Üzünüz gülsün

Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.


Ardı →

Gülümsəyin

təbəssumİndi hər şey gözünə günahkar kimi görünür, sıxılırsan, darıxırsan, hərdənbir köks də ötürürsən. Əslində desən də-deməsən də baxışlarından oxunur sıxıntın. Hərdən daha şən, qıvraq görünürsən… Bəs gülümsəyən gözlər, təbəssümlü çöhrə görəndə necə, heç sevinmirsənmi? İnanmıram ki, sevinməyəsən. Çünki çöhrədəki təbəssüm qaranlıqda yandırılan işıq kimidir, təbəssüm təşəkkürdür, təbəssüm sənə bağışlanan bir qucaq gül-çiçəkdir, təbəssüm sevgidir, dostluğa dəvətdir, bir dünyadır, təbəssüm hər şeydir, hər şey...

Sir-sifətindən zəhər-zəhrimar yağan birisini görmək istəyirsənmi?
— Əsla! Çünki o sənə bədbinlikdən, kindən, nifrətdən başqa heç nə vəd eləmir.

Gülüşünü, təbəssümünü evdən, övladından, insanlardan əsirgəmə. Onsuz da bu dünyanın ağlı-qaralı günləri başımızın tükü sanıdır.


Ardı →

Təbəssüm kömək edir

Psixoloqlar təbəssümün çətinlikləri aradan qaldıra bilməsi ilə bağlı xalq hikmətini təsdiq edib. 
Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər. Xalq hikməti hər bir xoşagəlməz hadisəyə təbəssümlə qatlaşmağı tövsiyə edir. 
Bunun hər hansı bir faydası varmı? Doğrudanmı, təbəssüm pis ovqatı aradan qaldırmağa və stressin qarşını almağa kömək edir?
Ardı →

Təbəssüm stressin öhdəsindən gəlməkdə insana kömək edir

07 September, 2012
  ABŞ psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar

ABŞ psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar
Psixoloqlar təbəssümün çətinlikləri aradan qaldıra bilməsi ilə bağlı araşdırmalar aparıblar. Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi gülümsəmə belə, stressin öhdəsindən gəlməkdə insana kömək edə bilər.
Bunu araşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları 100-dən çox könüllü üzərində təcrübə aparıblar. Onların hər birinə iki cür gülümsəmə öyrədilib — yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, ğözətrafı əzələlərin də iştirak etdiyi “əsl”, yaxud “səmimi” təbəssüm. Məşqlərin əsas xüsusiyyəti ondan ibarət olub ki, iştirakçılar qida çöplərinin köməyi ilə gülümsər üz ifadəsi almağa məcbur ediliblər. İlk baxışdan qəribə görünən bu şərt psixoloqlara “təbəssüm” sözündən qurtulmağa imkan verib: təcrübədə iştirak edənlərdən bəziləri nəticənin necə olacağını bilmədən, sifətlərində sadəcə olaraq, hər hansı bir ifadə yaradıblar.

İştirakçıların hamısı sifətlərini manipulyasiya etməyi öyrəndikdən sonra testlərə başlanılıb. Tapşırıq stresslə bağlı olub və bu barədə iştirakçılara əvvəlcədən heç nə deyilməyib. Testlər çoxlu tapşırıqdan ibarət olub və onların birində hətta əlləri buzlu suya salmaq da lazım gəlib. Tapşırıqları yerinə yetirərkən iştirakçıların üzlərində neytral, standart təbəssüm, səmimi gülümsəmə kimi müxtəlif ifadələr yaranıb. Eyni zamanda, onların ürək ritmləri ölçülüb və hər birinin stress hiss edib-etmədikləri ilə maraqlanıblar.

Məlum olub ki, təbəssüm doğrudan da insanın fiziki vəziyyətini yaxşılaşdırır: səmimiyyətlə gülümsəyənlər üzlərində süni təbəssüm yaradanlarla müqayisədə stressdən daha az əziyyət çəkiblər. Bundan başqa üzləri ilə sadəcə olaraq, hər hansı bir manipulyasiyanı yerinə yetirən və sonda təbəssümlərinin qeydə alınacağı ilə bağlı məlumatlandırılan insanlar bu barədə məlumatı olanlara nisbətən stressdən daha artıq əziyyət çəkdikləri müəyyən olunub.

Başqa sözlə, üzdəki təbəssüm ifadəsi həqiqətən çətinliklərdən qurtulmağa kömək edir. Elə buna görə də, psixoloqlar mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə, gülümsəməyi məsləhət görürlər.

  
Davamı →

Təbəssüm

Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il sonra xəstəxanaya yeni bir həkim gəldi...

Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan, ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il keçməmiş hamı ona dua etməyə başdalı.

Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı belə möcüzə saymaq olardı...

Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı. Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk gündən… Ancaq yenə də eyni gülərüzlülüyü ilə:

- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın kənarlarını plastik əməliyyat etdirdim, — dedi.

 

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Təbəssümün qiyməti

— O, baha deyil, qiyməti də yoxdur, lakin çox şey verir.
— O, bir anlıq davam edir, lakin hərdən yaddaşda uzun müddət yaşaya bilir.
— Heç kim elə varlı deyil ki, onsuz keçinə bilsin və elə bir kasıb yoxdur ki, onunla varlansın.
— Axı, həyatda bir çox şeylərini itirmiş insan qədər ona ehtiyac duyan digərini tapmaq çətindir. Bir təbəssüm onun valığına hakim olar, qəlbini doldurar və yeni həyata başlamaq ümidini verər.

Davamı →

Gülümsə :)

gülümsəyin. qoy təbəssüm sizi sevindirsin
Gülümsə!

Gülümsəyin!
Söhbət «anekdot»lardan və «gülməli» verlişlərdən getmir. Sizin enerjinizdən danışıram mən.

Küçədə, evdə, tanıdığınız və tanımadığınız insanlara gülümsəyin.
Çünki bu hamıya yaraşır və hamının içində müsbət enerji baş qaldırır.
Insanlar bir-birinin problemli olduğunu onsuzda bilir.
Və üstəlik nə qədər olar axı evdən çıxar-çıxmaz gördüyümüz ilk insanın gözlərində qəm və ya vəhşi baxışların şahidi olmaq?!
Yaxşı hadisələr haqqında fikirləşin biraz.
Problemlərə görə narahat olmağa dəyməz, əslində, onlar onsuzda ən sadiq dost kimi həmişə yanımızdadılar. Sevgilivizi düşünün, ya çox sevdiyiviz dostuvuzu, balaca dünyadan xəbərsiz uşaqları düşünün, gülün.
Təsəvvür edin ki, yol gedəndə insanlar sizə gülümsəyir, siz isə onlara..
Məncə gülümsəməkdi elə xoşbəxtliyin açarı.
Ardı →

Kiçik bir təbəssüm

Kiçik bir qız fikirli bir adama gülümsədi.Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı. 
Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi.
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi.
Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. Sonra da bir binanın zirzəmisindəki “evinə” yollandı.
Ardı →

Gülüş xoşbəxtlikdir

Qaşqabağını tökən insanların, daim təbəssüm edən insanlara nisbətən, üzləri daha erkən və daha çox qırışır.

Bundan başqa
• Qaşqabağımızı tökdükdə 18, gülümsədikdə isə yalnız 3 əzələmizi istifadə etdiyimizi,
• Gülümsəmək üçün 14 kalori, qaşları çatmaq üçün 72 kalori lazım olduğunu,
• Hərəkət və üz ifadələrimizin istifadə etdiyimiz sözlərdən 8 qat daha güclü və təsirli olduğunu,
• İnsanın fikirli olduğu zamanlarda üz ifadəsinin gerçək halı olduğunu,


Ardı →