Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Mürəkkəb cümlə

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.


Ardı →

Xitab və ara sözlər

Cümlə üzvlərindən danışarkən qeyd etdiyimiz kimi, bir sıra sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə mənaca əlaqələndiyi halda, qrammatik (sintaktik) əlaqədə olmur. Ona görə də belə sözlər və birləşmələr cümlə üzvü sayılmır. Məsələm: – Vaqif! Ey sərvərim, ey tacıdarım! – Nə var, nə deyirsən, vəfalı yarım?
Beləliklə, cümlə üzvləri kimi, xitablar və ara sözlər də ifadə olunur. Lakin onlardan fərqli olaraq, sintaktik əlaqədə olmadıqları üçün cümlə üzvü olmurlar. Cümlə üzvü olmasalar da, fikrin dəqiq şəkildə ifadəsində və müraciət obyektini bildirməsində onların rolu böyükdür.


Ardı →

Cümlə üzvləri

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldardeyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Davamı →

İsmi birləşmələr

Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn:dəmir qapı, almanın qırmızısı, əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:


Ardı →

Dillər haqqında

Belə bir xalq məsəli var: «Adamı paltarına görə qarşılayır, ağlına görə yola salırlar». Bəs adamın ağlının kəmliyini və kəlləsərliyini nə ilə müəyyən edirlər? Əlbəttə ki, onun necə və nə barədə danışığı ilə. Adamın nə qədər söz bilməsi onun xarakterinin güzgüsü kimi qiymətləndirilir. Məsələn, böyük ingilis dramaturqu Uilyam Şekspirin dilinin lüğət tərkibi on iki min sözdən ibarət idi. Bu, indi də yüksək göstərici sayılır. Lakin tanıdığımız adamlar arasında dil lüğətinin kasadlığı ilə seçilənlər də az deyildir. Söz kasadlığı səbəbindən bir çoxları danışarkən qarışıq Azərbaycan-rus sözləri işlətməyi özlərinə eyib saymır, elə bilirlər ki, kənarda duranlar onların «urusuycax» danışığını eşidərkən təəccüblənərək deyəcəklər: «Gör bir kişi urus dilini nə qədər yaxşı bilir». H
Davamı →

Düzəltmə isimlər

İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.


Ardı →

İsim nitq hissəsidir

Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir.
İsim kim?, nə?, hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki,onları başqa nitq hissələrində görmürük.Yalnız ismə məxsusdur:
Konkret və mücərrəd olur.
Ümumi və xüsusi olur.
Tək və ya cəm olur.
Mənsubiyyətə görə dəyişir.
Hal şəkilçisi qəbul edir (hallanır).
Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.


Ardı →

Nitq hissələri

Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.
Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.
Davamı →

Çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn: moruq, böyürtkən, avtobus, yaşıl və s.

Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn: üz–adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s.
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn:

  • Həqiqi məna: polad balta (isim); gözəl mənzərə (sifət);
  • Məcazi məna: polad bilək(isim); gözəl fikir (sifət)
 


Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır.


Davamı →

Sözün həqiqi və məcazi mənası

Dəmir qapı birləşməsində dəmir sözü qapının materialının dəmirdən olduğunu ifadə edir.Dəmir yumruq birləşməsində isə dəmir sözü «möhkəm», «güclü» mənalarını bildirir. Gördüyümüz kimi, dəmir metaldır, qapı dəmirdən hazırlanır, yumruğun isə metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı olduğu üçün, yumruq da söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi mənası ilə yanaşı, məcazi mənası da var.
Davamı →