45 saniyəyə aşiq olmaq

  • Sevgi
Doğrudanmı,ilk baxışdan aşıq olmaq mümkündür? Bu barədə çox yazılar vardır.İngilis psixoloqlarının rəyi bir qədər fərqlidir.
Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:
Birinci baxış: (5 saniyə) - gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.
İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.
Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.
Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.
Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.
Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.

56 şərh

bahar
Bu düzdü,gözünün rəngi və saç düzümü istisna olmaqla qarşımdakı əks cinsin nümayəndəsini nəzərdən keçirirəm.Amma başqa məqsədlə yox.Şəxsiyyət kimi tanımaq məqsədilə
Ferbara
:)) Ürəkləri sarsıdan ha. :)
Tunzale93
maraqlidi.görəsən doğurdan belədi?refleks olaraq bundan sonra qərar veririk?mence 80% belə ola bilər.mən qalan 20% içindəyəm
Responsible
Topikin adı «45 saniyəyə aşiq olmaq» olsaydı əgər, daha çox diqqəti cəlb ederdi :)
ayxansevda
maraqlı təklifə görə sağ olun qəbul olundu
Responsible
Təklifi qəbul etdiyiniz üçün siz sağ olun :)
məryam
Mən yalnız gözünə, saçına və geyiminə baxıram.
Rene
Maraqlı idi… :)
lili95
Ikinci baxış bizdə bir az çətindir.
MaksiMuS
Beyenmek bawqa weydi,awiq olmaq bawqa.bu 45 san söhbeti hec de mentiqli gelmedi.Men o zaman awiq oldugumu biliremki ne ucun onu sevdiyimi,onsuzlugun mumkunsuz olduguna sebeb tapa bilmirem…
Ferbara
Aşiq olmağın gələndə qarşına eybəcər də çıxsa, ona vurula bilərsən. Sanki sevgi mələyi həmin vaxt səni nişan alır. Ona görə də bu sadalananlar bir az məntiqli aşiq olmağa oxşayır. Məntiqlə də aşiqlik bir-birinə zidd məfhumlardır. Məncə.
Ferbara
Rusların bir sözü var: Любовь зла, полюбишь и козла. (ifadəmə görə üzr istəyirəm)
MaksiMuS
Duzdu.hec yadimdan cixmir mekteb illerimde istediyim qizin kim oldugunu bilende sinif yoldawlarim meni ele salirdiki o ne gunde qizdi ele:) heckimi bawa sala bilmirdim hissetdiklerimi,Cun menim gozumle baxa bilmirdiler…
lili95
Ona görə də deyirlər ki, gir Məcnunun gözünə, bax Leylinin üzünə.
puma
Aşiq olmaq başqadır, sevmək başqa.Nəinki 45 saniyədə, bir anda da aşiq olmaq olar.Sevmək üçünsə hökmən tanımalısan
Xrizoberil
mən sizinlə razıyam… aşiq olmaq və sevmək fərqli-fərqli hisslərdir mənim zənnimcə…
məryam
İkisini ayırmaq bir az çətindi.
Kinosunas
salam.45 saniyəyə aşiq olmaq bu cəfəngiyatdan başqa heç nə ola bilməz.Birisi ilk baxışdan vuruldum desə belə inanmaram.En uzağı yalnız kimisə yaraşıqlıdır ya gözəldir demək olar.Yalnız və yalnız daxili aləmini bilmək.O da mümkün deyil.Əsas məsələ budur.
Ferbara
Aşiq olmaq ya ötəri ola bilər, ya da böyük bir sevginin başlanğıcı ola bilər. Yəni aşiq olmaq ilk mərhələdi. Onu tanıdıqca isə sevgi mərhələsi başlayır. Əlbəttə ki, bu zaman onu daha yaxından tanıdığına görə sevgi möhkəmlənir və daxili aləmə vardıqca bağlılıq kəndirləri çoxalır. Nahaq aşiq olmağa inanmırsınız. :)
Kinosunas
ferbara, nəinki aşiq olmağa. Bəzən sevginin varlığına şübhə edirəm. İnandırıcı gəlmir axı.Kimisə tanımadan gözünə ,qaşına sonra da əlinə bax və aşiq ol:) Burada kimsə bu halla qarşılaşıb?
Ferbara
Sevgi bir eynəkdi. Onu gözünə taxandan sonra gözün başqa şeyi görməz. Kənardan baxıb sənə gülən dostlarını belə görməzsən. :) Onun sənə heç bir yaxşılığı olmadan, bəzən heç tanımadan ona aşiq ola bilərsən. Yenə də deyirəm, aşiq olmaq ötəri hissdir. Amma əksinə də ola bilər. Kinosunas, başınıza gəlsin. :)
Kinosunas
Bu zəmanədə sevmək. Maraqlı səslənir.Bir o qədər də mümkünsüz.Bilirsiz kimisə görüb bəyənmək olar.Onu sevmək üçünsə tanımaq lazımdır. Yolda görüb bəyəndiyin birini də tanımaq olmaz. Tanış olsan belə o sənə çooox təbii olaraq lazımı hörməti qoymaz.Yəni belə düşüncə yaranır.Yolda tanış olan qızdan nə gözləyəsən.Oğlan olsam mən də normal baxmazdım.
Ferbara
Lütfən, qarışdırmayın. Sizinlə razıyam, sevmək başqa şeydi. Əsas aşiq olmaqdan danışıram. :) Siz real münasibətlərdən danışırsınız. Mənsə sadəcə ondan xəbərsiz aşiq olmaqdan. Aşiq olanda gedib demirsən ki, ay filankəs mən sizə aşiqəm. Yəqin ki, yaşınız heç 25 deyil. Elədirsə, sizin sözlərinizi normal qarşılayıram. :)
Kinosunas
İnanın bunu yaşa heç bir aidiyyatı yoxdur.Əminəm ki. hətta 12-15 yaşlı uşaq belə sevgi haqqında məndən çox bilir. Əlbəttə gedib demirsən lakin daxilində qaldıqca da böyüyür. Bu zaman aşiq olmaq mənasız deyilmi? Anlayıram bu insanın özündən aslı da deyil. Hər halda aşıq olmaq ya sevmək arasında fərq görmürəm.
Rene
Ferbara haqlıdır. Bilirsiniz bu necə olur? Sən onu yaxşı tanımırsan amma görünüşü, oturuşu-duruşu, danışıq tərzi,  və s. xoşuna gəlir. Sən onu olduğu kimi yox, görmək istədiyin kimi görürsən, beynindəki ideal obraza otuzdurursan və əslində o obrazı sevirsən..  Buna platonik məhəbbət deyirlər.  Nə bilim… İnsanın özü kimi hissləri də qəlizdir. :)
Ferbara
Axır ki, qızlardan da həmfikir tapıldı. Dolğun təsvir elədiniz. :)
Rene
Siz də çox yaxşı yazmısınız. Ümumiyyətlə, sizinlə çox vaxt fikirlərimiz üst-üstə düşür. :) Sadəcə bilirsiniz, bəzi şeyləri izah etmək yetmir, insan özü yaşayanda daha yaxşı başa düşür. Kinosunas bu hissləri yaşamayıb deyə ona qəribə, bəlkə də gülməli gəlir. Amma heç vaxt «heç vaxt» deməyin, aşiq olanda heç xəbəriniz də olmayacaq. :)
Ferbara
Düzdü, ortaq fikirlərimiz çoxdu. Kinoşünası anlayıram. Vaxt gələr, bu məqalənin şərhlərini bir də oxuyar. :))
Responsible
Mən adətən siz dediyiniz 1-ci mərhələni «bəyənmək» adlandırıram, sadəcə olaraq bu «bəyənmək» digərlərindən fərqli olur.
Ferbara
Bəyənmək başqa. Onda ağıl başda olur. :)
Responsible
Məndə həmişə ağıl başda olur:) İlk əvvəl tutaq ki xarici görünüşcə bəyənirsən, daha sonra xaraktercə də bəyənirsənsə bu ayrı məsələ. Xarakteri də öyrənmək üçün özünü azca əziyyətə salıb araşdırırsan.
Kinosunas
Yaxşı nə ilə fərlənir?
Ferbara

Birini görünüşünü görüb, ya da hərəkətlərini müşahidə edib bəyənirsən. Amma aşiq olmaq olma anında həmin adam yöndəmsiz də ola bilər, nə bilim ola bilər ki, onu heç üzdən görməyəsizin, bir sözlə, aşiq olmaq dəlilikdi. Hər adam o vəziyyətə düşə bilməz.

Responsible
Başa düşmədim ki, üzünü görmədən aşiq olmaq?:)
Ferbara

Şapur Şirini elə təsvir eləmişdi ki, Xosrov görmədən aşiq olmuşdu.

Responsible
Deməli Şirin həqiqətən gözəl olub ki o formada da təsvir edilib. Yəni mən görmədən aşiq olmaq deyəndə yəni tanımadığın görmədiyin birini bəyənmək kimi nəzrdə tutdum.
Kinosunas
Dediyiniz kimi yalnız efsanələrdə,nağılarda :)
Ferbara
Nə isə. Danış-danış bitməz. :)
Kinosunas

Responsible, ferbara misal çəkdi onu deyirdim:)


Ferbara,haqlısız

Responsible
Mənə + vermək qaldı sadəcə :)
Kinosunas
Niyə? :)
Responsible
Narazısız ki?:)
Kinosunas
Sizə + vermişəm ,sadəcə istəməyinizə təəccübləndim.Ona görə soruşdum ki,hansı fikrinizdən bu qədər razısız ki +  istəyirsiz :)
Responsible
Bu dəfə siz məni səhv başa düşmüsüz:) Yəni demək istədiyim bu idi ki, «məndən də sizə + vermək qalır sadəcə» amma deyəsən fikrim səhv başa düşülüb. Yəqin  o biri + verənlər də sizin kimi düşünüb :)
Ferbara
Yox, aydın başa düşülüb.  Responsible, yəni + verməklə «sizinlə razıyam» demək istəmisiniz.
Kinosunas
Aha bunu bilirəm,lakin şərhdən elə bildim ki,yazıb mənə + verin.Doğurdan oxuyanda həm gülmək tutdu həm də utandım.
Kinosunas
Niyə dayanmadan bir-birimizi səhv anlayırıq:( bu dəfə üzr istəyirəm.
Ferbara
Ola bilsin tələsik oxuyursunuz. :) Mən tələsik oxuyanda səhv anlayıram. :)
Responsible
Yox ehtiyac yoxdu :) Mənə sənin elə başa düşməyin gülməli gəldi amma oxuyanda gördüm ki, iki mənada başa düşülür :)
Kinosunas
Anlayışlı olduğunuz üçün təşəkkürlər. Bayaqdan səhv anlayırıq gülməli gəlir amma bu  dəfə şərə oxşadı.Ona görə üzr istədim.
Kinosunas
Xüsusən də deyəsən hamı sizin kimi anlayıb deyəndə ürəyim ağrıdı:))
məryam
Nə maraqlı söhbətiniz var. Bala oxşuyur:)
Xrizoberil
aha, həqiqətən maraqlı alınıb ))))
Ferbara
:) Hə deyəsən elə oldu. :)