25 yaşlı qızı almazlar, çünki o qarıyıb

— Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
— Bir manat iyirmi qəpiyə almışam.
— Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
— Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.

Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki… Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. “Toy olsun”, “Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə.

tənha qız
Təbii ki, hər kəsə eyni imkanlar verilmir. Böyük çoxluq hər gün bu iki verilişi səbirsizliklə gözləyir, bütün iş-gücünü atıb ekran qarşısında oturur. Reklam aralarında idarəedicini bu kanaldan o birinə dəyişir ki, hər iki verilişdə baş verənləri qaçırmasın. Və həm də ya maddi imkansızlıqdan, ya da səadətini tapmaq ümidiylə bu verilişə üz tutanları qınaq hədəfinə çevirir, “Qıza bax, qıza, əriyəsən səni”, “Ətin tökülsün!” və s. kimi atmacalar atır. Hətta bu verilişi aparan hər iki kişi aparıcı stereotipləri sındıra bilmədiklərini efirdəcə bəyan edirlər. Məsələn, Zaur deyir ki, o, 25 yaşını adlamış xanımla ömründə evlənməz. (el arasındakı fikirlərə görə, qarımış qızla), üstəlik, gərək qız dilli olmasın, yəni başına vur, çörəyin əlindən al. Elgizsə, bəyan edir ki, kişi gərək anasının bəyəndiyi, anasının göstərdiyi qızla ailə qura. Yəni keçən əsrin əvvəllərindəki kimi, kişi heç qadını görməsə də, tanımasa da, anası gördü, tanıdı, bəyəndi, bəsdi.

Mənim həmin verilişlərin xanım aparıcıları Ülvira ilə Günaya yazığım gəlir.

İndi müvəqqəti olaraq əyalətlərdən birində yaşayıram. Yenicə tanıdığım qonşu qadın yeganə oğlunu necə itirdiyini danışır mənə. Yazım, siz də oxuyun, özünüz bir nəticə hasil edəcəksiniz. “Qızımın iş yoldaşının bacısını aldım oğluma. Oğlum da dedi ki, mama, nə vaxt sözündən çıxmışam ki, bu dəfə də çıxam. Nə isə… evləndilər. Üç uşaqları var, ikisi qızdı, biri oğlan. İndi ərlə-arvaddı da, sözləri olurdu, savaşırdılar hərdən. Gəlini öyrədiblər, get ərindən milisə şikayət elə ki, məni döyür. Gedib milisə şikayətə. Oğlum da yanğınsöndürən işləyirdi. İş yerində bunu biliblər. Gəlin acıq eləyib getdi qaldı dədəsinin evində. Nə isə… uşaqlarından keçə bilmədi oğlum, getdi gəlini gətirdi, həmin gün özünü çardaqdan asdı. Məktub qoymuşdu ki, mama, mən daha başıma papaq qoya bilmərəm, məndən milisə şikayət edən qadınla yaşamaram”.

Orta əsrlərdə belə əhvalat olsaydı, yəqin ki, kişi tərəddüdsüz qadınını öldürərdi. Amma indi hüquq qadını qoruyur, axı o da insandır, onu öldürsən, bunun türməsi var, filanı var (Molla Nəsrəddinin arvadıyla düşən mübahisələrinin çoxunu qazi həll eləyirdi. Heç molla özünü asmırdı).

Qadının döyülməsinə, söyülməsinə etirazı kişilərə nədənsə ağır gəlir. Əgər qadın çarəsiz qalıb hüquq orqanlarının qapılarını döyürsə, ər bağışlamır. “Qadınımdı, döyərəm də, sevərəm də!” bu cümlələri Azərbaycan kişilərinin dilindən tez-tez eşidərsən. Hətta onlar ər zülmündən qaçıb ata evinə sığınanda da, qız ataları qızlarına bu cür öyüd verirlər: “Ərindi bala, ər adamı döyər də, söyər də, sevər də!”
 
Müəllif:Sevinc Pərvanə
Həmçinin bax:
Sevinc Pərvanənin qalmaqallı şeiri
Kasıbların aşnası-yapon ədəbiyyatından
 

30 şərh

icome2009

men deyerdim ki,indi kiwiler ailenin dagilmamagini daha cox isteyirler,neinki qadinlar.en yungul problemden qadin o saat ilk cixiw yolunu bowanmaqda gorur((((

cahandar
Mən sizi heç cür anlamadım.Kişinin qadınını döyməsi ən xırda problem sayırsınızsa onda böyük problem nədir?başını dəmirlə baltayla kəsməsi?!? Qadın 2 səbəbdən döyülər Böyük Yalan və Səviyyəsiz hərəkət(yüngül davranış).Xəyanət üstündə isə öldürülər(azəri mentaretində).Yeməyi gec bişirmək,deyiləni vaxtında etməmək,cavab qaytarmaq,söz güləşdirmək üstündə yox.Belə deyək,əgər döymək cüzi səbəbdirsə və kişilər bu «cüzi səbəb»dən qadının ata evinə getməsindən şikayətcidirlərsə bəs nə üçün özləri cüzi səbəbdən qadınlarını döyür?Yox əgər cüzi səbəb hesab etmirlərsə onda niyə ata evindən gətirirlər sonra xanımlarını!!!???Nə isə…
tenqo
Heç döyməklə bağlı bir kəlmə söz yazıb o? Tənqid atəşinə tutmusunuz, amma şərhi diqqətlə oxumamısınz. Sizin bu fikrinizə münasibət də bildirmək istərdim. Fiziki zorakılıq heç də çıxış yolu deyil. Kişinin qadına əl qaldırmasını kişinin zəifliyi kimi qəbul edirəm. Kişi qolu ilə deyil, xarakteri ilə qadına nəyisə başa salmalıdır.
cahandar
Əvvəla qardaş mən zorakı kişiləri tənqid atəşinə tutmuşam şərh sahibini yox,gerisi isə siz mənim şərhimi oxumusunuz lakin fikrimi anlaya bilməmisiniz. "Ən yüngül problemdən qadın o saat çıxış yolu boşanmaqda görür" deyəndə boşanmaların səbəbini araşdırsaq məlum olur ki kişilərin içib gəlib qadınlarını döyməsidir!!!!Budur qadınların boşanma səbəbi ki yazar şərhində bunu yüngül bir səbəb kimi qeyd edib.Xahiş edirəm şərh yazmaqa tələsməyəsiniz mən kimisə tənqid atəşinə tutmamışam fikir mübadiləsidir və hər kəs öz fikirlərində müstəqildir.Hər kəsin subyektiv fikirləri vardır və bir birimizin düşüncələrinə hörmətlə yanaşmalıyıq.Vəssalam
tenqo

Fikrinizə hörmətsiz yanaşmadım ki, bunu da şərhinizdə qabardasınız. Mən icome2009 adlı istifadəçinin şərhi ümumi fikirdən ibarətdir, onu nə siz, nə də mən deyə bilərəm ki, ən yüngül problem dedikdə nəyi nəzərdə tutur bu şəxs. Siz ilk öncə soruşun görün ən yüngül problem anlayışı həmin şəxs üçün nədir, sonra həmin problemə uyğun mülahizə söyləyin.


Həmin şərhdən mən başqa bir məna çıxarıram və razılaşıram həmin məna ilə. Hal-hazırda mənasız, xırda məişət anlaşmazlıqlarını böyüdüb, övladlarını belə düşünmədən ailələrini dağıdan şəxslər var. Əksəriyyəti də cavan ailələrdir. Oradan-buradan qulaq eşidir istər-istəməz, yəni ki, faktiki olanlara əsaslanaraq söyləyirəm.


Hətta elə faktlar da var ki, qadın məqsədli olaraq qısamüddətli evlənir, sonra da boşanaraq sərbəst həyat tərzi ilə yaşayır. Belə hallar çox azdır, amma var.


Hər bir halda insan övladını düşünməldir, valideynlik borcunu yerinə yetirməlidir. Eqoistlik edib, ancaq özü üçün yaşamamalıdır. Gələcəkdə həmin məsuliyyətsizliyin fəsadlarını aradan qaldırmaq mümkün omayacaq.

cahandar
Mən diqqətlə oxumadığım topikə ya şərhə şərh bildirmirəm.Mövzu ilə bağlı fikrinizlə isə tamamilə razıyam razıyam əsil kişi Xasiyyəti ilə baxışı ilə Kişiliyini bildirməlidir.Heç belə kişilər öyünmürlər Qadınlarını başqasına dəyişən və gəlib evdə cüzi səbəb tapan kimi qadınını döyən «kişilər» kişiliklə öyünürlər.
icome2009

men kommentime aydinliq getirim.demeli,bu yazini oxudum.ve tebii ki,bu qebilden hadiseni birinci defe deyil ki,ewidirem.demek istediyim o idi ki,eger burda yazilan kimi heqiqeten qadina qarwi zorakiliq olubsa,bowanmagina haqq qazandirmaq olar,narkomandisa,ailesine baxmirsa,ve s. hallarda bu hereket yerine duwur.her halda bu ehvalati daniwan qadin oz oglunun menafeyinden cixiw ederek ehvalati daniwir.yeni tam eminlikle demek olmaz ki,qadin heqiqeten doyulub ya yox.yeqin ki,doyulub.her halda "“Oğlum da dedi ki, mama, nə vaxt sözündən çıxmışam ki, bu dəfə də çıxam " deyen oglanin boyuk ehtimalla xarakterce zeifliyi ve mamasinin sozunnen cixmayaraq ailede anaxaqanliq problemleri yaratmasi ehtimali da var.bele halda mence ele sehvi  her 3neferde axtarmaq lazimdi.ancaq men werhimde umumi olaraq aile meselesine rey bildirmiwem.cunki,mawin surmek ucun eri icaze vermir,maddi problemler var  deye ailesini atan,ata evine sabahki o uwagin taleyini fikirlewmeden qayidan qadinlardan daniwiram.eslinde,qadinlarin aile meselesine  daha cox  onem vermeyine aliwmiwiq.amma indi her wey deyiwib.aile bu demek deyil.p.s amma bu o demek deyil ki,kiwilerin her bir hereketine qadin dozmelidi

Gülnar
Hesab edirəm ki, boşanmalarla bağlı məhkəmə təcrübəsi barədə sizlərə iformasiya verə bilərəm..Məhkəmədə boşanma ilə bağlı iddialar daha çox qadınlar tərəfindən qaldırılır..Səbəb olaraq isə demək olar ki, eyni məsələlər göstərilir — «ailə qurduğumuz ilk vaxtlar münasibətlərimiz normal olsa da, bir müddət keçdikdən sonra cavabdehlə xasiyyətimizin uyğun gəlmədiyindən uyğunsuzluqlar yaranmışdır. Ailənin bərpası mümkün deyil, faktiki olaraq nikahımız pozulmuşdur, filan aydır ki, ayrı yaşayırıq..və s.» Məhkəmə iclasında dindiriləndə isə, qadın deyir ki, tutaq ki, qazanc gətirmir, döyür, təhqir edir. Və bir də olur ki, uzun illər Rusiyaya gedir gəlmir qadın da məcbur olub boşanır tək tərəfin iştirakı ilə boşayırlar..Kişi isə səbəb kimi onu gətirir ki, anasının göstərişi ilə yaşayır, sözümə baxmır, ata-anama hörmət etmir və s..Bunlardan başqa, bəzi qalmaqallı işlər də olur təbii ki))
cahandar
Ay Allah sizden razı olsun.Bu aydınlığı çxdan gətirərdiniz tengo fikirlərimi düzgün anlamadan fikir bildirir.Məhz mən bunu nəzərdə tuturdum.mən döymədən qadının boşana istəyini qınaya bilmərəm və bəli siz qeyd etdiyiniz kimi ay maşın sürmək istəyirəm ya bunu geyinmək istəyirəm deyir yoldaşı razı olmur qadın da deyir fikirlərimiz uyğun deyil boşanıram bu əlbət ki cüzi səbəbdir.siz şərhinizitopikə uyğun yazmışdınız məqalədə də məlumdur ki qadına qarşı zorakılıq olub ki qadın polisə gedib və bu da onun boşanma istəyinin qınanasına səbəb ola bilməzdi.Gör o qadın nə qədər çiginib ki son məqamda dözməyib polisə gedib və o oğlanda mənəvi psixi çatışmazlıq varmış ki intihara əl atıb.həm xasiyyətcə zəif imiş ki iş yoldaşlarının bildiyindən narahat olub intihar edib 100% işdə müəyyən iradlar deyilməsinə yol verib hərə bir söz əsəbləri dözməyi həyata son qoyub.mənim tam olaraq nə demək istədiyimi özünüz anladınız.
cahandar
yuxarıdakı şərhim icome2009za ünvanlanıb
tenqo

Allah mənə səbir versin. Sizinlə bu məsələni aydınlaşdırmaq necə də çətin iş imiş. Şərhim uzun alınacaq, amma yenə də olsun. icome2009 adlı istifadəşi yazmışdı: "men deyerdim ki,indi kiwiler ailenin dagilmamagini daha cox isteyirler,neinki qadinlar.en yungul problemden qadin o saat ilk cixiw yolunu bowanmaqda gorur(((("


Sizin də bu şərhə olan cavabınızdan bir parça: "Mən sizi heç cür anlamadım.Kişinin qadınını döyməsi ən xırda problem sayırsınızsa onda böyük problem nədir?başını dəmirlə baltayla kəsməsi?!?"


Sonradan icome2009-un öz şərhinə izahından parçalar: 1. "men kommentime aydinliq getirim.demeli,bu yazini oxudum.ve tebii ki,bu qebilden hadiseni birinci defe deyil ki,ewidirem.demek istediyim o idi ki,eger burda yazilan kimi heqiqeten qadina qarwi zorakiliq olubsa,bowanmagina haqq qazandirmaq olar,narkomandisa,ailesine baxmirsa,ve s. hallarda bu hereket yerine duwur.her halda bu ehvalati daniwan qadin oz oglunun menafeyinden cixiw ederek ehvalati daniwir."


Əgər döyülmək barədə yazsaydı, zorakılığı bu cümlələrdə pisləməzdi.


2. "ancaq men werhimde umumi olaraq aile meselesine rey bildirmiwem.cunki,mawin surmek ucun eri icaze vermir,maddi problemler var deye ailesini atan,ata evine sabahki o uwagin taleyini fikirlewmeden qayidan qadinlardan daniwiram."


İndi diqqətlə düşünün, mənmi düzgün anlamamışam, sizmi? Əvvəlcədən mənim məqsədim sizi səhv çıxarmaq deyildi, sadəcə icmoe2009-un ilk şərhinə əsassız olaraq sərt mövqe bildirməyinizi qeyd etmək idi və düşündüm ki, elə mənim ilk şərhimdən hər şeyi başa düşərsiniz. Çox təəssüf. Əslində anlaşılmayan, çətin bir məqam yoxdur, amma yenə də aramızda anlaşmazlıq hökm sürür. Sizin qadın-kişi münasibətlərinə olan münasibətinizə bir spz demirəm, gördüyünüz kimi hətta fikirlərimiz də üst-üstə gəldi.


Lənət olsun içimdəki bu haqq sevgisinə. Susanda qınayırlar, susmayanda da deyirlər çürükçüsən :) Digər istifadəçilərdən xahiş edərdim bu anlaşmazlığı aradan qaldırmaqda köməklik etsinlər :) Mehribançılıq tərəfdaşıyam mən, aqressiv mövqeyimdən hiss edirsiniz yəqin :)

cahandar
ok anlaşıldı.mən problemə çevirmirdim.sadəcə belə mövzular mənim ən yaralı hissəmdi ola bilər ki ən də fikrimi aqressiv bildirmişəm və şərhim diqqətinizi çəkir sadəcə mən məqalə ilə bağlı real baxışlarla yanaşmış və icome2009zun şərhini sırf məqalə ilə əlaqələndirmişəm.Məqalədə qadın oğlu mənafeinə çıxış etsə də etməsə də məlumdur ki zorakılıqdan söhbət var ortada və real tərəfdən baxanda mən bu yöndə gedən hadisələrlə bağlı olaraq aqressiv fikir bildirmişəm.Həyatda nifrət etdiyim və düşünmədən əsəblərimə hakim ola bilmədiyim mövzuılar əhz XƏYANƏT,YALAN,ZORAKILİQDI istər qadının kişi ya kişinin qadına.Uşaqlara qarşı olan zorakılığa isə heç göz yuma bilmirəm.Nə isə Allah şeytana nəhlət etsin.
tenqo
Sevindim anlaşdığımıza görə. +1. Yuxarıda da qeyd etdiyim kimi bu məsələyə münasibətinizi və fikirlərinizi dəstəkləyirəm.
Ferbara
mən daha başıma papaq qoya bilmərəm, məndən milisə şikayət edən qadınla yaşamaram
Onda avropada bütün kişilər gərək özünü assın.
Tunzale93
mən ilk dəfədir ki,bu mövzuda kişilərə haqq verirəm.Hamının fikrinə hörmətlə yanaşıram,amma,mənim fikrimcə düzdü qadını alçaltmaq olmaz.Amma qadın da yerini,həddini bilsin gərək.Yüngül bir dava olan kimi qadın ərindən boşanib Onun yarısına çıxmaz.belə getsə nə papaq qalacaq nə bir şey...
ALLAH sonumuzu xeyir etsin.
AMİN…
Tunzale93
Əgər boşandinsa verlişdə "ÖZ YARINI" tapmayıb əvvəlki yoldaşina qayitma!!!
Çünki,şəriətə görə adicə sən evin içində 3 dəfə boşanmaq sözünü dilə gətirdinsə,artıq o insan sənə haramdı,naməhrəmdi.
ayxansevda
elə oğlanlar var ki, əksinə uşaq-muşaq almaram deyirlər onlar yetgin dünyagörüşlü təhsilli qızlara üstünlük verirlər mən şəxsən 18-19 yaşlı qızların ərə verirlməsini heç anlaya bilmirəm uşaq uşağa necə baxacaq baxanlar da ya vaxtsız əsəbləri korlanır ya da ailədə dünyagörüşü çatışmamazlıqdan ya söz-söhbət olur ya da qızın başından vurub çörəyini əlindən alırlar. qadının sənin fikrini gözlərindən oxumadı, sən onunla dost kimi problemlərini fikirlərini bölüşmədin daha o nə ailədi de ki, evdə qulluqçu saxlayırsan. evdə xanımın təkcə uşaqlarının anası deyil həm də dostundu. hər güclü uğurlu kişinin arxasında bir qadın dayanır bu ya anan, ya da yoldaşın ola bilər
Gülnar
Belə fikirləri oxuyanda adamın ürəyi açılır..Təəssüf ki, tv-yə belə düşüncəli insanları yox, Zaur, Elgiz, Ulvira kimi zövq və intellektimizi məhv edən aparıcıları çıxarırlar və millətə də onlar nümunə olurlar(
cahandar
Gəlin yazılarımızda ad çəkərək təhqirə yol verməyək.
Gülnar
Onlar onsuz da özləri özlərini biabır edirlər, əlavə təhqirdən qorxacaqları yoxdur..Həm də ki, topikdə adları çəkildiyi üçün onları dedim, o siyahını uzatmaq da olar
icome2009

istenilen halda size kiminse numune olmasi ucun gerek siz ozunuz onu numune goturmek isteyesiz.yeni eger kimse o dediyiniz insanlar kimi olmaq istemirse,hec kim onu buna vadar ede bilmez.yeni sozumun cani odu ki,insan ozu pis numune goturmek ucun meylli olmalidi.bu da insanin heyata baxiwi ve intellektual seviyyesi ile baglidi.eger tv baxan insan meselen,Stiv Cobsa oxwamaq isteyirse,onu ozune numune gotururse,kim ona mane ola biler?tv?burda aileye-valideynlere boyuk iw duwur,uwagi ele yetiwdirmek lazimdi ki,ozune yaxwi numune secsin.MENCE:)

Gülnar
Ümumiyyətlə düz deyirsiz..Amma bir şey də var ki, hamının şüuru eyni inkişaf eləmir..O qədər adam görmüşəm ki, ifadəmə görə bağışlayın, qoyun kimi oturub onlara baxır və elə bilir ki, orda gedən söhbətlər, ora çıxan adamlar düz yoldadır. Yəni ki, söhbət iradəsi zəif olan, yaxud da ailəsində ziyalı olmayan adamlardan gedir və bunlar çoxluq təşkil edir.Televiziyadan çox şey asılıdır, kütləyə təsir edir..İndi cavanlar niyə türkcə danışır? İnanın mən adamlar tanıyıram həyəcan keçirəndə yaxud da kimisə təbrik edəndə azərbaycan dilində danışa bilmir keçir türkə..Çünki, türk kanallarına baxa-baxa böyüyüb…
Ferbara
Yaxşı ki, belə düşünənlər də var. Çox sağ olun. :)
Xrizoberil
ayxansevda, sizin fikirlərinizlə tam razıyam…
düzdür adətən deyirlər ki, tez yuxudan duranla, tez ailə quran heç zaman uduzmaz- amma mən bu fikirlə tam razı deyiləm. bəzi məqamlar da uduzmasa da, çox məqamlarda uduzmuş olurlar. o ki, qaldı  məqalənin adına — insanlar müxtəlifdir. Bəzilərinə görə 25 yaşlı qızlar evdə qalmış ola bilərlər. bizə düşən elə düşüncəli insanların fikirlərinə hormətlə yanaşmaqdır. beş barmağın beşi də eyni olmur.
hmm, birdə indi ki, boşanmaların əksəriyyətin də hər iki tərəflərin də günahları, səhvləri və s. olur. tək bir tərəfi (yəni qadını) günahlandırmaq düzgün deyil. hər halda dözümlü və səbrli qadınlarımızda çoxdur cəmiyyətimizdə.
icome2009
ayxansevda,o yawda  aile quran qizlar mence bunun ucun yetiwirler.aile problemleri ise her yawda cixir-sadece,problemin temasi ferqli olur.dunya goruwu meselesi ile tamamile raziyam,haqlisiz,amma bu ele bir weydi ki,onun tamamile hansi yawda formalawmasi haqda deqiq hecne demek olmur,her halda menim fikrimce ortaq mexrece gelmek lazimdi,bunun ucun de ailenin iwine kenardan (esasen de valideynler) ne qeder az qariwsalar daha yaxwi olar:)
ayxansevda
məsələ orasındadır ki, o yaşda qızlarımız ailə qədri bilmirlər cavandırlar başları havalıdır qınamaq da olmur axı uşaqdırlar. hələ nə görüblər ki? məncə qız məktəbi bitirməli sonra ali təhsil almalı yox əgər ala bilməyibsə (hər kəsin diplomu ola bilməz ki?) onda müəyyən peşəyə yiyələnməlidir. Anlamalıdır ki, gələcəkdə dünyaya gətirəcəyi körpəsi sevimli gəlincik deyil, yoldaşı da ağ atlı şəhzadə deyil onun da öz mənfi və müsbəti var uşağın isə ata sevgisinə qayğısına ehtiyacı var daha ailə uşaq oyunu deyil ki, evcik -evcik oynadıq daha xoşuma gəlmədin. İnanın az yaşlı ailə quran qızlarımız bunu o dərəcədə dərk etmir yetgin qızlar isə ailə məsuliyyəti nədir bilir. Sözlərin normal ağıllı qızlarımız haqqındadır təbii ki. Baxırsan yaxşı ailədən çıxıb əla qızdır həyat təcrübəsi yoxdur dünyagörüşü zəifdir ona görə də ailə münaqişəsini böyüdür məişət problemlərini valideynlərinə qonşusuna danışır hamısı da təcrübəsizlikdən sonra müəyyən yaşa çatır etdiyi səhvlərinə görə utanır. Bilmirəm fikrimi çatdıtra bildimmi. Qısası qız elə 25-27 yaşında getsə yaxşıdı belə qızlar dərk edərək ərə gedir heç nədən «Mən boşanıram» demir. Bəzi qızlar isə 22 yaşı olar psixoloji baxımdan ailə qurmağa hazırdısa belə də olar
icome2009
mən  sizin fikirlərlə həm razıyam,həm yox.razıyam ona görə ki,zorakılıq,söz-söhbət insanı bezdirir.boşanmasa da həyatı məhv olur.razı deyiləm,ona görə ki,erkən yaşda ərə gedən qızlar +  oxumayanda daha avam olurlar.onlarla yaşamaq həyat yoldaşlarına daha rahat olur.tələbləri,dünya görüşləri daha az və yüngül olur,nəzərə alsaq ki,regionlarda bu məsələ daha geniş yayılıb orda siz dediyiniz ata-ana qayğısı o qeder də dərin hiss eletdirilmir uşağa-ən çox da qız uşağına.ona görə də qız həyat yoldaşına bağlanır.həmən regiondakı qız ailə qurub şəhərə gələndə daha da xoşbəxt hiss edir özunu,lətifəsi onlardan uzaq-kor nə istər iki göz,biri əyri biri düz))))
gələk daha yetkin-siz dediyiniz kimi 26-27 yaşda ərə gedən qız.ali təhsil+dünya görüşü+artıq özünü maddi cəhətdən təmin edə bilməsi(maddi və mənəvi azadlıq) bu yaşlarda həm ailə quracağı şəxsə qarşı həm də həyat yoldaşına qarşı tələbləri daha da artır.burda da zəncir qırılır.AMMA TƏBİİ Kİ,BUNU HƏR KƏSƏ AİD ETMƏK OLMAZ!HANSI YAŞDA OLMAĞINDAN  ASILI OLMAYARAQ MÜDRİK QADIN MÜDRİKDİR.çünki ailə qurandan sonra həm kişinin,həm də qadının tək bir amalı olmalıdır-AİLƏ!!!
Ferbara
Bu köhnə məqaləyə yazdığım təzə ikinci şərh nə şərhlər tökdü bura. :) Fikirləriniz çox maraqlı idi. Bir şeyi bilmək lazımdır: Evlilik — başqa bir insanın tale yolunu başqa səmtə yönəltmək qədər ciddi addımdır.
Silen_ce
Postun adı ilə mətni arasında, eləcə də abzasların aralarında nə qədər çalışsam da uyğunluq görə bilmədim. Heç cürə söhbətin nədən getdiyini anlaya bilmədim… Müəllif bunlarla nə demək istəyir ki?.. ÜLvira ilə Günayın papağa nə dəxli var… «Toy olsun»un kişinin qadını döyməsi ilə nə əlaqəsi var…
Rene
Bizim millətin bədbəxtçiliyi də orasındadır ki, «ailəni qorumaq», «uşaqların xatirinə» və s. səbəblərə görə zorakılıq, kişi xəyanəti və s. kimi «xırda şeylər»i bağışlamağı düzgün bilirlər. Sizə bir şey deyim? Əslində bizim qadınlar boşanaraq küçədə, yiyəsiz qalmaqdan, ümumxalq qınaq obyektinə çevrilməkdən qorxurlar… Çoxunun cəsarəti çatmır, türklər demiş «düzən»inin pozulmasını istəmir. Səhv başa düşməyin, mən boşanmaq yaxşı haldır demirəm, Allahın (c.c.) sevmədiyini sevə bilmərəm. Amma inanın ki, bəzi hallarda boşanmaq ən düzgün qərardır… Baxır problemə, baxır ərlə-arvadın münasibətinə. Əgər arada dərin hörmət, sevgi varsa bir çox problemləri birgə aşmaq olar… Amma bəzən də elə olur ki,ərlə arvad dalaşmaq üçün sadəcə cüzi bir şeyə bənddilər sanki… Belə cütlük ömürlərinin sonunadək bir evdə yaşasalar da heç vaxt ailə olmayacaqlar və belə «ailə»də böyuyən uşaqların psixologiyası pozulacaq. Əlbəttə hər xırda şeydən ötrü boşanmaq düzgün deyil. Amma görəsən bu həqiqətən də xırda şeydirmi əslində?.. Məsələn, bu özünü asan kişinin anası məsələyə obyektiv yanaşmır axı, sırf bir ana kimi danışır: «olurdu da, arada savaşırdılar». Demir e, oğlum arvadını döyürdü… Düzdü bu məsələni də biz ətraflı bilmədiyimizə görə mühakimə etməyimiz düzgün olmaz. Nəysə, mən bu mövzuda çox uzun-uzadı danışa bilərəm… Özüm ailəli olmasam da, bir çox ailələrə baxdıqda düzü ailə qurmağa belə qorxuram artıq… ((