Nağıl, əfsanə, lətifə, dastan qəhramanlarının adları ilə əlaqədar şəxs adları

Demək olar ki, dünyanın əksər xalqlarının dillərində xalq təfəkkürünün məhsulu olan şifahi xalq ədəbiyyatı nümunələrinin əsas qəhrəmanlarının adları bu günə qədər yaşayır. Buna səbəb həmin qəhrəmanlara olan müsbət münasibət, estetik ideallar aşılayan folklor nümunələrindəki qəhrəmanlara rəğbət hissidir. Bəzən hətta tarixi şəxsiyyətlərin adı da məhz xalq ədəbiyyatında yaşadılmış, həyatda müstəbid olan hökmdarlar folklorda müdrik idarəedici kimi təqdim olunmuşdur. Azərbaycan şəxs adları sistemində də belə adlar kifayət qədərdir, desək, yəqin ki, səhv etmərik. Nağıl və dastanlarımızda, eləcə də lətifələrimizdə titullara da rast gəlinir. Onların əksəriyyətinə bu gün ya müstəqil şəxs adı kimi, ya da mürəkkəb şəxs adlarının tərkibində rast gəlinir.

a) TİTULLAR:

AĞA
ATA
BƏYLƏRBƏY (BƏGLƏRBƏGİ)
DƏDƏ
GİZİR (OĞLU)
XAN
XATUN
MƏLİK
OZAN
SULTAN
 
b) KİŞİ ADLARI:

ABDULLA
ALIXAN 
AYXAN 
BAYANDUR
ALP
BƏY (BƏG) 
ÇAVUŞ 
ƏMİR
 XAQAN 
XANIM 
İGİD (YİGİT) 
MİNBAŞI
PAŞA 
YÜZBAŞI
ABBAS
ALI
ARUZ
BAYANDIR
BƏHRAM
BUĞAC
DAŞDƏMİR
EYVAZ
ƏFRASİYAB
ƏLƏSGƏR
GİZİR (OĞLU)
HACI (DAYI)
HARUN
HƏTƏM
HƏMZƏXAN
İLYAS
İSMAYIL
XIDIR
KƏRƏM
QARACA
QƏRİBXAN
QUBAD
MƏCNUN MƏLİKMƏMMƏD
MÜTALİB
NAĞI
NƏSRƏDDİN
RÜSTƏM
SƏLİM
SƏNAN
SÖVDƏGƏR
TAHİR
TAPDIQ
ÜZEYİR
YUSİF
ZÜLAL
BƏHMƏN
BƏYANDUR 
ÇOBAN 
DƏMİRÇİ (OĞLU) 
EYVAZXAN 
ƏHMƏD
FƏRHAD
HABİL HADI
HATƏM 
HƏMZƏ 
İBRAHİM
İSGƏNDƏR 
XANÇOBAN 
XIZIR KOROĞLU 
QƏRİB QORQUD 
LOĞMAN
MƏLİKƏHMƏD 
MUSTAFA 
NADİR
NƏBİ 
OĞUZ
SEYMUR 
SƏMƏNDƏR 
SOFİ 
ŞAHİSMAYIL
TAĞI
ÜMMAN 
VALEH
ZİYAD

ç) QADIN ADLARI:

BƏHİYYƏ
BİLQEYİS
ÇİÇƏK
ƏSLİ
FATI   
FATİMƏ
FATMA
GÖVHƏR
GÜLGƏZ
GÜLZAR
HƏCƏR   
HURİ
HUMAY
XURŞİD
XURŞİDXANIM
XURŞUD
XURŞUDXANIM
KƏMİNƏ
KÖVSƏR
QƏMƏR
QÖNÇƏLƏB
LEYLA
LEYLİ
MƏLEYKƏ
NARDAN
NİGAR
PƏRİ
PƏRİXAN
PƏRİXANIM 
PƏRİZAD
PƏRZAD
PƏRVANƏ
SARA
SELCAN
ŞAHNAZ
ŞAHSƏNƏM
ŞİRİN
ZƏRNİGAR
ZÖHRƏ
ZÜBEYDƏ
ZÜLEYXA
ZÜMRÜD

Məlum olduğu kimi, ədəbiyyatşünaslıqda insanın həyat prosesində təsvirinin tipi ilə müəyyənləşməsinə görə bölünən ədəbi növlərin janrları mövcuddur. Azərbaycan şəxs adları sistemində həmin ədəbi janrların adlarından yaranmış antroponimlər yer almışdır. Bunlardan bəziləri nisbətən əvvəlki dövrlərə aid olsalar da, Novella, Roman, Əfsanə kimi adlar XX əsrdə yaranmışdır. Bu qəbildən olan adlar məişətimizdə bu gün də mövcuddur. Doğrudur, bu sıradan olan şəxs adları arasında Dastan və Tamaşa antroponimləri artıq müşahidəediləcək dərəcədə azalmışdır. Lakin digər şəxs adları bu gün məişətimizdə geniş yayılmışdır.
 
 
Müəllif: Fidan Afad qızı Qurbanova.
Mənbə:
Azərbaycan şəxs adları. İzahlı lüğət. Bakı, 2019, 1328 səh. ISBN 9 789952 835946
 

0 şərh