Porque

Por que?Bağlı qapı…açırsan növbəti bir baglı qapı…qapılar…dəmir qapılar…taxta qapılar…rəngsiz qapılar…düşüncəli qapılar…ağlayan,gülən,danışan qapılar.Onlar bizə toxunmurlarkı,onlar bizim önümüzü kəsmirlərki,onların düşüncəsini soruşsaydılar inanın ki heç o kobud yerlərdə durmaq istəməzdilər.Onlarda atalarının analarının övladlarının yanında olmaq istərdilər,biz gətirmişik onları, biz daxilimizdəki maneə ile rastlaşma ehtiyacımızı qarşılamaq üçün onları yaratmışıq ve üstəlik bununla kifayətlənməyərək bəzəmişik, rəngləmişik, naxışlar vurmuşuq, sevmişik.Heyyy amigos por que?Olmazdı da qapılar, yaratmazdılar…indi məndə sənin kimi ş’er yazardım üstəlik o ş’eri qulağa ən xoş gələn melodiyalarla bəzəyərdim və üstəlik gözəl səsli bir qadının ifasında yarı həzz yarı fəxr hissi ilə dinləyərdim. Sən” por que” deyirsən? Mən “niye” deyirəm? Dünyanın həryerində yaşayan insanlar əslinde eyni şeyləri eyni cür düşünür sadəcə onları ifadə edəcək sözləri fərqli seçibler, indi bunu qebul edim deyirsən?! Indi bəzi filosofların əslinde dilin fəlsəfəni yaratdıgı iddiasi ilə razılaşım deyirsən?!Qəbul ede bilmərəm, razılaşa bilmərəm!!! Çünki indi mən niyə insan qapıları yaradıb sualını özümə verirəm,sən ise tək qaldıgın üçün sevgilinin dəyərini daha çox başa düşdüyünü deyirsən(sanki əvvəllər heç eşitməmişdik).

Bir əli ilə qapını bağlayırdı, ancaq əli beyninin bir hissəsinin əmri ilə bunu edərkən digər yarımkürəsi pəncərəni açmaq üçün lazım olan bütün neyronları işə salmışdı artıq.Biryerdən azadlıgı hiss etməli idi axı, təbiətlə təmasda olmalıydı axı,insanın əsil zərurəti olan təbiət.Çünki həyəcandan tər basmış ovuclarının icində bərk bərk sıxdığını da ,bağladığı qapını da, açdıgı pəncərəni də təbiət vermişdi ona.Və bəlkədə hərkəsdən daha çox minnətdar idi təbiətə, hərkəsdən daha çox özünü təbiətə aid hiss edirdi.Hörümçəyin öz toru ilə zərif sənət əsəri yaratdığı otaqda, sınıq stolun üstünde güclə dayanmış,üzərinə sarı xəttlər düşmüş güzgüdə deşikləri böyümüş bir burun,bəbəkləri şişmiş mənasız bir cüt göz ve indiyədək rastlaşmadığı bir rəng almış yaraşıqsız üzünü gördükdə yaxında biryerdən gələn mahnıda təkrar təkrar işlədilən “por que…por que?”sualını özüne vermək məcburiyyətini dərinden hiss etdi.Niyə yaşayıram?Niyə varam? Niyə ölüm var?Niyə sevmək var?...bu sualların heçbirini vermirdi.Özünə verdiyi bircə sual var idi.Niye qapını yaradıblar?!

 

0 şərh