Atanın nəsihəti.

Bir gün bir kişi oğlunu yanına çağırıb deyir. “Oğul, mənim səndə bir xahişim var.Mən öldükdə məni torpağa basdırmamışdan əvvəl məni ayağıma köhnə corablarımı geyindir.Bir müddətdən sonra həmin şəxs vəfat edir.Həmin şəxsin bədəni yuyularkən oğlu mollaya yaxınlaşır və deyir ki onun atasının ayağına mütləq atasının köhnə corablarını geyindirmləidir.Molla bunu qadağa oğluduğu söylədi və icazə vermədi, lakin oğul təkid edirdi.Bu mövzu ilə əlaqədar molla və ağsaqqallar toplaşıb müzəkirə etməyi düşündülər.Müzakirələr zamanı bir şəxs gəlib ölən şəxsin oğluna içində atası tərəfindən yazılmış məktub oğlan bir zərf verdi.Məktubda bunlar yazılmışdır: “Oğlum!Görürsən...?Baxmayaraq ki mən bütü sərvətimi sənə buraxıb getdim, mən özümlə köhnə bir corabı belə apara bilmədim.Nə vaxtsa səndə öləcəksən.O zaman sənə də bir neçə metr kəfəndən başqa heç bir şeyə icaczə verməyəcəklər.Mən sənə buraxdıqlarımı boş yerə deyil ağılla xərclə.Dünyanı dıyişdikdə sənin yeganə yükün sənin əməllərin olacaqdır.” Oğul bu məktubu oxuduqdan sonra atasını bir neçə metr kəfəndə dəfn etdilər....
 

2 şərh

HeRa_Queen
Həqiqətən də belədi dünya malı dünyada qalacaq bizlərsə ancaq dünyalıq malına  aludə oluruq sanki əbədi qalacqmışıq kimi. Bu hekayədən də aydın görünür ki, o dünyaya kəfən və əməllərimizdən  başqa heç nə aparmayacağıq. Dünyada sadəcə axirətimizə yaxşı əməllər işləyib və dünya malını bundan ötrü istifadə etsək heç də peşman olmarıq və «kaş ki» sözünü axirətdə demərik. Sonda ibrətli hekayə paylaşdığınıza görə Allah razı olsun :)
Aysel77
Tamamilə razıyam.Biz insanlar bir şeyi itirməyincə onun qədrini bilmirik.Cənnətimizi itirmədən onun qədrini bilək!!!