Qan nədir?

Sanqvis (yunanca — haima) maye toxumadır və qan cisimciklərindən və plazmadan təşkil olunmuşdur. Qan cisimcikləri qırmızı qan cisimciklərindən (eritrositlərdən), ağ qan cisimciklərindən (leykositlərdən) və trombositlərdən və ya lövhəciklərindən ibarətdir. Qanın reaksiyası qələvidir və xüsusi çəkisi 1050-1060-dır. Qan embrional həyatın 3-4 həftəliyində, qan damarları kimi, mezenximdən inkişaf edir. Böyüklərdə qanın miqdarı 5-6 litrdir, yəni bədənin ümumi vəzninin 7-8 %-i təşkil edir.
Qana al rəng verən onu təşkil edən eritrositə görədir. Həcmi 1 mm (kub) olan qan damlasında təxminən 4 milyon eritrosit var. Qanın analizi üçün ayrılmış blankda 1 litr üçün hesablanmış norma hüdudları qeyd olunmuşdur: kişilər üçün bu, 4-5x10, qadınlar üçün isə 3,9-4,7x10 eritrosit təşkil edir. Yeni doğulmuş körpələrin həyatının ilk həftəsində eritrositlərin miqdarı çox olur: yəni 1 litrdə 7,5x10-a qədər ola bilər.Bu, doğulduqdan dərhal sonra mübadilə prosesinin intensivliyinin artması ilə izah olunur. Lakin cəmi bir ay keçdikdən sonra körpə uşaqların qanının tərkibindəki eritrositlərin miqdarı normaya enir. Yaşlı insanlarda isə əks təsir müşahidə olunur. Maddələr mübadiləsi zəifləyir, yaşla əlaqədar osteoskleroz meydana çıxır: eritrositlərin istehsalçısı olan qırmızı qan iliyi hissəvi olaraq sarı qan iliyi ilə əvəzlənir və eritrositlərin miqdarı azalır. Buna görə də yaşlı insanların qanında 1 litr qana təxminən 3,8 x10 eritrosit düşür.
Eritrositin əsas kimyəvi komponenti tənəffüs piqmenti, hemoqlobindir. O, oksigenin ağciyərdən toxumalara və əksinə, karbon qazının toxumalardan ağciyərlərə daşınmasını təmin edir. Özünü yaxşı hiss etmək üçün kişilərə 130-160 q/l, qadınlara isə 120-140 q/l hemoqlobin lazımdır. Yeni doğulmuş körpələrdə hemoqlobin normada 110-145 q/l olur.
qanın strukturu
Trombositlərin bioqrafiyası 150 ilə hesablanır. Onları 1880-ci ildə italyan alimi Bissosero ətraflı şəkildə təsvir etmişdir. Trombositlər mikroskop altında oval şəkilli və yaxud yumru, hamar cisim kimi görünür. Onlar aqreqasiya etməyə, yəni yapışmağa qadir olub, absorbsiya sayəsində səthlərində qanın laxtalanma amillərini qoruyub saxlayırlar. Bu iki xassə trombositlərin qanın laxtalanması prosesində fəal şəkildə iştirakını şərtləndirir. Normal qanın 1 litrində 180-320 milyard trombosit olur. Bu miqdar daimi olmayıb, da-marların tonusundan, qidanın tərkibindən, qadınlarda aybaşı fazasın-dan asılı olur. İdmançılarda və ağır fiziki əməklə məşğul olan insanlarda trombositoz, yəni trombositlərin miqdarının çoxalması müşahidə olunur. Orqanizm trombositoz vasitəsilə yanıqlara və qan itirməyə, adrenalinin orqanizmə yeridilməsinə və əzələlərin travmasına cavab verir. Trombositlərin miqdarının güclü şəkildə çoxalması şiş xəstəliklərinin varlığının göstəricisi ola bilər. Qanda trombositlərin çatışmaması orqanizmə dərman preparatlarının (məsələn, hista-minlərin) yeridilməsinə cavab reaksiyası kimi meydana çıxa bilər.
Leykositlər haqqında təsəvvürlər qan və qan laxtalanması haqqında təlimin inkişaf etməsi ilə eyni vaxtda, yəni təxminən 100 il əvvəl formalaşmışdır. Bu «killer-hüceyrələr» yalançı ayaqları vasitəsilə qan axınında sərbəst hərəkət etməyə qa-dirdirlər. Onlar xəstəlik törədən mikrobların toplandıqları yerə yaxınlaşaraq onları tutur və həzm edirlər. Leykositlərin bu cür imkanlarını dahi rus fizioloqu İ.İ.Meçnikov kəşf etmişdir. Onun tədqiqatları immunologiyanın inkişafının əsasını təşkil edir. Leykositlərin əsas funksiyası müdafiə funksiyasıdır. Onlar orqanizmin yad mənşəli genetik informasiyanın daşıyıcısı olan müxtəlif amillərə qarşı qeyri-həssaslığını təmin edirlər. Lakin leykositlərin yüksək fəallığı da ziyan vura bilər. Məsələn, leykositlər cərrahiyyə yolu ilə orqanizmə qoyulmuş orqanlara xəstəlik törədən mikroorqanizmlərə cavab verdikləri tərzdə cavab verərək onları sadəcə olaraq parçalayırlar. Burada həkimlər leykositar fəallığı süni şəkildə boğmağa çalışırlar.
Normada 1 litr qanda 4,0-9,0 min leykosit olur. Onların da 1-6 %-ni çubuq nüvəli neytrofillər, 47-72 %-ni seqmentnüvəli neytrofillər, 0,5-5%-ni eozinofillər, 0,5-1%-ni bazofillər, 19-37%-ni limfositlər, 3-11%-ni isə monositlər təşkil edir. Sadalanan bütün «anlaşılmaz» terminlər müxtəlif tipli leykositləri və onların leykositlərin ümumi miqdarındakı payını göstərir. Leykositlərin miqdarının artması orqanizmdə iltihab prosesinin və yaxud infeksiyanın varlığından xəbər verir (məsələn, pnevmaniya və yaxud stomatit). Neytrofillərin miq-darı emosional və yaxud fiziki gərginlik, bədənin üfüqi vəziyyətdən şaquli vəziyyətə keçməsi (xüsusilə də dərin yuxudan sonra), zülal tərkibli qidaların qəbul olunması zamanı, hamiləliyin ikinci yarısında çoxala bilər. Bu cür artım fizioloji baxımdan normal olub, keçici haldır. Digər hallarda neytrofillərin miqdarının çoxalması kəskin infeksiya və yaxud irinli xəstəliyin inkişaf etdiyini göstərir.
Yaz mövsümü allergiyadan əziyyət çəkənlərə mənfi təsirini göstərir. Bu cür xəstələrdə titrətmə, burun suyunun axması halları müşahidə olunur. Orqanizmin reaksiyası qanda eozinofillərin miqdarının artması ilə də təzahür edir. Eozinofillərin miqdarı bronxial astma, dəri və dərmanın qəbulu nəticəsində yaranan allergiyalar zamanı artıma məruz qalır.
Mənbə Tibb xəbərləri jurnalı
 

0 şərh