Ordan burdan


*Banqladeşdə yaşı 15-dən yuxarı şagirdin başqasından köçürməyi sübut olunsa, həbs cəzası da ala bilər. 
*Əsnəmək yuxu vaxtınızın gəldiyini yox, bədəninizin daha çox oksigenə ehtiyacı olduğunu göstərir. 
*Makiyaj ləvazimatları balıq pulcuqlarından hazırlanır. 
*Yatdığınız otaq nə qədər soyuqdursa, qarabasma görmə ehtimalınız da o qədər çoxdur. 
*Hazırda hər 8 münasibətdən biri internet vasitəsilə başlayır. 
*McDonalds 2007-ci ildə saniyədə 78 hamburger satıb. 
*İsrail dövləti ilk prezident postunu Albert Enşteynə təklif edib, ancaq Enşteyn qəbul etməyib. 
*Alma dişlərə koladan daha çox ziyan verir. 
*Gündə 9 saatdan çox işləyən insanlar intihara və ağır depressiyaya 3 qat daha çox meyllidirlər. 
*Parisdə itlərin sayı uşaqların sayından çoxdur. 
*Kişilər qadınlardan daha yaxşı görmə, qadınlar isə daha yaxşı eşitmə qabiliyyətinə malikdirlər. 
*Həftədə bir dəfə də olsa 45 dəqiqə qaçmaq ürək ritmini normallaşdırır və ürək xəstəlikləri riskini 40% azaldır. 
*Hammurapi qanunlarına görə pivəyə su qatmaq qadağan olub. Bu qaydaya riayət etməyənlərə pivədə boğulmaq cəzası verirmişlər. 
*«Kim milyonçu olmaq istəyər?” yarışında cəmi bir nəfər heç bir kömək olmadan qalib gəlib.
*Rusiya zooparkında yaşayan meymunlardan biri içki düşkünü olduğuna görə psixoloji müayinə alır. ))
*İnsan kosmosda ağlaya bilməz, çünki cazibə qüvvəsi yoxdur. 
*Tanışlıqların ən çox başladığı mövsüm yaz, ayrılıqların ən çox rast gəlinən mövsümü isə payızdır. 
*Keçmiş İngiltərə kraliçası Viktoriya ağrılarını azaltmaq üçün həkim məsləhəti ilə sarayın bağına əkdiyi marixuanalardan çəkirmiş. 
*Mobil telefonu döş cibində gəzdirmək ürək ritmini pozur, infarkt riskini 20% artırır.  
*» TİME" jurnalı 1982-ci ildə kompüteri "İlin adamı” seçib.

 

 

14 şərh

Diamonds
*Alma dişlərə koladan daha çox ziyan verir.


Vauuuuuv,bilmirdim.

*Rusiya zooparkında yaşayan meymunlardan biri içki düşkünü olduğuna görə psixoloji müayinə alır. ))

=)))Çox sağ olun.
naninka
Həə… özlərinə oxşadıblar yazıq heyvanı.Yeqin o meymuna baxan ozu içki düşgünü olub))
naninka

Almanın zərərli olması mənə də qəribə gəldi...

WinRar
*İnsan kosmosda ağlaya bilməz, çünki cazibə qüvvəsi yoxdur.------- Daha dəqiq desək insan ağlaya biləcək, sadəcə olaraq göz yaşları havada qalacaq. Cazibə qüvvəsinin olmaması buna dəlalət vermir ki, göz yaşları «gözdən çıxa bilməyəcək».
istorik_c
Əsnəməyin, hıqqınmağın və bir də insan sümüklərinin şaqqıldamasının sirri açılmayıb. Ona görə də əsnəməyin oksigen çatışmazlığına aid edilməsi sadəcə olaraq bir fərziyyədir
naninka
əsnəməyi deye bilmərərəm, amma məncə hicqirmaq soyuq olduqda olur, sümüklərdə şaqııltı kalci catışmamazlığından, duzlaşmadan  ola bilər ) 
naninka
İnsanın beynini tədqiq edən Nyu Yorkdakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib ki, insan beyninin hərarəti yüksəldiyinə görə əsnəyir. Bu haqda xəbər verən beynin fəaliyyətini kompyuterin hard diskinə bənzədir və yazır ki, gərginlik keçirən insan beyninin hərarəti qalxır.Onu sərinləşdirmək  üçün  insan başlayır əsnəməyə — sərin havanı kəllə qutusunun ənginliyinə sovurmağa.

Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur.Alimlər həmçinin belə bir qənatə gəliblər ki, əsnəmək əslində yuxunun qarşısını alır.Əsnəmək qan dövranını təmin edir ki, bu da beynin iş qabiliyyətini həm də orqanizmi gücləndirir, — deyə tədqiqatçı alim bildirib
istorik_c
Mənə elə gəlir ki kimsə deyə bilməz ki əsnəyəndən  sonra onun yuxusu qaçır və o daha böyük həvəslə işləyir
Deha
Maraqlı məlumatlara görə təşəkkür edirəm.
naninka
Buyurun. Xoşdu ))
Bahar_Huseynova
Hamısı cox maraqlı idi.Men elebilirdim ki,alma dişlərə xeyirlidir,həqiqəti bildiyim yaxsi oldu.cox sagolun.
pascal
Alam dişlərə xeyirli olmasa da, orqanizmə çox böyük xeyri var. Dişə ziyandır deyə, imtina etməyin. Hər gün ən az bir alma yeyin. :)
naninka

Sizinlə razıyam Pascal, mənim hər zaman demək olar ki, hər gün yediyim meyvədir.

seyidova
"Əsnəmək yuxu vaxtınızın gəldiyini yox, bədəninizin daha çox oksigenə ehtiyacı olduğunu göstərir. 
 
Alma dişlərə koladan daha çox ziyan verir. «bunlara təəccübləndim.Alma isə mən dediyimə gelib şıxmış oldu)))heç sevmirəm almanı