iPhone'nun gizli imkanı
Proqramçı İvo Leko «iPhone»da gizli imkanlar aşkarlayıb. O, “alma” aparatlarının qeyri-adi imkanlarını "YouTube" videoçarxında nümayiş etdirib. «iPhone 4» və maqnitdən istifadə edən ixtiraçı smartfonun ekranındakı ondan 20 santimetr məsafədə yerləşən maqnitin hərəkətini tam olaraq təkrarlayan kiçik obyekti idarə etməyi öyrənib. Təcrübə sübut edib ki, «Apple» telefonu dördkünc maqnit parçasını təkcə müstəvi üzərində deyil, həm də fəzada idarə edə bilir. Belə ki, «iPhone»nin qoyulduğu stolun üstündəki maqnit azacıq qaldırıldığı zaman telefonun ekranındakı obyekt də rəngini daha solğun rəngə dəyişərək ”qalxıb”. Stola toxunduqda isə «kursor” rəngini qırmızıya dəyişib.
Virtual obyektin kontaktsız idarə texnologiyası „iPhone“də quraşdırılan sensorlar vasitəsilə həyata keçirilib. Bundan sonra maqnit stol səthinə toxunduğu zaman obyekt rəngini dəyişib.
Ardı →