Heyvanlar

      

Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.

Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.
Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə sinfə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinfinin yırtıcılır dəstəsinə itlər, pişiklər və ayılar fəsilələri daxildir. Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru (ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk etmək olar. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını təşkil edir.
Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti
Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri ozü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.
Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.
Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar də az deyildir. Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.
Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.
Heyvanların və bitkilərin oxşarlığı və fərqi
Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar, həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, çoxalır, böyüyür və inkişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayir. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcüddur və heyvanlar hərəkət edir. Göstərilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai quruluşa malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir.Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayb, onlarn bir əcdaddan inkişaf etdiklərini göstərir.

 

 

                            Balina

                          Görünüşü

Bu nəhəng su canlısının kütləsi 160 t,uzunluğu 33,58 m, ürəyinin kütləsi isə 700 kq-a çatır.Məhv olma təhlükəsi altındadır. Məməlilər dəstəsinin ən iri nümayəndəsi. Dişilərin maksimal uzunluğu 33,2 m, erkəklərin 32, 6 m. çatır.(Şimal yarımkürəsinin göy balinaları ölçülərinə görə Cənub yarımkürəsindəkilərdən kiçikdir). Nəhəng ölçülərinəbaxmayaraq, bədən quruluşları mütənasibdir, qidrodinamikdir. Bel üzgəci nisbətən alçaqdır — 30 sm. qədər(seyvalda yaxud finvalda olduğundan alçaqdır). Sinə üzgəcləri ensizdir, itivaridir və bir qədər qısadır( bədən uzunluğunun 1/7-1/8 qədərində). Rəngi göy çalarla tünd-bozdur, çoxsaylı boz zolaqlarla. Beli yanlarından və qarnından tünddür. Bığların(dişlərin) hündürlüyü 130 sm. çox deyil, eni 50-60sm, sayı isə alt çənənin hər tərəfində 270-440 dənədir. Bığların rəngi qaradır. Qarnında 70-114 uzununa dəri «zolağı» var.

Yayılması

Geniş yayılmışdır: subtropik və subarktik (subantarktik) sularda. Şimala 35 dərəcə şimal en dairəsinə, cənuba 40 dərəcə cənub en dairəsinə qədər yayılıblar, hər iki yarımkürənin buzlarından başqa. Göy balinalar pelaqik məmlidir, adətən açıq okeanda, nadir halda sahilə yaxın görünürlər. Adətən tək ya da cüt, bəzən üçlükdə qalırlar. Qidalanan balina asta üzür, suyun altında 8-10 dəqiqə qalır. Sonra 15-30 saniyəara ilə 10-12 dəfə suyun üzünə çıxır. Qorxudulmuş balinanın sürəti saatda 20 milə çatır. Göy balinanın fəvvarəsi 10 metr hündürlüyə çatan, yuxarı hissəsində genişlənən konusa yaxud sütuna bənzəyir.

Qidalanması

Əsasən iri onurğasızların planktonu, xərçəngkimilərlə, əsasən eufauziidalarla qidalanırlar. Sakit okeanda balıq və başayaq molyusklarla qidalanması qeyd olunub

Sayı

Sayları son zamanlar qəzalı surətdə düşüb. Belə ki, Antarktik sularda göy balinaların sayı əvvəllər 200 minə çatdığı halda, 1963-cü ildə 4 minə enib. Şimali Atlantikada onların sayı təxminən 150 dənə qalıb, Sakit okeanın şimal hissəsində isə 1971-ci ildə -1760 idi. 80-ci illərin əvvəlinə də sayları təxminən bu qədər idi. Sayının azalması sənaye ovlanması ilə bağlıdır. Ovlanması Şimali Atlantikada 1960-cı ildə, Antarktikada 1965-ci ildə, Şimal Pasifikdə(Sakit Okeanın şimal hissəsində)1967-ci ildə qadağan olunub.                                             

                 Heyvanların və bitkilərin oxşarlığı və fərqi

Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar, həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, çoxalır, böyüyür və inkişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayir. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcüddur və heyvanlar hərəkət edir. Göstərilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai quruluşa malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir.
Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayb, onlarn bir əcdaddan inkişaf etdiklərini göstərir.

               Şir

Şir, aslan (lat. Panthera leo) – pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri çaynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s. ilə qidalanır. Boğazlıq dövrü 116 gün çəkir, 1-6, adətən 3-4 bala (çəkisi 400 qram) doğur. Cinsi yetkinliyə 3 yaşında çatır. 30-35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistanda və Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır.

                                                                          Şirlərin xarakterik xüsusiyyətləri

Şirlərin kütləsi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. Nə vaxtsa Yunanıstandan Hindistanadək olan ərazidə geniş yayılmış şirlər indi əsasən Afrikanın şərqində və cənubunda kiçik dəstələr halında yaşayırlar. Bu dəstələri «prayd» adlandırırlar. Praydlar bir neçə yetkin erkək (bir və ya iki) və bir neçə dişidən ibarət olur.
Öz iti caynaqları və dişləri ilə pişikkimilərin ən böyük nümayəndəsi olan şirlər zürafədən tutmuş kütləsi 4 tona çatan hipopotam və hətta tısbağaları da yeyir.
Öz ölçülərinə görə erkəklərdən daha kiçik olan dişi şir buna baxmayaraq erkəklərdən daha sürətlidir (saatda 50 km-dək ) və insanlar üçün daha təhlükəlidir, xüsunən də balalarına qulluq edən zaman. Məhz dişilər gənc şirləri ov etməyə öyrədirlər. Onu da demək lazımdır ki, yetkin şir özündən 3 dəfə böyük olan canlını da öldürə bilər.
Güclü və sağlam şirlər otyeyən heyvanlarla qidalanır. Onlar qrup şəklində ov edirlər — əvvəlcə sürünərək qurbanlarına gizlicə yaxınlaşırlar, sonra qəflətən ona hücum edirlər. Şirlər qrup halında ov etsələr də, onların 5 cəhdindən yalnız biri uğurla başa çatır. Şirlərin gözü qaranlıqda yaxşı görür. Buna görə də ov adətən gecəyarısı və ya səhərə yaxın baş verir.

                                                                        Şirlər insanların həyatında

Şir heyvanların şahı hesab edilir. Konqo sakinləri olan bantular ona ehtiram göstərir, hinduizmdə o pis ruhların qovucusu, buddizmdə isə qanun keşikçisi hesab olunur. Şir bir çox gerblərdə, xüsusən də Britaniya şahları — kral və kraliçaların gerblərində təsvir olunur.

                                                                Fillər

Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.

 Maraqlı məlumatlar

• Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.

• Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər.Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun xortumuna buruntaq geyindirilmişdir.

• Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirdirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.

• Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.

• Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.

• Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.

• Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.

                                                        Zürafə

Zürafə (lat. Giraffa camelopardalis) – zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü.
Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4-6 m arasında dəyişir.
Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir.
Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir. Zürafələrin səs telləri yoxdur.

                                    Zürafə haqqında maraqlı faktlar

 

Yer üzündə ən böyük ürək və ən yüksək qan təzyiqi zürafələrdə olur.
Zürafənin heç bir səs çıxarmaması yanlış iddiadır. Onlar təhlükəli vəziyyətlərdə bağırır və böyürür.
Zürafənin yeganə yaxın qohumu okapi (Okapia jоhnstоnii) hesab olunur.
Zürafənin dili qara rəngdə olub, uzunluğu 45 sm-ə çatır.
Zürafənin addımının uzunluğu 6-8 m olur.
Zürafə susuzluğa dəvədən daha dözümlüdür.
Zürafələr bəzən uzanaraq yatmasına baxmayaraq, çox zaman ayaq üstə şaquli vəziyyətdə dayanıb yatırlar. Ayaq üstə yatanda bəzən də başlarını iki budağın arasında yerləşdirilər ki, yıxılmasınlar.
Uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşınır.

                     Bəbir

Bəbir və ya qaplan, (lat. Panthera pardus) —— pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.
Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir.[1] Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.

 Dişlərinin quruluşu

Yaşlı bəbir digər pişikkimilərin nömayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə (premolyar) və ya kiçik azı dişlər, 1 arxa çeynəmə (molyar) və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə (premolyar) ya kiçik azı dişlər, 1 çeynəmə (molyar) və ya böyük azı dişlər yerləşmişdir.
                    Timsahlar

Timsahlar (lat. Crocodylia, və ya Loricata) — Onurğalıların sürünənlər sinfindən dəstə. Hesab olunur ki, timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur.
Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın. O «qurbanını» gözləyən zaman suyun altına çəkilib gizlənir. «Qurbanı» görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir.
Avstraliya nın şimalında tropiklərdə 100 minə qədər sürünən qeydə alınıb. Onlar dövlət tərəfindən mühafizə olunur.

 

        Maraqlı məlumatlar

• Mərkəzi Afrika Respublikasındakı Ubanqi çayında uzunluğu 4,5 m, kütləsi 420 kq olan nəhəng bir timsah tutulmuşdur. Ən iri timsahın kütləsi 600 kq-a çatır. Bu timsahların piyi yaşıl rəngdədir. Halbuki bütün heyvanların piyi sarıdır. Afrikalılara görə timsahların yaşını udduqların daşların sayı ilə təyin etmək olur. Yumurtadan çıxmış yeni timsah həmin yumurtadan üç dəfə böyük olur. Orta yaş dövründə (70 il) erkəklərin uzunluğu 5 m, dişilər isə 3,5 m olur. Erkək timsahlar dişilərdən tez inkişaf edir. Cavan dişi timsah 15-17 ədəd, yaşlı dişi timsah isə 80 ədəd yumurta qoyur. Adətən timsahlar yumurtanı isti qumun içinə qoyub üstünü örtür. Üç aydan sonra timsah balaları yumurtaların içində civildəşərək analarını köməyə çağırır. Ana isə yumurtanı qırmaqla onlara kömək edir. Yumurtadan çıxmiş timsah balası tez suya keçir.

 

 

0 şərh