Unutqanlığın səbəbi-"beyin dumanı"

Diqqət dağınıqlığı, qavrama problemi, konsentrasiya, öyrənməkdə çətinlik və s. Xüsusilə işləyən insanların yaşadığı bu hisslər, beyinlə bağlı problemin xəbərçisi ola bilər. Çox zaman bir çox yoxlanışdan keçilsə də səbəbi tam olaraq bilinməyən «beyin dumanı» haqqında maraqlı bilgilər var. Türkiyəli dr Buğra Buyrukçuk bu xəstəliyin altında yatan problemlərdən danışıb. Onun sözlərinə görə, ən başlıca səbəblərdən biri B6, B1, B12 kimi vitaminlərin və ya magnezium, fosfor və yod kimi mineralların əskikliyi gəlir.

Qanın hüceyrə olaraq özünü tənzimləyə bilməməsi də beyin dumanlanmasına gətirib çıxarır. Əsas olan narahatlığı ortaya çıxarmaqdır. Bunun üçün qan dəyərləri və ümumi müayinə ilə tam diaqnoz qoymaq lazımdır. Xəstəliyi yaradan digər səbəb isə, beynimizdəki bilgilərin havadan asılı vəziyyətdə qalmasıdır. Beyinə davamlı olaraq yeni bilgilərin gəlməsi, bəzi mövzularda tam qərar verməmək kimi səbəblər və beynin passivliyinə yol açır. Bu eyni ilə kompüter yaddaşının lazımsız fayllarla dolması kimidir. Həkim bildirib ki, beynin sinxron işləməsi, hüceyrələrin özünü toplaması və gəncləşməsi üçün mütləq təbii üsullarla müalicəyə başlanılmalıdır. Təbii yollardan olan Akupunktur (iynə batırma) və hüceyrələri yeniləyən ozon terapiyası ən öndə gələn təbii üsullardandır. Təəccüblü səslənə bilər, lakin beyin hüceyrələrinin özünü toplaması üçün təbiətlə sıx əlaqədə olmaq, təbiət qoynunda çadır qurmaq və mənəvi dayaq sayılan duanı həyatımızda mütəmadi tətbiq etmək, müsbət effekt verir.

 

0 şərh