Axtardığın cavab sualından asılıdı.!
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........
Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır… «Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri» dedi o yaşlı. :
Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, «Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm..»
Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, «Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman», dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER...
Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi.
Meditasiya – latıncadan “meditatio”, “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.
"İnsan kim olmağı bacararsa, elə o da olmalıdır. Əks halda o, özünə xəyanət edir". Bu sözlər humanistik psixologiyanın «ata»sı Abraham Maslouya məxsusdur.
Bu kəlmələri onu müasiri Sartrla yaxınlaşdırır. Sartr kimi, Maslou da təkrarlayırdı ki, insan seçdiyi yola və kim olduğuna görə özünə cavabdehdir. Bir dəfə Maslou auditoriyasına söyləmişdi: "Əgər siz qabiliyyətinizin imkan verdiyindən daha az əhəmiyyətli adam olmağa razılaşırsınızsa, xəbərdarlıq edirəm — sizi həyatınızda böyük bədbəxtliklər gözləyir". Digər mütəfəkkir — Erix Fromm kimi, Maslou da əmindi: Xoşbəxtlik — düzgün seçilmiş yolun "əlavə məhsulu«dur, seçimin doğruluğunun göstəricisidir. Maslou əksər filosof və psixoloqlardan fərqli olaraq, fikirlərini sadə dillə ifadə etməyi bacarırdı. Ona görə də əsərləri 100 minlərlə tirajla yayılırdı. Odur ki, 62 yaşında 1970-ci ildə vəfat etmiş alim peşəkar diqqətin çərçivəsindən kənara çıxaraq həm də qeyri-peşəkarların maraq obyektinə çevrildi. Bir sözlə, mədəniyyət sferasına daxil oldu və bu səbəbdən də fikirləri dəfələrlə təhrifə məruz qaldı.
Simiclik və qənaətcillik arasında keçən sərhəddin dəqiq yerini öyrənmək üçün balaca bir araşdırma apardım. Sən demə elə pulu olan simic olar və qənaət edər. Pulu olmayan isə qənaətin nə olduğunu bilməz. Daha aydın olmaq üçün milyonçuların yaşam tərzini bir araşdıraq.