Parlaqlıq, işıqlıq və s. anlayışları ifadə edən sözlər əsasında yaranmış şəxs adları

Bildiyimiz kimi, əsatirlərimizdə, əfsanə, nağıl və rəvayətlərimizdə, eləcə də digər xalq ədəbiyyatı janrlarında, inanclarımızda nur və işıqla bağlı hadisələr, əhvalatlar kifayət qədər-dir. Qədim türk dastanlarından məlum olduğuna görə, göylər və yerlər meydana gəldikdən sonra ilk növbədə nur mənbələri olan Günəş, Ay və ulduzlar yaradılmışdır. Bunlar həm də qədim türklərin inam yerləri, totem olmuşdur. Qədim türklərdə bunlar hər üçü şəxs adı olmuşdur.
Azərbaycan şifahi xalq yaradıcılığında olduğu kimi, sonrakı mərhələdə də klassik ədəbiyyatda diqqəti cəlb edən parlaq ulduzlar bənzətmə vasitəsi kimi daha çox işlənmişdir. Məlum olduğu kimi, klassik ədəbiyyatda səmada ulduzlar arasında Ay çox parlaq görünür və diqqəti daha tez cəlb edir. Təsadüfi deyildir ki, dahi sənətkarımız Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində Şirini Aya, onun rəfiqələrini isə ülkərə (ulduza) bənzədir. Zöhrə ulduzu da çox parlaq olduğu üçün poeziyada tez-tez Ay planeti ilə yanaşı işlədilir.
“Quran”da Ay, Günəş, ulduzlar kimi göy cisimlərindən bəhs olunarkən göstərilir ki, "...orda Ayı bir nur, Günəşi də br çıraq etdi (Nuh surəsi, 16). Bu ayədə Ay haqqında işıq (ərəb dilində nur), Gün (günəş) haqqında isə çıraq (ərəb dilində sirac) sözləri işlədilmişdir. Bu sözlərdən Ay barəsində işlədilən nur sözü işığı əks etdirən, parlaq kütləni ifadə edir. Günəş haqqında «sirac” sözü isə daima yanan, istilik və işıq mənbəyi, göydəki forma mənasını verir. Dilimizin antroponimik vahidlər sistemində işıqlılıq, parlaqlıq mənalarını ifadə edən kifayət qədər şəxs adı mövcuddur. İşıqlılıqla, parlaqlıqla əlaqədar şəxs adlarımızın əksəriyyətinin tərkibində ərəb mənşəli nur sözü işlənmişdir. Məlum olduğu kimi, İslam dinində ən-Nur Allahın məlum 99 adından biridir. Ən-Nur işıqlandıran anlamındadır. Azərbaycan antroponimikasında bu gün dilimizin şəxs adları sistemində tərkibində nur sözünün işləndiyi kifayət qədər mürəkkəb ad mövcuddur.
Azərbaycan şəxs adları sistemində işıqlılıqla, parlaqlıqla əlaqədar mövcud şəxs adlarının əksəriyyətinin tərkibində Ay, Gün (Günəş) və nur sözləri iştirak edir. Müasir Azərbaycan dilində parlamaq, parıldamaq feilləri, parlaq, parıltı, par-par (parıldamaq) sözləri vardır və onlar da işıqlı, işıq saçmaq, işıltı və s. mənalarını ifadə edir. Qeyd etmək lazımdır ki, dilimizin antro-ponimik vahidlər sistemində parlaqlıq, işıqlılıq və s. kimi anlayışlarla əlaqədar şəxs adlarının əksəriyyəti qadın adlarıdır.

KİŞİ ADLARI:

AFİTAB
AFTAB
AYDIN
AYDINXAN
AYƏDDİN
AYXAN
AYTƏKİN
ELNUR
ƏNVƏR
İLKAY
İLKNUR
NURAN
NURAD
NURAĞA
NURALƏM
NURBABA
NURBALA
NURƏDDİN
NURƏHMƏD
NURƏLİ
NURXAN
NURİ
NURLAN
NURQƏLƏM
NURMƏMMƏD 
NURMƏHƏMMƏD
NURPAŞA
NURMƏT
NURULLA
NURU
SABUTAY
NURULLAH
SULDUZ
   
QADIN ADLARI:

AFİTAB
AFTAB
ALƏMNUR
AYLA
AYNUR
AYŞƏNUR
AYTƏKİN
CAHANNUR
DÜRƏFŞAN
FAİNA
FƏNARƏ 
GÜNNUR 
İNARA 
QƏNDİLİ 
MƏLƏKNUR 
MİNİRƏ 
MİNNUR 
MÜNƏVVƏR 
NAİRA 
NURALƏM 
NURAY NURBİBİ NURCAHAN NURCAN NURDİDƏ NURƏNGİZ NURXANIM NURİYƏ NURQƏDƏM NURLAN NURLANA
 
 
Müəllif: Fidan Afad qızı Qurbanova.
Mənbə:
Azərbaycan şəxs adları. İzahlı lüğət. Bakı, 2019, 1328 səh. ISBN 9 789952 835946
 

0 şərh