WhatsApp-da sizi gizli izləyən nömrələrin təyini

Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaqVideoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.
 

15 şərh

Dior
Whats App plus yuklənəndən sonra yenidən whats App yukləyirik yoxsa artıq whats app plusla elaqe qururuq kontaktlarımızla?
ORIGINAL
Xeyr,yenidən whatsapp yükləməyə ehtiayc qalmır.Əlaqə qurulur kontaktnızla…
kayzen
İphone üçün versiya yoxdur?
ORIGINAL
Mən bildiyimə görə,təəssüf ki,yoxdur…
MURAD_SEYFULLAYEV
Maraqlıdır! Ehtiyacı olanlar yararlansınlar inşallah… Mənim daha çox diqqətimi çəkən videoda kayzeni «reklam» etməyiniz oldu. :) Əslində ağlıma belə bir fikir gəldi ki, görəsən kayzen haqqında, kayzenin adına layiq tanıtım videosu düzəltmək olarmı?! Fikrinizi bilmək istərdim…
ORIGINAL
;) Əslində çox mühüm detala diqqət etmisiz.Çünki,təkəbbürlülük kimi qəbul olunmasın,amma bu videonun zamanla daha populyar olacağını düşünərək burada kayzeni də sizin təbilinizcə desək «reklam» etməyi qərar verdim.
Həm də dediyiniz yaxşı ideyadır.Amma mən Youtube-da Kayzenin rəsmi video kanalında 4 il bundan qabaq yüklənmiş bu tip videoların daha effektiv olacağını düşünürəm və bu işdə marağı olanları belə video düzəltməyi təklif edib,dəvət edirəm.Təşəkkür diqqətnizə görə.
MURAD_SEYFULLAYEV
Təkəbbürlülük deyil… niyə də olmasın? Nəzərə alsaq ki, bizim dildə maarifləndirici videolar azdır, demək onlar kimlərəsə lazım olacaq və zamanla populyar da ola bilər. Videoada Kayzenə yer verməyinizlə, köhnə istifadəçilərdən biri olaraq hələdə Kayzenə qarşı məhəbbətinizin qalması məni çox sevindirir.
MURAD_SEYFULLAYEV
Qaldı ki, Kayzenin Youtube kanalına, mən bu kanalı nə qədər axtarsam da tapa bilməmişdim, sən demə dörd il bundan qabaq iki video əlavə olunmuş passiv bir Kayzen kanalı var imiş. Düzü bu kanalı görəndə çox pis oldum, bir anlığa Kayzen.az- ı da belə təsəvvür etdim. Ən yaxşı dostumu belə təsəvvür etmək  məni çox kədərləndirdi. Ona görə də, sizin digər köhnə istifadəçilər kimi saytı hələ də yaddan çıxartmamanız məni çox sevindirir. Arzu edərdim ki, köhnə istifadəçilərin heç olmasa bir qismi sayta qayıdardı, saytın statistikası 60 yox, 200 istifadəçini aktiv göstərərdi və Kayzen adına layiq daimi inkişafı daha da sürətlənərdi…
MURAD_SEYFULLAYEV
Bir də videolarınız keyfiyyətini daha da yaxşılaşdırmaq üçün çoxdandır ki, bir iki fikrimi bildirmək istəyirəm… Yaxşı olardı ki, videonuzda danışacağınız mətni qabaqcadan ümumiləşdirib yazasınız, səsiniz video üçün olduqca yararlıdır, bu barədə bəxtiniz gətirib. :) Mətni qabaqcadan yazsanız, nitqinizdəki hıçqırıqları və sözlərin tələffüzü zamanı onların arasındakı fasiləni azaldmış və nitqiniz sürətinizi sabit saxlamış olarsız. Bir də mikrofondan əlavə səslər gəlir, rəqəmsal mikrofon (usb ilə) daha yaxşı olar. Qalan hər şey əladır. :))
MURAD_SEYFULLAYEV
Peşəkar olmağa bir neçə addım qalıb! ;) :)
beautiful
siz komputer mühəndisisiniz?
ORIGINAL
Xeyr,sadəcə internet və maraqlı proqramlarla mütəmadi maraqlanan biriyəm.
19royal98
Bilirdim bunu. Yenə də əziyyətin üçün təşəkkürlər. Bilməyənlərdə bildi.
Ferbara
Tanımadığım mobil nömrədən evə, ailə üzvlərimdən birinin, yaxud öz nömrəmə zəng gələndə onu telefonumda qeyd edib whatsappda axtarıram. Buna görə o, məni onun whatsapp profilinə baxarkən yaxalarsa, təəccüblənməsin. :)
Shabnam_Ilham
Oooo əla :D Yüklüyüb yoxluyum gərək :)
Ferbara, sən tək deyilsən bir neçə dəfə mən də eləmişəm tanış da olub, tanımadığım da olub :D
Bütün sirrləri paylaşmayaq lütfən :P