Təbəssüm stressin öhdəsindən gəlməkdə insana kömək edir

07 September, 2012
  ABŞ psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar

ABŞ psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar
Psixoloqlar təbəssümün çətinlikləri aradan qaldıra bilməsi ilə bağlı araşdırmalar aparıblar. Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi gülümsəmə belə, stressin öhdəsindən gəlməkdə insana kömək edə bilər.
Bunu araşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar. Onların hər birinə iki cür gülümsəmə öyrədilib — yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, ğözətrafı əzələlərin də iştirak etdiyi “əsl”, yaxud “səmimi” təbəssüm. Məşqlərin əsas xüsusiyyəti ondan ibarət olub ki, iştirakçılar qida çöplərinin köməyi ilə gülümsər üz ifadəsi almağa məcbur ediliblər. İlk baxışdan qəribə görünən bu şərt psixoloqlara “təbəssüm” sözündən qurtulmağa imkan verib: təcrübədə iştirak edənlərdən bəziləri nəticənin necə olacağını bilmədən, sifətlərində sadəcə olaraq, hər hansı bir ifadə yaradıblar.

İştirakçıların hamısı sifətlərini manipulyasiya etməyi öyrəndikdən sonra testlərə başlanılıb. Tapşırıq stresslə bağlı olub və bu barədə iştirakçılara əvvəlcədən heç nə deyilməyib. Testlər çoxlu tapşırıqdan ibarət olub və onların birində hətta əlləri buzlu suya salmaq da lazım gəlib. Tapşırıqları yerinə yetirərkən iştirakçıların üzlərində neytral, standart təbəssüm, səmimi gülümsəmə kimi müxtəlif ifadələr yaranıb. Eyni zamanda, onların ürək ritmləri ölçülüb və hər birinin stress hiss edib-etmədikləri ilə maraqlanıblar.

Məlum olub ki, təbəssüm doğrudan da insanın fiziki vəziyyətini yaxşılaşdırır: səmimiyyətlə gülümsəyənlər üzlərində süni təbəssüm yaradanlarla müqayisədə stressdən daha az əziyyət çəkiblər. Bundan başqa üzləri ilə sadəcə olaraq, hər hansı bir manipulyasiyanı yerinə yetirən və sonda təbəssümlərinin qeydə alınacağı ilə bağlı məlumatlandırılan insanlar bu barədə məlumatı olanlara nisbətən stressdən daha artıq əziyyət çəkdikləri müəyyən olunub.

Başqa sözlə, üzdəki təbəssüm ifadəsi həqiqətən çətinliklərdən qurtulmağa kömək edir. Elə buna görə də, psixoloqlar mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə, gülümsəməyi məsləhət görürlər.

  
 

0 şərh