İsimlərin hallanma tipləri

Azərbaycan dilindən fərqli olaraq rus dilində isimlər cinslərə bölünür. Bunların da hər biri özünə məxsus üslubda hallanır. Ona görə də hər hansı bir ismi hallandırmazdan əvvəl onun hansı cinsə aid olduğunu müəyyən etmək lazımdır.
Bu mövzunun öyrənilməsində əsas məqsəd müxtəlif hallanma quruluşuna malik olan isimlərin cümlə tərkibində tələb olunan formada (yəni halda) işlədilməsidir. Rus dilində hallanmaya məruz qalan isimlərin üç tipi vardır.
Birinci hallanmaya adlıq halda axırında aя sonluqları olan kişi və qadın cinsli isimlər daxildir. Родина, бабушка, земля, дедушка, Ваня.
Ikinci hallanmaya adlıq halda şəkilçisi olmayan kişi cinsli isimlər daxildir: дом, дождь, словарь, трамвай və axırı о, е, ё sonluqları ilə bitən orta cinsli isimlər daxildir: зеркало, море, ружьё.
Üçüncü hallanmaya əsası incə samitlə bitən: мать, площадь və cingiltili səslə qurtaran: дочь, помощь və s. isimlər aid edilir.

Rus dilində fikri düzgün ifadə etməyin birinci və ən əsas şərti məhz hallanan sözün cümlənin tələbinə müvafiq formada işlədilməsidir.
Azərbaycan dilində «Mən kitab oxuyuram» cümləsini əgər sözbəsöz rus dilinə tərcümə etsək belə olar: «Я читаю книга». Amma читать sözü təsirlik hal tələb edir. Ona görə də bu cümlə «Я читаю книгу» yazılmalı və işlədilməlidir.
Rus dili cümlələrinin əksəriyyətində isim vardır və bu isimlərin çoxu hallanır. İşlətdiyiniz cümlələrdə, söz birləşmələrində isimlərin hər üç hallanma tipinə aid nümunələr əsasında adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq hallarının qəbul etdikləri şəkilçiləri bilməlisiniz.Həmin məqsədlə sinifdə yerinə yetirdiyiniz çalışma və təmrinlərlə kifayətlənməyib, isimlərin hallanmasına dair digər tapşırıqlar da yerinə yetirməyi unutmamalısınız. Bir məsələ xüsusilə yaddan çıxarılmamalıdır. hər hansı bir söz onda mənimsənilmiş sayıla bilər ki, həmin söz cümlədə müxtəlif formada, yəni hallarda işlədilə bilsin. Əks təqdirdə dərsdə keçilmiş söz və onun mənası tez unudula bilər.
Əgər hər hansı bir ismi hallandırsanız, çalışın ki, həmin isimlə (müxtəlif hallarda) cümlə qurulsun və nitqdə işlədilsin.
 

4 şərh

muay
sposibo tural bey
Peri-Abdullayeva
Tural bey cox sag olun her weye gore amma bilmek isteyirdim ki, burda rus dilinde hallarin ayri-ayriliqda izahlari yazilmayib?
Cavid
Rus dilinin qrammatikasına aid bütün məlumatları Rus dilini öyrənək bloqundan əldə edə bilərsiniz.
himet
salam..mene  Ismin  Hallari  -6  hali  barede  melumat  lazimdi  nece  elde  ede  bilerem?