Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

AXC-nin daxili siyasəti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi.


Ardı →

Azərbaycan deputatları Rusiya Dövlət Dumasında

I — IV çağırış Dövlət Dumasının fəaliyyəti həm Rusiya, həm də xarici tarixşünaslıqda ziddiyətli şəkildə qiymətləndirilir və mübahisələr doğurur. Sovet tarix elmində Dövlət Duması haqqında «keyfıyyətsiz», məhdud səlahiyyətlərə malik, hakimiyyətə təsir etmək qabiliyyəti olmayan parlament rəyi üstünlük təşkil edirdi. İndi başqa nəzər-nöqtəsi üstünlük təşkil edir — Duma çarın nəzarətindən kənarda idi, qanunvericilik və maliyyə məsələlərində onun hakimiyyətini məhdudlaşdınrdı. Bu mübahisələri bir kənara qoyaraq, qeyd etmək lazımdır ki, Dövlət Duması Rusiyanın ilk qanunvericilik orqanı idi və bu sözün Qərbi Avropa anlamında parlament rolu oynamağına təşəbbüs göstərirdi.


Ardı →

Atropatena və Alban dövləti

B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrapı təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur.

B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasınıqoyur. Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi.
Atropatena tayfaları bunlar olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər. Dövlətin paytaxtı Qazaka şəhəri idi.
Davamı →

Manna dövləti

Manna dövləti e.ə. IX əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur. Iranzu:
  • Mərkəzləşmə siyasəti aparırdı;
  • Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;
  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;
  • Ölkədə canişinlik sistemi yaratdı;
  • Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;

Davamı →

1905-1911-ci illər İran inqilabı

XIX əsrin sonu — XX əsrin əvvəllərində ilk xalq çıxışları. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi.


Ardı →

Sənayenin digər sahələri XX əsrin əvvəlində

XX əsrin əvvəllərində neft çıxarılması və emalı daxil olmaqla sənayenin əksər sahələrində istehsalın təmərküzləşməsi prosesi gedirdi. 1902-ci il məlumatına görə qeydə alınan 2500dən çox fabrik — zavod və kustar müəssisənin 183-nün hər birində 40-dan çox fəhlə işləyirdi. Nisbətən iri sənaye müəssisələrinin sayı azlıq təşkil etsə də, Bakı quberniyasında istehsal olunan 74,1 milyon manatlıq ümumi sənaye məhsulunun böyük hissəsi — 62,9 milyon manatı (83,3%) onların payına düşürdü. Bakı quberniyası üzrə bütün sənaye müəssisələrində çalışan 27.167 fəhlənin 75,1%-i və yaxud 20.389 nəfəri 40-dan çox fəhləsi olan müəssisələrdə cəmləşmişdi.


Ardı →

XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət

XIX əsrin sonu — XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid buıjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması — bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.
XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, sosial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi.


Ardı →

Xanlıq dövrünün sonuna doğru

Yeni savaş qarşısında. Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (1619)-da Leypsiq altında «Xalqlar döyüşü» oldu. Müttəfıqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfıq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də «yekun aktı» imzalandı.


Ardı →

31 mart - Azərbaycanlıların Soyqırımı günü

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.


Davamı →

Güney Azərbaycanda milli-azadlıq hərəkatı

Dünyada və Cənubi Qafqazda cərəyan edən proseslər yüz ildən artıq İran əsarətində olan Cənubi Azərbaycanda da öz əks-sədasını verdi. Rusiya İmperiyasının dağılması Cənub Azərbaycana da böyük ümidlər gətirdi. Burada da Şah irticasına və rus işğalına qarşı kütlələrin çıxışları başlandı. Bu çıxışlara hələ 1905 — 1911-ci illər demokratik və milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olan Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.


Ardı →