Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

“Qayınana“ filmi haqqında

“Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...”
“Sən arvad saxlayan yetim deyilsən”
“Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın”
“Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin”
“Gördün, yıxılmışdım”…

Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəm. İndi keçək mətləbə. “Qayınana” filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur “Qayınana”dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.

Davamı →

“Bəyin oğurlanması“ filmi haqqında

1985-ci ilin filmidir — filmlərin də insanların da sevildiyi, dostluqların təmənnasız, yoldaşlığın sədaqətli olan vaxtlarının. Bu fikrə az sonra qayıdacağıq...
Ssenari xalq yazıçısı Mövlud Süleymanlınındır. “Bəylik dərsi” ssenarisinin də müəllifidir. “Köç” romanı 1995-ci ilin “Ən yaxşı romanı” olub. Dediyim odur ki, ssenari müəllifi balaca ad deyil, xalq yazıçısıdır, amma ssenarinin film üçün yararsız — yəni maraqsız olması ilə bağlı çox söz-söhbətlər gəzib. O söz-söhbətlərin səbəbinə də qayıdacağıq...
Hələlik onu deyim ki, söhbətimiz “Bəyin oğurlanması” filmi barədədir.  

Davamı →

“Babək“ filmi haqqında

Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda kinonun dili ilə “Zavallı, sən bilmədin ki, azadlıq yanğısı nə deməkdir”, “Bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”, “Azərbaycanı azad görməyincə bu qılınc qınına girməyəcək” kimi ifadələri işlətmək hər oğulun işi deyildi.

Davamı →

“Qorxma mən səninləyəm“ filmi haqqında

1978-ci ildə Bakıda payız çox isti keçirdi. Kinoda debütə hazırlaşan gənc rejissor Yuli Qusman isə heç sevinmirdi — havaya görə yox, məmurların kaprizləri onun filmi tamamlamasına mane olurdu.
Hətta filmin əsas hissələrini çıxartmağı tələb edirdilər. Qusmanın isə uzun illərdi arzusu davanın, musiqinin bir yerdə cəmləşdiyi bir film çəkmək idi: “Macəra və müzikl çəkmək istəyirdim. Ona qədər bu janr ya çəkilməmişdi, ya da az çəkilmişdi, bilmirəm. Hər halda, macəra olsa da, müzikl yox idi. Bir dəfə sirkdə hündür, enlikürək bir kişi gördüm arenada. Qılınclarla, xəncərlərlə elə oyunlar göstərirdi ki, heyran oldum”.

Davamı →

Baladadaşın ilk məhəbbəti filmi haqqında

Əvvəlcə rejissor haqda. Fikrət Əliyev əslində aktyordur. “Dəli Kür” filmində Şamxal roluna çəkilib. Adil İsgəndərovun kursunu bitirib. “Baladadaşın ilk məhəbbəti” onun diplom işidir. Ondan sonra “Qızıl uçurum”, “Yuxu” filmlərini çəkib.  Ömrünün sonlarnda  İlqar Fəhminin senarisi ilə çəkdiyi  “Ölüm növbəsi” filmini isə hələ heç kim görməyib, çünki film nümayiş  hələ də gözləmə mövqeyindədir.

Davamı →

Əhməd haradadır filmi haqqında maraqlı məlumatlar

1962-ci ildə böyük Adil İsgəndərov İncəsənət İnstitutunda imtahan götürürdü, öz kursu üçün tələbə qəbul edirdi. Söhbət gəzirdi ki, Adil İsgəndərov komediya filmi çəkəcək, o film üçün aktyor yığır əslində. Söz ki var, bir ucu yalandırsa, o biri ucu doğrudur.
1963-cü ilin filmidir. Sabit Rəhmanın ssenarisi əsasında Adil İsgəndərov ekranlaşdırıb. Həm də kinoda rejissor kimi Adil İsgəndərovun ilk işidir.

Davamı →

Fəryad filmi haqqında maraqlı məlumatlar

“Fəryad” filmi deyən kimi dərhal filmin özü keçir arxa plana, ön plana Ceyhun Mirzəyev gəlir. Simasındakı Qarabağ nisgilindən, həsrətindən, ahından yaranan fəryadla.
Filmin hazırlığına 1992-ci ilin sonlarında başlanmışdı. Çəkilişlərə 1993-cü ilin yanvarında start verilib. Ona qədər aktyorların seçimi üçün sınaq çəkilişləri keçirilirdi. İsmayıl roluna çox aktyor sınağa dəvət edilib, hətta Fəxrəddin Manafov.

Davamı →

Xalq artisti Adil İsgəndərov haqqında

Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ailədə 4 qardaş, bir bacı olublar. Soyadları İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rza bəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub, onun bir hissəsi Adil İsgəndərovun ana babası Möhsün bəyin olub.

Davamı →

“Ölsəm, bağışla“ filmi haqqında maraqlı məlumatlar

“Xram vozduxa”nı bizim dilə bədii tərcümə edə bilmədiklərindən filmin ilkin adını dəyişib, “Ölsəm, bağışla” qoyublar. Əslində tərcümə olunur “Hava məbədi” kimi, amma kino adına oxşamır. Lent.az-ın “Bizim filmlər” layihəsində bu dəfə Rüstəm İbrahimbəyovun ssenarisi ilə Rasim Ocaqovun ekranlaşdırdığı “Ölsəm, bağışla” filmindən söhbət açırıq.

Davamı →