Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Cənubi Azərbaycan XIX əsrdə

Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın inzibati quruluşu. 1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.


Ardı →

Şah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?


Ardı →

Azıx mağarası haqqında

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 kmaralıda olub, Quruçayın müasir yatağından 200-250 myüksəklikdə yerləşir. Mağara Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 myüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir.
Davamı →

Azərbaycan neftinin tarixi

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi. 
Davamı →

Ağqoyunlular dövləti

Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşdur. «Azərbaycan tarixi» kitabında göstərildiyi kimi, bayraqlarında ağ qoç rəmzi olan bu böyük tayfa birliyi hələ erkən orta əsrlərin başlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, o cümlədən, Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdə yaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın cənub rayonları Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdı.Cahanşahın hakimiyyətinin sonuna yaxın Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan Ağqoyunlu tayfalarının əmirləri qüvvətləndilər.
Davamı →

Azərbaycan XX əsrin əvvəllərində

XX əsrin əvvəllərində siyasi qüvvə və hərəkatlar, əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuş dörd istiqamətdə cəmləşmişdi. Onlardan biri «maarifçi demokratlar» hərəkatı idi. Bu hərəkatın formalaşmasında «Əkinçi» (1875-1877), «Ziya» (1879-1881) və «Qafqazın ziyası»( 1881-1894) qəzetlərinin və «Kəşkül» (1887-1894) jurnalının mühüm rolu olmuşdu. Bu hərəkatın görkəmli nümayəndələri M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov, S.Ə.Şirvani, M.T.Sidqi, H.Mahmudbəyov, R.Əfəndiyev, S.M. Qənizadə və b. idi.
İkinci ictimai hərəkat inqilabçı demokratlar idi. Bu hərəkatın formalaşmasında «Molla Nəsrəddin», «Dəbistan» jurnallarının, M.Ə.Sabir poeziyasının müstəsna əhəmiyyəti olmuşdu,
Ardı →

Azərbaycan Sovet rejimi şəraitində

XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Ardı →

Su altında qalmış həyat

Qədim Bakının bir hissəsini Xəzər dənizi udub.Xəzər dənizi
1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.

Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.


Ardı →

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Davamı →

AXC süqutu

1919-cu ilin sonu və 1920-ci ilin əwəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüwələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi.
Davamı →