bunlar da 2 qrupa bölünür: limfositlər və monositlər.
Trombositlər və ya qan lövhəcikləri oval və girdə formalı olur. İnsan trombositlərində nüvə olmur. 1mm3 qanda 200000-400000 arasında olur. Trombositlərin artmasına trombositoz, azalmasına isə trombopeniya deyilir. trombositlər 8-12 gün yaşayır.
Trombositlər bir sıra funksiyaları yerinə yetirir: qanın laxtalanmasında və fibrinoliz prosesində fəal iştirak edir. Qanın laxtalanmasını təmin edir, həmçinin bakteriyaları aqqlyutinasiya (yapışdırmaq) edərək, faqositoz törədir və müdafiə funksiyası yerinə yetirir.
Hemostaz qan axmanı dayandıran fizioloji proseslərin cəmi başa düşülür. Hal-hazırda qanaxmanın dayandırılmasının iki mexanizmi ayırd edilir:
1. damar – trombositar və ya mikrosirkulyator hemostaz
2. qan laxtasının restraksiyası (yığılması) ilə qanın laxtalanması.
Damar-trombositar və ya mikrosirkulyator hemostazda qan axmanın dayanması kiçik damarlarda baş verir. Bu prosesdə bir sıra komponentlər iştirak edir:
1. damar spazmı
2. trombun əmələ gəlməsi
3. trombun getdikcə sıxlaşması və yığılması etibarlı hemostaz yaradır.
Qanın laxtalanması orqanizmin mühüm müdafiə mexanizmlərindən biri olmaqla, onu qanaxmadan xilas edir. qanın laxtalanmasında 4 əsas amil iştirak edir: fibrinogen, protrombin, tromboplastin və kalsium ionları. Qanın laxtalanmasına 3 mərhələli proses kimi baxılır:
1. qanda və toxumada aktiv tromboplastin əmələ gəlir
2. aktiv tromboplastinin təsirindən protrombindən – trombin əmələ gəlir. Bu mərhələdə kalsium ionları iştirak edir.
3.  trombinin təsiri altında qan plazmasının həll olan fibrinogeni həll olmayan fibrinə çevrilir.
Fibrinin əmələ gəlməsi ilə qan laxtası meydana çıxır və laxtalanma prosesi başa çatır.
Qan qrupları. İnsan eritrositlərində aqqlyutinogen (yapışan maddə) və qan plazmasında isə aqqlyütinin (yapışdıran maddə) müəyyən etmişdir. Bu maddələr müvafiq olaraq aqqlyutinogen A,B, aqqlyütinin a və b hərfləri ilə işarə edilmişdir.
İnsanda 4 qan qrupu ayırd edilir:
I qrup – eritrositlərdə aqqlyutinogen yoxdur, plazmada isə aqqlütininlər (a və b) olur.
II qrup – eritrositlərdə aqqlyutinogen A və plazmada isə aqqlyütinin b olur
III qrup -  eritrositlərdə aqqlyutinogen B və plazmada isə aqqlyütinin a olur.
IV qrup – eritrositlərdə aqqlyutinogenlər A,B olur. Plazmada isə a və b aqqlyütininlər olmur.
Qan köçürmə zamanı qan qruplarının düzgün seçilməsi vacibdir. Belə ki, I qrup (OO) – universal donor, yalnız öz qrupundan qan ala bilər (resipient).

Donorun qan qrupları və eritrositlərdəki aqqlyutinogenlər

Resipiyentin qan qrupları və plazmasındakı aqqlyütininlər

 

 

a  b

b

a

0

 

 

I

II

III

IV

I

O

-

-

-

-

II

A

+

-

+

-

III

B

+

+

-

-

IV

AB

+

+

+

-

Rezus – amil. Bu amil eritrositlərdə tapılmış və rezus-amil adlandırmışlar. İnsanların 85 %-də rezus amil müəyyən edilir (müsbət rezus amil). 15 % insanlarda isə rezus olmur (mənfi rezus amil). Rezus sistemində müxtəlif rezus aqlyutinogenlər olur: D, J, E və s. insanda bunlardan ən fəal D-dir.
Qanı rezus müsbət olan kişi ilə qanı rezus mənfi olan qadının nigahı zamanı (50 % ehtimal olunur) dölün qanı əksər halda atanınkı kimi rezus müsbət olur. Dölün qanı anna qanı ilə qarışdıqda antirezus əmələ gəlir. Bunun nəticəsində eritrositlər parçalanır, damar daxilində qan laxtalanır. Əmələ gələn antirezus-aqlyutinin konsentrasiyası çox olarsa, döl ölür və uşaq salma baş verir. Əgər bunun konsentrasiyası az olarsa, döl hemolitik sarılıqla doğulur.

İmmunitet və onun növləri

İ.İ.Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə mühüm müdafiə funksiyasını yerinə yetirirlər. Onlar orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsişləşdirir, nəticədə özləri də ölür və çirk, irin əmələ gəlir. Bu prosesi alim faqositoz, leykositləri isə faqsitlər adlandırıb. Meçnikovun bu fikri sonradan immunitet təliminin əsasını qoydu.
Məlumdur ki, orqanizmə düşən bakteriyalar özlərindən toksin adlanan zəhər hazırlayaraq düşdüyü yerə buraxırlar. Orqanizm isə həmin toksini — zəhəri neytral-laşdıran antitoksin hazırlayır. Bu antitoksinlərin bəziləri qanın bir tərkib elementi kimi illərlə orqanizmdə qalır, ona görə də insanlar həmin xəstəliyə təkrarən tutulmurlar. Keçici xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılmışdır. İmmunitet latın sözü olub tərcümədə xilas etmə, azad etmə deməkdir. Vaksin və zərdabları orqanizmə yoluxdurmaqla onda aktiv və yaxud passiv immunitet yaradılır ki, sonradan həmin orqanizm o xəstəliyə tutulmur.
İmmunitetin iki növü var:
1. Anadangəlmə – növə məxsus
2. sonradan qazanılan – fərdə məxsus olur.
Anadangəlmə immunitet növün irsi əlamətidir. Sonradan qazanılan immunitet özü də iki yerə bölünür:
1. təbii
2. süni.
Bunlardan hər ikisi də aktiv və passiv immunitetlərə bölünür.
Təbii aktiv immunitet orqanizmdə o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi keçirir. Məs.  insan uşaqlıqda qızılca, göy öskürək, su çiçəyi xəstəliklərini keçirirsə, o bir daha həmin xəstəliyə tutulmur, çünki onun qanında həmin xəstəliyə qarşı xüsusi maddə-antitel əmələ gəlir. Həmin antitel zülali maddə olub, yad cisimləri (mikroorqanizmləri) və zəhəri zərərsizləşdirir.
Təbii passiv immunitet isə ananın qanı ilə plasenta vasitəsilə keçərək dölün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südü ilə də keçə bilir. Məs. skarlatina, difteriya və s. Lakin 1-2 il keçdikdən sonra həmin antitellər dağılır, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez bir zamanda yoluxa bilir.
Süni aktiv immunitet sağlam adama və yaxud heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və yaxud mikrob zəhəri – toksinini yoluxdurduqdan sonra əmələ gəlir. Bu preparatın vaksinindən köçürüldükdən sonra həmin adam o xəstəliyə yüngül formada tutulur, orqanizmdə antitel əmələ gəlir.
Süni passiv immunitet – orqanizmə tərkibində xəstəliklərdən mikrob və onun zəhəri olan antitel və antitoksin olan zərdab köçürürlər. Zərdabı başlıca immunlaşdırılmış at qanından alırlar.  Passiv immunitet bir aydan çox orqanizmdə qalmır, ancaq orqanizmə zərdabı köçürən kimi özünü göstərir. Vaxtında müalicəvi zərdabın orqanizmə köçürülməsi bir çox ağır keçirici xəstəliklərin tez bir zamanda qarşısının alınmasına səbəb olur. Əgər vaxtında zərdab vurulmasa, onda orqanizm həmin xəstəliyə qarşı lazımi miqdarda antitel hazırlaya bilmir və nəticədə ölür.

 

0 şərh