Рейтинг
+213.09

346 saylı marşrut

90 üzv, 114 topik

Söz mətbəxi

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri
Ey mərifət sahibiyəm deyənlər, öz qövmunə və başqalarına nəyisə söyləmək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi yaxşı — yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda saxlayasınız ki, ağzınızı açanda duzsuz — duzsuz danışmayasınız. Yoxsa duzsuz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar. O qədər gülər ki, gülməkdən qarnı partlayar, ləvəngisi tökülər.
Ardı →

Metro çıxışları | Mədəniyyətin beşiyi kimi

Yazmaq və sizlərə çatdırmaq istədiyim Bakıdakı metro sisteminin iş qrafiki yaxud Cəfər Cabbarlı stansiyasına 28 May stansiyasından keçid olduğunu çatdlrmaq deyil, vurğulamaq istədiyim metro çıxışlarında olan yüksək «səviyyə»dəndir. Demək istədiyim insanları təhqir deyil sadəcə tənqid etmək və yaxşılığa doğru dəyişiklikləri görmək istəməmdir yaxud da konstitusiyada hələ də qüvvəyə minə bilməyən qanunlar və onları icra etməyə can atan insanlardır.


Ardı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.

Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki.
Davamı →

Təsadüflər yoxsa yazılmamış qanunlar?

* Yerə düşən hər şey ən çətin küncə diyirlənər.
* Mürəbbəli çörək nə zaman yerə düşsə, mürəbbəli üzü üstə düşər.
* Bir şey təmir edərkən əlin tamamilə yağa bulananda burnun qaşınar.
* İnsanların səni seyr etmə ehti…malı düşdüyün gülünc vəziyyət ilə düz mütənasibdir.
* Səhv nömrə yığanda yığılan nömrə heç vaxt məşğul olmur.
* Duşa girib islandığında telefona zəng gələr.
* Bir əşyanın işləmədiyini isbat etdiyin zaman, həmin əşya işləməyə başlayar.
* Ayağınıza tam oturan bir ayaqqabı gətirildikdə mağazadakı ayaqqabıların ən eybəcəridir.
* Hər hansı bəyəndiyiniz bir şeyin istehsalı dərhal dayanar.
* Telefona zəng gözlədiyin müddət ərzində zəng gəlməyəcək, ancaq gedib, başqa bir işlə məşğul olduğun anda zəng gəlib səni işindən ayıracaq.
* Siz imtahanlara istədiyiniz qədər hazırlaşın, sonda hər zaman öyrənmədiyiniz bir yerdən sual çıxacaq!
* Dəqiqələrlə gözlədiyin avtobus sən tam siqaret yandırdığında gəlir.
* Siqaret tüstüsü hər zaman siqaret çəkməyən adama doğru gedir.


Davamı →

5 tip avara

— «Hər şeyi bilənlər, hərşeyşünaslar».

Bunlara dırnaq içində dahi də demək olar. Bu adamlar hər yerdə qarşımıza çıxa bilər. Bir məqsədləri var: qarşısındakını çərlədib, öldürmək. Əslində heç nə bilmirlər. Qəzetlərdə «siz bunları bilirsinizmi» başlıqlarını əzbər öyrənirlər. Kitabların özətlərini oxuyurlar.


Ardı →

Birlik | Satirik hekayə

“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.

Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.

Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim.  Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər.


Ardı →

Rayonla şəhərin fərqi

Nədən Azərbaycanda şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur, qalan bütün şəhərlər isə rayon adlanır?

Azərbaycan əhalisi arasında yayılmış ifadə stereotiplərindən biri də yer adlarının təsnifatı ilə bağlıdır. Məsələn, bizim ölkədə şəhər deyiləndə ancaq (Bakı) nəzərdə tutulur. Tutaq ki, biri ölkənin başqa bir şəhərindən- məsələn, Mingəçevirdən paytaxta qayıtdıqda ondan soruşurlar ki, «kənddə nə var nə yox» və ya «irayonda vəziyyət necədir»? Halbuki, Mingəçevir nə rayon deyil, nə də kənd, 100 mindən artıq əhalisi olan şəhərdir.
Ardı →

Abır müəllimlə Həya xanımın qeybə səyahəti

Bizim Başkəsən kəndində, dərənin bax o dibində uçuq bir daxma vardı. O daxmada kəndin sevimlisi Abır müəllimlə Həya xanım yaşayırdılar. Bir-birinə dərin sevgilərlə bağlıydılar. Qoşa gəzib-dolanardılar. Kəndin kamil adamları bu xoşbəxt cütlüyə Abır-Həya adı vermişdilər. Nə isə, gözəl və xoşbəxt  ailəydi. Ailənin bir  oğlu, bir də qızı vardı. Uşaqlar yetkinlik yaşına çatar-çatmaz Başkəsənin başçısı Zamanı dəyişib yerinə Hürriyyət bəyi qoydular.
Ardı →

Qız qalası ərə gedir...!?

Dikdaban geyinmiş göy – dələnlərin,


Ayağının altında qalıbdır Bakı...!


(Qismət Rüstəmov)


Mən yazımı ona görə belə adlandırıram ki, yazdıqlarım oxucuların diqqətini cəlb etsin və onlar fikirləşsin ki, o – haaa yəqin qiyamət məsələsidir. Amma rahatsız olmayın. Mən əhvalatın qısa variantını sizlərə ərz edəcəm. ( Mıs – mıs deyincə, keç Mustafa dayıya… )


Deməli belə…


Ardı →

Azərbaycanlılar

Azərbaycanı Absurdistan adlandırdanlar çoxdur. Mən bunu belə  izah edərdim. Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma  bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur.
Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar.
Ardı →