Рейтинг
+2.26

Birinci dünya müharibəsi

16 üzv, 16 topik

Azərbaycan BDM dövründə

Özündən asılı olmayaraq Azərbaycan da Birinci illərində dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.


Ardı →

Bakı Birinci Cahan Müharibəsi illərində

Birinci cahan müharibəsinin əsas cəbhələrindən biri yaxın Qafqaz cəbhəsi olduğu üçün Bakıda müharibə daha çox hiss olunurdu. Qafqaz cəbhəsində əməliyyatlar 1914-cü ilin 31 dekabrından başlamışdı. Türk qoşunları Qars və Batum istiqamətində irəliləyərək, Zaqafqaziya torpaqlarına girmişdilər. Türkiyə hərbi dairələri də bu cəbhəyə xüsusi əhəmiyyət verdiklərindən Türkiyənin  ən böyük hərbi qüvvələri bu istiqamətdə toplaşmışdı. Türkiyənin 40 piyada diviziyasından 11-i bu regionda vuruşurdu. Döyüşlərə Türkiyənin hərbi naziri Ənvər paşa özü rəhbərlik edirdi. Sarıqamış rayonunda döyüşlərin planı da onun yaxından iştirakı ilə hazırlanmışdı. Lakin məlum olduğu üzrə Sarıqamışda türklər rus ordusu tərəfindən məğlub edilib böyük itki vermişdilər. Bundan sonra türk qoşunları İran torpaqlarından keçərək, cənubdan Bakı və Gəncə üzərinə hücuma hazırlaşdılar.
Davamı →

Paris sülh konfransı

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin və ABŞ-ın qələbəsi ilə qurtardı. 1918-ci il noyabrın 11-də Fransanın Kompyen şəhərində qalib dövlətlərlə Almaniya və onun müttəfiqləri arasında barışıq haqqında saziş imzalandı. Bundan 2 ay sonra, 1919-cu ilin yanvarında Parisdə beynəlxalq sülh konfransı işə başladı. İyirmi yeddi qalib dövlətin nümayəndələri Fransanın paytaxtına gəldilər. Konfransdakı bütün işləri əslində ABŞ prezidenti V.Vilson, Fransanın baş naziri Klemanso (konfransın sədri) və İngiltərənin baş naziri Lloyd Corc həll edirdilər. Almaniyanın və digər məğlub dövlətlərin (Avstriya — Macarıstan, Osmanlı imperiyası və Bolqarıstan) nümayəndələri dəvət edilməmişdilər.
Davamı →

1-ci dünya müharibəsinin başlanması və Azərbaycan

Avstriya vəliəhddinin öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünki Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı olmazdı. Müharibənin başlıca səbəbləri İngiltərə və Fransanın Almaniya və onun müttəfıqləri arasında kəskin ziddiyyətlər, iki hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda alman-slavyan qarşıdurması idi.
1914-cü il iyul ayının 15-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Serblərin müttəfıqi olan çar Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın Belçikanın neytral mövqe tutduğuna baxmayaraq onu işğal etməsi iyul ayının 22-də İngiltərənin Almaniyaya müharibə elan etməsinə gətirib çıxartdı.
Davamı →

siyasi partiyaların BDM-ə münasibəti

Müharibə bütün siyasi qüvvələri sınağa çəkdi. Onlardan bəziləri vətən uğrunda xalqı, milləti birliyə çağırır, digərləri müharibədən öz mənafeləri üçün istifadə etməyə çalışır, üçüncülər, «nə qələbə, nə məğlubiyyət şüarı altında» barışdırıcı, bitərəf mövqe tutur, dördüncülər isə sülh naminə hər cür müharibənin əleyhinə çıxırdılar.
Burjua partiyaları müxtəlif dəlillərlə müharibəyə haqq qazandırır, ölkəni birləşməyə, daxili çəkişmələrə və qarşıdurmalara son qoymağa çağırırdılar. Məsələn, Rusiyada müxalifətdə olan Kadetlər və Oktyabristlər partiyaları müxalifətdən əl çəkərək hökümətləri ilə həmrəy olduqlarını elan etmişdilər. Onlar bildirirdilər ki, «hazırda nə sağ, nə sol, nə hökümət və nə də cəmiyyət var, ancaq vahid rus xalqı və onun ordusu var. Vəzifə vətəni qoruyub saxlamaqdan ibarətdir.» Hətta, onlar müharibə vaxtı yaratdıqları «Mütərəqqi blok» adlanan təşkilatın proqramında «daxili əmin-amanlığı saxlamaq, millətlər və siniflər arasında ədavəti aradan qaldırmaq, vətəndaşlıq sülhü bərqərar etməyi təmin etmək kimi» vəzifələr irəli sürmüşdülər.


Ardı →

Şimali Azərbaycan müharibə illərində

Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfı təsirini göstərdi.
Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi.
Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı.
1916-cı il may ayından, 1917-ci il may ayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontrakta uyğun olan «Nobel qardaşları» şirkəti həyata keçirdi.


Ardı →