Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Felin mürəkkəb şəkilləri

Felin mürəkkəb şəkilləri sadə şəkillərinin üzərinə idi, imiş isə hissəciklərini artırmaqla yaranır. Bu hissəciklərdən hansı biri ilə işlənməsinə görə felin mürəkkəb şəkilləri üç yerə bölünür. fel şəkillərinin hekayəsi, fel şəkillərinin rəvayəti, fel şəkillərinin şərti.

Fel şəkillərinin hekayəsi

Fel şəkillərinin hekayəsi felin sadə şəkillərinə idi hissəciyini artırmaqla düzəlir. Bu hissəcik felin əmr şəklinə və şühudi keçmiş zamana artırılmır. İdi hissəciyi sonu samitlə bitən fel şəkillərində həm ayrı, həm də bitişik yazılır: yazmış idi- yaşmışdı, gəlir idi — gəlirdi, gələcək idi — gələcəkdi və s.
İdi hissəciyi sonu saitlə bitən fel şəkillərində ayrı yazılır: kaş ala idi, almalı idi, alası idi, alsa idi və s. Sonu saitlə bitən fel şəkillərinin tələffüzü yazılışından fərqlənir. Yuxarıdakı nümunələr bu şəkildə deyilir: [alaydı], [almalıydı], [alasıydı], [aisaydı].
Fel şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəciyinə və ya onun şəkilçiləşmiş qısa formasına (-dı4) artırılır.
Fel şəkillərinin hekayəsində iş və hərəkətin keçmiş, indiki, gələcək zamanlardan birində görülüb-görülmədiyi, bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir. Məsələn: almış idi, alırdı, alacaq idi (və ya almamış idi, almırdı, almayacaqdı). Bu nümunələrdə iş sıra ilə keçmiş, indiki və gələcək zamanlarda baş vermiş, bu barədəki məlumat isə sonradan verilmişdir.


Ardı →

Felin quruluşca növləri

Fellər quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə fellər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
Düzəltmə fellər
Sözdüzəldici (leksik)şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır.
Düzəltmə fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər.
2. Feldən düzələn düzəltmə fellər.
Davamı →

Əvəzlik

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Davamı →

ismin mənsubiyyətə görə dəyişməsi

Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:


Ardı →

İsimlərin quruluşca növləri

İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəbolur.
Sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən düzələnlər və feldən  düzələnlər
Davamı →

Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
Davamı →

Söz yaradıcılığı

Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:
1.Leksik şəkilçilərin köməyiilə yeni — düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+iük, gül+dan və s. Leksik şəkilçilərin köməyi ilə düzlətmə sözlərin yaranması qaydası morfoloji üsuladlanır.
2.İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni -mürəkkəb sözlərinyaranması. Məsələn: ayaq və qab ~ ayaqqabı, uca yə boy — ucaboy, aş və süzən = aşsüzən və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.

Eyniköklü sözlər

Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn:
ov-ovçu-ovla (maq) ovlaq;
duz-duzlu-duzsuz-duzlamaq);
kəs(mək) — kəskin — kəsik — kəsici və s.
Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, bəm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn: gül ismindən düzəlmiş gülçü — güllük — güldan eynikök-sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla-otlaq) sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir.


Ardı →

Omonimlər

Deyilişı  və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:
Bağ — Meyvə ağaclari əkilmiş sahə
Bağ — Bir şeyı bağlamaq üçün ip (ayaqqabı bağı).

Şam — Yandırmaq üçün cisim (Şamı yandır).
Şam — Ağac adı (şam ağacı) və s.
Şam — Axşam yeməyi (Sizi şama dəvət edirlər).
Bu nümunələrdəki «bağ» və "şam" sözlərinin deyilişı və yazılışı eynı olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Davamı →

Leksika

Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: «qələm» sözünün leksik mənası «yazı alətidir». Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:azadlıq -müstəqillik — sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini  izah etməklə. Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.


Davamı →