Yaşla əlaqədar qan plazmasının dəyişməsi

Yeni doğulmuş körpənin ümumi bədən kütləsinin 15%-ni qan təşkil edir. 1 yaşında bu göstərici 11%-ə enir. Müqayisə üçün deyək ki, orta yaşlı insanların bədən kütləsinin 7-8%-i qandır. Qanın plazmasnın və hüceyrəsinin əmələ gəlib-formalaşması uşaq orqanizminin embrional inkişafının ilkin mərhələlərindən başlayır. Ana bətnində inkişafın əvvəlində damarların daxili divarında ilkin qan hüceyrələri əmələ gəlir. 3-cü aylığında isə qara ciyərdə müxtəlif yetişmə dərəcəli eritrositlərə rast gəlinir. Bu proses eritropoez adlanır. 3-4 aylığında eritropoez sümük iliyində, danəsiz leykositlər isə dalaqda və limfa düyünlərində əmələ gəlir. Embrional qan yaradıcı orqanlara qaraciyər, dalaq, sümük iliyi ilə yanaşı limfa düyünləri və selikli qişaların limfotik folekulları da aiddir. Danəli leykositlər, eritrositlər və trombositlər ancaq sümük iliyində, danəsiz leykositlər isə dalaqda əmələ gəlir.
Qanın hüceyrəvi elementlərinin say dinamikası da yaşla əlaqədar olaraq dəyişir. Eritrositlərin və hemoqlabinin miqdarı yaşlılara nisbətən uşaqlarda çox olur. Məsələn, körpənin 1mm3  qanında 7,2 milyon eritrosit olur. Sonrakı aylarda onların sayı azalaraq 4-4,5 m/n-a çatır. Eləcə də hemoqlabinin miqdarı yaşlılara nisbətən 65-8%-dək enir. 1 yaşında isə  eritrositlərin və onun tərkib elementləri olan hemoqlabinin miqdarı artaraq yeniyetmələrdəki səviyyəyə çatır. Yeni doğulmuşlarda və məktəb yaşlılarda nüvəsiz eritrositlərlə yanaşı, çox nüvəli eritrositlərə rast gəlinir. Nüvəli eritroplastlar adlanır və onlara körpənin 1mm3  qanında 600-dək rast gəlinir.
Dünyaya təzəcə gəlmiş körpələrin qanında leykositlərin miqdarı yeniyetmə və yaşlıların analoji göstəricilərindən daha kəskin fərqlənir. Orta yaşlıların 1mm3  qanında 68 min leykosit olduğu halda, yeni doğulmuşluların qanında 29000-ə qədər olur. Bu göstərici 1 ay müddətində təqribən 10-11,5 minə qədər enir və 1 il dəyişmir. 2-ci ildən başlayaraq leykositlərin miqdarı tədricən enməyə başlayır, 12-14 yaşında isə 7-8 min olur. Körpələrdə  leykositlərin miqdarı çox olmasına baxmayaraq, onların faqositoz fəallığı yaşlılardakına nisbətən zəifdir. Elə bu səbəbdən də körpə orqanizmi müxtəlif yoluxucu xəstəliklərə daha tez tutulurlar. Bu çatışmamazlıq ana südü ilə aradan qaldırılır. Ana südünün tərkibində çoxlu miqdarda anticisimciklər funksiyasını daşıyan qammaqlobilin olur ki, o da uşağın orqanizminə keçir və müdafiə sisteminin yaranmasında iştirak edir. Müdafiə sisteminin yaranmasında mərkəzi sinir sistemi və daxili sekresiya vəzilərinin funksional yetişməsi də rol oynayır.
Eritrositlərdən və leykositlərdən fərqli olaraq trombositlərin say dinamikası yaşla əlaqədar olaraq o qədər də dəyişmir. Belə ki, körpə dünyaya gələndə onun 1mm3  qanında orta hesabla 219 min  trombosit olur. Yaşlılarda bu göstərici 200-400 minə bərabərdir.
Qan hüceyrələrinin miqdarı təkcə yaşla əlaqədar deyil, xarici mühit amillərinin təsirindən, sevincdən, həyəcandan (emosional vəziyyətdən) və ekstermal vəziyyətdən asılı olaraq dəyişə bilər. Məsələn: şagirdlərin fiziki iş görən zaman və bədən tərbiyəsi dərsindən sonra eritrositlərdən və leykositləri (neytrofillər və limfositlərin) miqdarı 1 qədər artır.
Qanın kimyəvi tərkibi yaşla əlaqədar olaraq dəyişilir. Bu dəyişmələr həm üzvi, həm də qeyri-üzvi maddələrin miqdarında özünü göstərir. Məsələn, südəmər körpələrin qanında qlobulinin miqdarı albuminlərlə müqayisədə daha çox olur. Uşaqlar böyüdükcə qlobulinlərin miqdarının azalması,  albuminlərin isə miqdarının artması müşahidə olunur.
Körpələrin qanında şəkərin miqdarı 1 qədər az olur 70-80%, 12-14 yaşında isə artaraq 120mq%-ə çatır. Uşaqların qanında qeyri-üzvi maddələrdən natrium az, kalium isə çox olur. Yaş artdıqda bunların miqdarında tərs mütənasiblik özünü göstərir.

 

0 şərh