Heyvanlar da yuxu görürlərmi?

catAparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa, yatarkən onların gözlərində, ağızlarında (hətta bığlarında) yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif «vizual informasiyalardan» meydana gələn yuxular görürlər. Məməli heyvanlarla yanaşı, bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün heyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə yuxunun sabit bədən temperaturu ilə (və ya başqa sözlə, istiqanlılıqla) bağlı olaraq inkişaf etdiyini göstərir.

 

Ailəm jurnalı

 

6 şərh

AZERBAIJAN123
Bu haqda heç düşünməmişdim. Sağ olun
Consuelo
Mən pişik saxlayıram və yuxu gördüklərini bilirdim.O anda çox maraqlı görünürlər.Bəzən hərəkətlərindən yuxuda nə gördüyünü təxmin etmək də olur.
Consuelo
Pişiylər tanıdığım ən maraqlı heyvanlardı. Onlarla bağlı o qədər əfsanələr var ki. Məsələn, qədim inanclara görə onlar bizim görmədiyimiz varlıqları görürlər. Ruhları və s. Əvvəl inanmırdım, ta ki,özüm şahidi olana qədər. O cümlədən pişiylər digər heyvanlardan fərqli olaraq ağ-qara rəngdən başqa göy rəngi də görürlər.
Ramil
Məncə pişiklər hər şeyi boz rəngdə görürlər.