Kreativlik anlayışı

Kreativlik adətən məsələni orijinal və qeyri-adi eyni zamanda faydalı şəkildə həll etmək kimi xarakterizə edilir. Kreativlik şirkət üçün uyğun loqo hazırlamaq kimi asan, lakin eyni anda siyasət, elm, iqtisadiyyat və s. kimi çətin məsələlərə də aiddir.

Unutmamalı olduğumuz iki açar söz mövcuddur: gözlənilməz və faydalı. İstənilən bir layihənin əvvəlində müştərinin müəyyən gözləntisi olacaq. Siz və sizlə işləyən komanda üzvlərinində həmçinin gözləntiləri ola bilər. Kreativlik sizə bu gözləntilərdən kənarda çalışmağa və nəticədə yeni və dəyərli bir işin ərsəyə gəlməsinə imkan yaradır.

Tarix boyu insanlar kreativliyi anlamağa və izah etməyə çalışıblar. Sivilizasiyanın ən erkən mərhələlərində insanlar kreativliyin mistik olduğunu güman edirdilər. Kreativ insan ilahidən gələn ilhamla dolu bir hədiyyə idi. Yunan dövründəki Muzalar haqqda bir düşünün; elm,incəsənət və ədəbiyyata ilham verən ilahələr.

Bir çox psixoloqlarında kreativlik haqqda şəxsi fikirləri var idi. Sigmund Freud kreativliyin sərvət, güc və sevgi istəkləri ilə bağlı, idrakli və şüuraltı gərginliyin nəticəsi olduğuna inanırdı. Psixoloqlar uzun müddət kreativliyin artist və elm adamlarına xas olduğuna inanırdılar; onlara görə adi insanlar nadir hallarda kreativliyə əl atırlar. Zamanla bu düşüncə tərzi dəyişdi və insanlar kreativliyin istənilən şəxsə xas ola biləcəyini dərk etməyə başladılar.

Bu fikir 1900-cü illərin ortalarında psixoloq və alimlər tərəfindən keçirilən testdə öz əksini tapdı.

Dizaynda kreativlik
Biz dizaynerlər açıq-aşkar göründüyü kimi kreativik. Bizim kreativliyimiz dərhal nəzərə çarpan və hiss olunandır. Biz nəticəni veb-sayt və ya qrafik maket şəklində hazırlamalıyıq. Bizim üçün kreativlik hər dəfə kompüter və ya eskiz kitabcamızı açdıqda qarşımızda duran davamlı məqsəddir.

Günümüzdə kreativlik həm sosial həmdə şəxsi amillərin təsiri altında baş verən şüurlu prosess kimi anlaşılır. Həmçinin belə hesab edilir ki, kreativlik testləri öz mürrəkəbliyinə görə qismən bizim kreativliyimizi ölçə bilər. Kreativlik həmçinin bizə bəxş olunan bir hədiyyədir. Çətinliklə qarşılaşdıqda bəzi insanların stereotip həll tapması üçün bütün gününü buna sərf etdiyi halda, kreativ insanlar bir neçə dəqiqə ərzində məsələni kreativ yolla həll edirlər. Xoşbəxtlikdən kreativlik inkişaf etdirilə bilər. İlk növbədə kreativlik haqqda nəzəri bilik vacibdir. Bu sizə nə üçün kreativ olduğunuzu, kreativliyinizin necə olması və nəyə görə bəzən kreativliyin işə yaramamasını anlamağa kömək edəcək. Gününüzün pis keçməsi izahatın yalnız bir qismidir. Kreativlikdə əziyyət çəkmək anlaşıla bilər və bu bizim növbəti məqalədə bəhs edəcəyimiz mövzudur. Kreativlikdə nəzəri biliklər sizə bu sahədə olan problemlərinizi həll etməyə kömək edəcək.

Kreativliyə necə başlamalı?
Prosess və texnikaları öyrənməyə başlamamışdan əvvəl şəxsi kreativliyimizdən başlamağımız zəruridir. Başqalarının etdiklərini izləmək asandır, əsas məsələ isə özünüzə şəxsi iş və həyatınızda daha kreativ olmağa təkan verməkdir. Motivasiya və istəyinizi gücləndirmək vacibdir. Lakin kreativliyinizi inkişaf etdirən qızıl qayda mövcud deyil. 

Şüuraltı kreativlik
Artıq gündəlik həyatınızdada kreativ biri olduğunuza inanmaq əhəmiyyətlidir. İşlətdiyiniz hər veb-saytda, bişirdiyiniz hər yeməkdə, hər gün qəbul etdiyiniz qərarlarda belə artıq siz kreativliklə üz-üzəsiniz. Bu işə daha çox diqqət ayırmalısınız? Əlbətdəki xeyir. Beyninizi azad buraxın, qoyun öz işini özü görsün. Biz buna bir qədər daxili amil kimi yanaşırıq. Hissiyat bacarıqlarımızı inkişaf etdirdiyimiz kimi şüuraltı səviyyəmizidə inkişaf etmiş oluruq.

Başlanğıc
Başlanğıc üçün 2 sadə qayda mövcuddur:

— Hər şey etmək mümkündür.
— Hər şey etmək olar.


Unutmayın ki, kreativlik qeyri-adi bir işi ərsəyə gətirmə gücündədir. Hər şey ilk baxışdan faydalı görünmür. Söhbət kreativliyin əsasının qoyulmasından gedir. Sizin üçün ən zərərli olan düşüncə: istədiyim nəticəyə çata bilməyəcəm.

Ticarət
Hələki kreativlik və ticarət arası əlaqəni inkar edəcəyik. Niyə? Çünkü sizin üzərinizdə təziq yaranır və bu da sizin hər zaman istədiyiniz şey deyil. Həm biz nəyəsə başladıqda işimizi ehmalca görürük. Zamanla isə biz kreativlik anlayışını dahada konkretləşdirib və onun ticarətdə istifadəsini müzakirə edəcəyik.

Daxilinizdəki uşaqlıq hissi
Kreativliyi inkişaf etdirməyin ən gözəl yolu uşaqlıqda necə biri olduğunuza nəzər salmaqdır. Rəsm çəkirdiz? Hekayələr yazırdız? Uşaqlıqda necə ilhamlanırdız? Yəqinki ilhamlanmaq üçün heç vaxt vasitələr axtarmırdız. Uşaqlıqda siz müəyyən çərçivələrdə fəaliyyət göstərməmisiniz. Siz sözün əsil mənasında azad idiniz. Və beləliklə insanlar sizə dünyaya və işlərinizə yenidən uşaq gözləri ilə baxmağı və hər şeyi məcburiyyət kimi qəbul etməməyi məsləhət görürlər. Lakin bu başlanğıc üçün çox böyük addımdır. Biz sizin kreativliyinizi addım addım sadələşdirməyə və inkişaf etdirməyə başlayacağıq.

Başlanğıc olaraq asandan başlayacağıq. Sizi kreativliyinizi gündəlik əsasda stimullaşdırmağa çağırıram. İnsanlar məndən məsləhət istədikdə, mən adətən onlara rəsm albomu almağı və hər dəfəsində daha kreativ olmağı tövsiyyə edirəm. Kreativliyinizi ürəyiniz istədiyi şəkildə reallaşdıra bilərsiniz: rəsm və ya sxem çəkməklə, yazmaqla, fərq etməz. Əsas olan ticari məqsədləri gündəmdən daha kreativ olamağa başlamağınızdır. Bunu etməyin hər zaman asan olmadığını görəcəksiniz. İnsalar bir fikrə sahibdirlər və bu kreativlik hər zaman praktiki və faydalı xüsusiyyət daşıyır. Adətən mənim ağlıma ilk baxışdan tamamilə mənasız görünən fikirlər gəlir, lakin sonra bu fikrin faydalı tərəflərini tapa bilmək mənim üçün mümkünləşir.

Yekun
Kretivliyin zaman tələb etdiyini və effektli nəticənin hər zaman əldə olunmadığını anlamaq zəruridir. Hələki nəticədən iki cür dərs almaq olar: hər kəs gündəlik həyatında kreativdir və hər kəs şəxsi maraqlarından asılı olaraq kreativliyini artıra bilər. 

Tərcümə edti: Şərqiyyə Şeyxzadə
 

0 şərh