Рейтинг
+213.09

346 saylı marşrut

90 üzv, 114 topik

Kişilər bir olmur

Qadınlar deyirlər kişilərin hamısı bir bezin qırağıdır, amma elə deyil. Şair demişkən, kişilər bir olmur, müxtəlif cür olur. Elə kişi var xəsisdir, elə kişi var səxavətlidir. Kişi var boyu ucadır, kişi var boyu gödəkdir. Elə kişi var sakit yatır, səsi çıxmır, eləsi var xoruldayır.

Kişi var üz cizgilərinin hamısı yerindədir, amma bir qram xarizması yoxdur. Kişi var üz cizgiləri yerində deyil, amma güclü xarizması var. Elə kişi var saqqal ona yaraşır, elə kişi var saqqal ona yaraşmır. Kişi var balıq yeməyi xoşlayır, kişi var balıq yeməyi xoşlamır. Bəxti gətirən kişi var, bəxti gətirməyən kişi var. Kök kişi var, arıq kişi var.
Davamı →

Ateist dinşünas

Tələbə vaxtı bir dinşünaslıq müəllimimiz vardı. Bu yaşlı qadın bizə qədər, yəni, ömrünün çox hissəsini elə həmin fakültədə elmi ateizmdən dərs demişdi. Bizim gəncliyimiz belə maraqlı hadisələrlə zəngindi. Keçid dövrünün keçidlərində yuvarlan-yuvarlana bu günlərə gəlmişik. Əslində, müəlliməmiz “ayıblı ayıbını bilsə, başına palaz bürüyər” aforizminə əməl etsəydi, heç bir narazılıq yaranmayacaqdı, amma o, özünü dinşünaslıq elminin banisi hesab edirdi. Məşhur “Pir” hekayəsində yalandan pir uydurub sonra ona and içən obraz kimi özü də əməlli-başlı dinşünas olduğuna, deyəsən, inanırdı.

İslam dininin tarixi ilə bağlı problemim yox idi. Amma bu qadının sovet dövründə dinimizə duyduğu gizli rəğbət yalanlarına inanacaq qədər axmaq deyildim. Yaxşı bilirdim ki, o, uzun illər elmi ateizmdən dərs deyəndə daha səmimi olub, o vaxt da tələbələrin anasını beləcə ağladıb. Sadəcə bu qadında vəziyyətə ildırım sürətilə uyğunlaşan buqələmun xisləti vardı. Bunu pərdələmək istəyi də məni qıcıqlandırırdı.
Davamı →

Verilişlərimizin həmsəylik günü

İndi başlayacaqlar «hoppanmağa, qışqırmağa». Müğənnilərimizi və aparıcılarımızı deyirəm. Hərəsi boynuna bir zərli lent atıb bir-biri ilə həmr(s)əy olub bizi də həmrəyliyə səsləyəcəklər. Səviyyə yox, zövq yox, söz ehtiyatı yox, vicdan yox, senzura yox, dünyadan xəbərləri yox.

Bəlkə də artıq başlayıblar. Neçə ildi, yerli telekanallarımızın ucbatından nəinki televizora baxmıram, hətta televizor olan otağa keçməyə üşənirəm, elə bilirəm bu «qutu»nun qaranlıq ekranından indicə bir Elariz, ya bir Elgiz çıxacaq.

Amma hərdən, lap hərdən stomatoloqun gözləmə zalının divarından, gözəllik salonunun küncündən, saç ustasının güzgüsündən bizim verilişlər imkan tapıb bir beyin həmləsi yapırlar. Onda ki, nəinki pultun düyməsi, heç öz ixtiyarım özümdə, başım öz əlimdə olmur.
Davamı →

Virtual dünyanın xəstələri

Dünən  bir həkimlə tanış oldum. Konsertə getmişdim. Konsertdən sonra bir az pivə içmək qərarına gəldik. Həkimi pivə məclisinə bir şair dostum dəvət etmişdi. Söhbətimiz həmən tutdu. Həkim həm də musiqiylə məşğul olur. Qrupları var. Ürəkləri istəyəndə yığışıb azarlarını öldürürlər. Ədəbiyyatı yaxşı bilirdi. Yaxşı mütaliəsinin olduğunu hiss etdim. Həm də obyektiv adam idi. Artistlik etmirdi. Bu da söhbətin səmimi və maraqlı alınmasında vacib şərtlərdən biridi.   Məsələn, açıq şəkildə dedi ki, Pelevini o qədər də yaxşı başa düşmür. Həkim Tiflisdə özəl klinikaların birində çalışır. Bundan əlavə hansısa özəl məktəbdə də psixiatr, ya da psixoloq işləyir. Sözün açığı psixiatr və psixoloq peşələrinin fərqini hələ də öyrənə bilməmişəm. Bilmirəm hansı dərmanla müalicə edir, hansı söhbətlə. Qarışdırıram. Bir-iki dəfə dəqiqləşdirmişəm,  sonra yenə də yadımdan çıxıb. Bu kimi məsələlərdə özümü hədsiz dərəcədə yararsız adam hesab edirəm. Hələ də bilmirəm ki, günəş yerin ətrafında fırlanır, yoxsa yer günəşin ətrafında.
Davamı →

Dostluq haqqında

Dostluq etmək insandan böyük bir qabiliyyət, mərifət, incəlik tələb edir. Dostluq etmək sənətin bir növüdür desək, heç bir mübaliğəyə varmarıq. Dost olmaq düşmən olmaqdan qat-qat çətindi. Dostu hazır olmadığı, ona yad sahədə imtahana çəkmək heç düzgün yanaşma deyil. Məsələn, bir nəfər gəlib desə ki, gedək filan yerdə adamlar var, onlarla dalaşaq, bu heç də düzgün söhbət olmaz. Əgər davadan qaçsam, dava etməkdən yayınsam, bu o demək deyil ki, dostluq etməyi bacarmıram. Məni davaya dartıb aparan adam başa düşməlidi ki, düzgün ünvana müraciət etməyib. Başa düşməlidir ki, dava adamı deyiləm.
Davamı →

Biz hardan gəlirik və hara getməliyik?

Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir neçə insan peyda olub, belə bir şərh yazır:

“Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Allah sənə rəhmət eləsin, Sabir. Allah sənə rəhmət eləsin, Üzeyir bəy… Heç dəyişməmişik. Yüz il əvvəlki kimi qalmışıq. Yüz ildə heç nə dəyişməyib”.

Elə həvəslə dəyişməmişik yazırlar ki, elə bil dəyişmədiklərinə sevinirlər. Əvvəla, çox şey dəyişib. Onların zəhməti hədər getməyib. Biz çox vaxt necə ola bilərdik, necə ola bilərdi haqqında yox, necə var haqqında düşünürük.

Yuz il bundan əvvəl baş vermiş bir çox hadisələr təkrarlana bilər. Düzdü, Mirzə Cəlilin, Haqverdiyevin bir çox obrazlarına son vaxtlar daha tez-tez rast gəlirik. Amma ümumilikdə çox dəyişiklik var. Yüz il bundan əvvəl bir qadının səhər evdən çıxıb, işə getməsi möcüzə sayıla bilərdi. Bu gün minlərlə qadın işə gedib-gəlir. Yuz il bundan əvvəl bu qədər qız xeylaqının təhsil alması heç kimin ağlına gəlməzdi. Heç nə dəyişməyib deyənlər görünür, klassiklərin əsərlərini diqqətlə oxumayıblar və yaxud heç oxumayıblar. Əgər sən dəyişməmisənsə bu sənin problemindir. Mən dəyişmişəm.
Ardı →

Xatirə dəftəri | Doktor Ravik

Azerbaycanlilarin cox sevdikleri janr—xatire janridir. Azerbaycan insan; xatire danışmağı, xatirə yazmağı çox sevir.
Xatire janrinin en gozel numunesi azerbaycan qizlarinin xatire defteleridir. Azerbaycanda universitete, kollece-zada giren qizlarin boyuk ekseriyyeti derhal bu ishe girishir. Elimizde olan melumatlara gore, Sabir adina kollecin (bedbext Sabir!), pedaqoji ve muellimler institutlarinin, Baki 2 nomreli baza tibb mektebinin qizlari bu ishde xususi fedakarliqlari ile secilirler. Adeten xatire defterine rengli qelemlerle qizilgul, oglan, qiz resmleri cheken, defterin kenarini namelum naxishlarla bezeyen qizlarin xatire defteleri daha populyar olur. Internet hele de adini cekdiyimiz tehsil muessiselerine daxil ola bilmeyib. Uzaqbashi chata-zada girirler, vessalam.
Davamı →

Şoular vasitəsilə qurulan biznes

Nə mədəniyyət işçisiyəm, nə musiqişünas. Teatr və kinodan da bir o qədər başım çıxmaz. Televiziyaşünaslıqdan da uzağam. Amma mədəniyyəti də sevirəm, musiqini də! Teatr və kinomuzun hazırkı vəziyyəti ürəyimi ağrıdır. Xalqımı, milli-mənəvi dəyərlərimizi, ölkəmizin gələcəyi sayılan gəncləri çox istəyirəm. Millətimin imzasını daim imzalar içində görmək, mentalitetimizə sadiq qalmaq, gənclərimizi Qərb təfəkkürlü, amma Şərq əxlaqlı görmək arzusundayam. Bu qeydləri də adi Azərbaycan vətəndaşı, görüb susa bilməyən jurnalist kimi qələmə alıram!
Davamı →

Tısbağa sürətli nəqliyyat

Funikulyor kanat dartımı ilə relslərlə hərəkət edən vaqonlarda sərnişinlərin və yüklərin sərt yoxuşla qısa məsafəyə daşınmasını təmin edən nəqliyyat vasitəsidir. Elə latın sözü olan «funikulyor»un mənası da ip, kanat deməkdir. Bu nəqliyyat vasitəsindən çətin relyefli yerlərdə istifadə olunur.
Dəmir yolu ilə sərnişin daşımaq üçün kanatdan istifadə etmək ideyası 1825-ci ildə meydana çıxıb. Həmin ideya ilk dəfə 1854-cü ildə İtaliyanın Genuya və Avstriyanın Zommeriq şəhərlərində gerçəkləşdirilib.   Funikulyorlar müxtəlifdir. Onlardan həm sərnişin, həm də yükdaşımada istifadə olunur.
Ardı →

“Stolkholm sindromu”

Bu günün azərbaycanlısı xalis fərdiyyətçidir. O qədər fərdiyyətçidir ki, əmindir — ona özündən başqa heç kim kömək etməyəcək.
Əmindir ki, heç kəsə inanmaq olmaz. İlk növbədə də dövlətə. Dövlət onu incidəcək. Qonşu aldadacaq. İş yoldaşı satacaq. Odur ki, əsl türmə qanunları ilə yaşa: “İnanma, istəmə, qorxma”. Doktrinaya çevrilmiş 3 kəlmə.
Və bu xüsusiyyətlərdə hamı yumruq kimi birdir. Elə bu fərdiyyətçilər də öz oxşarlıqları ilə ümumiləşərək özlərini xalq adlandırır.
Çoxdan bəllidir — totalitar rejimlərin özlərinə layiq də xalqları olur. Və bu rejimdə yaşayanlar üzərlərində dövlətin amansız presini
Ardı →