Saç tökülməsinə qarşı maska

Bu maska xüsusilə saçları ön hissədən seyrəkləşən, davamlı tökülən və qırılan saçlar üçün nəzərdə tutulub.

Bu vasitədən istifadə edən insanlarda saç tökülməsi dayanıb və əvəzinə sürətlə artım müşahidə edilib.
Bu üsul saçların artması ilə yanaşı, eyni zamanda, təbii parıltı və saçların həcmini də artırır. Saçların növündən asılı olaraq vasitələr müxtəlifdir. Lakin bu resept bütün növ saçlara şamil olunur.

Reseptin tərkibi:
  • — yarım stəkan pivə
  • — yarım banan
  • — 1 xörək qaşığı bal
  • — 1 yumurtanın sarısı

İnqrediyentləri blender vasitəsilə yaxşı-yaxşı qarışdırıb saçınızın seyrək hissələrinə sürtün, 1 saat saxlayın, sonra saçınızı yaxşı yuyun, sirkə əlavə olunmuş suda yaxalayın. Bu maskadan həftədə 1 dəfə istifadə edin. Bir ay istifadədən sonra effekti görəcəksiniz.
 

0 şərh