İnsan səs tellərinin fərqli olmağının səbəbləri

İnsanlardan başqa bütün canlıların səsi bir-birinə bənzəyir. Ancaq insan səsi onlardan fərqlidir. Çünki hər insanın səsi fərdidir. Öz səsimiz, ailəmizin və tanışlarımızın səsi ancaq həmin şəxsə aiddir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda, telefona cavab verən kimi telefondakı insanın səsini “Salam” sözündən tanıyırıq.

Necə olur ki, səsin əmələ gəlməsinə xidmət edən orqanlar və hava kimi amillər eyni olmasına baxmayaraq, hər insanın səsi fərqlidir?

 Bu müxtəlifliyə səbəb olan xüsusiyyətlər nələrdir?

Allahın insanlara bəxş etdiyi xüsusi nemət olan səs və nitq ətraf mühitlə ünsiyyət qurmaq, sevinc, kədər kimi hissləri, fikirləri, müxtəlif səs tonlarından istifadə edərək ifadə etmək üçün yeganə yoldur. İnsan səsi çox müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.

 Səsin əmələ gəlməsindəki qüsursuzluq

Səsin əmələ gəlməsi üçün qırtlaqdakı əzələlər, dil, dişlər, damaq, dodaqlar kimi bir çox orqan və hava bir-biri ilə mükəmməl uyğunluq içində işləyir. Əgər bu cür mütəşəkkillik olmasaydı, danışmaq istədikdə anlaşılmaz və narahatlıq verən səs-küy meydana gələrdi. Bu cür mütəşəkkil iş aşağıdakı detallar sayəsində həyata keçirilir:

 Səs tellərindəki dizayn

İnsan səsini əmələ gətirən ən əsas orqanlar səs telləri və onların bağlandığı əzələlərdir. Bunlar qırtlağın içindəki səs qutusunda yerləşən selik təbəqəsi ilə örtülü bir cüt əzələdir. Qırtlağın ön hissəsində halqa formasında qalxanvari qığırdaqların arxasında yerləşir.

Səsin əmələ gəlməsi üçün “V” formasındakı səs telləri “II” formasına düşməlidir. Ancaq əgər bir-birlərinə çox yaxınlaşsalar və ya kifayət qədər gərgin olmasalar, səsin keyfiyyəti aşağı olar. Hətta danışmaq mümkün olmaz.

Səs tellərinin uzunluğu səsin qalınlığını müəyyən edir. Səs teli  nə qədər uzun olarsa, səs o qədər incə olur. Qadınların səsinin kişilərə nisbətən incə olmasının səbəbi də budur. Çünki qadınların səs telləri kişilərin səs tellərindən uzun olur.

İnsandan başqa heç bir canlının səsini dinləyərək onun cinsiyyətini ayırd edə bilmərik. İnsan isə bu baxımdan çox fərqlidir. Danışdığımız insanı görməsək də, səs tonundan onun qadın, yaxud kişi olduğunu dərhal anlayırıq. Bu, əlbəttə, Allahın insanlara bəxş etdiyi xüsusi nemətdir.

Səs tellərinin səs çıxarması üçün aralarındakı məsafə, uzunluq, gərginlik kimi bir çox xüsusiyyət incəliklə düşünülməli və hesablanmalıdır. Təkcə səs telindəki bu detalları düşündükdə bunların təsadüfən əmələ gəldiyini iddia etmək, təbii ki, qeyri-mümkündür. Səs telləri, onların titrəməsi kimi bir çox detal Allahın üstün ağlına və hər şeyi bir ölçü ilə yaratmasına dəlildir. Allah bu həqiqəti Quranda belə xəbər verir:

 … Onun dərgahında hər şeyin müəyyən ölçüsü vardır. (Rəd surəsi, 8)

 
Qırtlaqdakı dizayn

Səsin əmələ gəlməsindəki detallar yalnız səs telləri ilə məhdudlaşmır. Nəfəs borumuzun ağız boşluğuna açılan hissəsində yerləşən qırtlaq boyu başqa əzələlər də yerləşir. Bu əzələlər səs telləri arasındakı hava boşluğunu və tellərin uzunluğunu tənzimləyir, səs tellərinin titrəməsi, hava axınının keçməsi üçün qırtlağın digər əzələlərindən asılı olmadan hərəkət edirlər. Şübhəsiz ki, bu detal təkamül nəzəriyyəsi ilə açıqlana bilməz. Qırtlağın səs tellərinin titrəməsi üçün mərhələ-mərhələ inkişaf edərək ancaq səs tellərinin yerləşdiyi hissədə ayrıca əzələ əmələ gətirməsi, əlbəttə, mümkün deyil. Nitqin ən əsas şərtlərindən biri olan bu detal Allahın “Ol!” əmri ilə bir anda yaranmışdır.

İnsan qırtlağının digər canlılara nisbətən daha aşağıda yaradılması da insanın nitq qabiliyyətinə səbəb olan detaldır. Bu detal qırtlaqdan çıxan nəfəsin müxtəlif səslərə çevrilməsini təmin edir. Qırtlağın bu xüsusiyyətinə görə nəfəs borusuna qida düşə bilər. Bu risk körpəlik zamanı qazanılan reflekslərlə və udlaqdakı dilçək ilə aradan qaldırılır.

 Ağız, diş, burun və dilin funksiyası

Dünyada müxtəlif dillər mövcuddur. Ancaq bütün insanların ağzından eyni hərf səsləri çıxır. Çünki insanlar Allahın ilhamı ilə hərfləri söyləyərkən eyni orqanlardan istifadə edirlər.

Hər iki dodaqları ilə “p” və “b”, dodaq və dişləri ilə “f” və “v”, dilin ön hissəsi ilə “t” və “d”, dilin arxa hissəsi ilə də “k” və “q” səslərini tələffüz edirlər.

Heç bir uşaq doğulduğu zaman hərfləri söyləyərkən ağız boşluğundan necə istifadə edəcəyini bilmir, ancaq dil açma vaxtı çatdıqda Afrikadakı qəbilədə yaşayan uşaq da, Nyu Yorkda yaşayan uşaq da hərfləri eyni şəkildə tələffüz edir. Şübhəsiz ki, bu, böyük möcüzədir və nitqin Allahın ilhamı ilə yarandığının ən gözəl dəlilidir.

Danışarkən bəzi orqanların digərlərindən daha çox istifadə edilməsi isə istər sözün başa düşülməsi, istərsə də dinləyənin qavramasında problem əmələ gətirir. Məsələn, danışarkən qırtlaq bölgəsindən istifadə edənlərin səsi parazitli çıxır və onları rahat eşitmək olmur.

Yalnız ağız boşluğundan istifadə edən insanlar ağızlarını kifayət qədər açmadıqları üçün “a” və ya “o” əvəzinə “ı” səsini tələffüz edir və bu insanların səslərini eşitmək çətin olur.

Təkcə burun bölgəsindən istifadə edən insanların səsi isə tonsuz, enerjisiz və uğultulu olur. Bu problemin səbəblərindən biri yumşaq damağın lazımi qaydada funksiyasını yerinə yetirməməsidir. Yumşaq damağın vəzifələrindən biri səslərin burun yolu ilə çıxmasına mane olmaq üçün burun yolunu bağlamaqdır. Çünki bəzi səslər burun yolu ilə hərəkət etmək istəyir, bu təqdirdə, yumşaq damaq o bölgəni bağlayır və səslərin düzgün tələffüzünü təmin edir.

Şübhəsiz, burada bir neçə nümunə ilə verilən detallar səslərin doğru tələffüzü üçün bütün sistemin müəyyən hərəkətləri eyni anda etməli olduğunu göstərir. Hər birimizin fərqinə belə varmadan həyata keçirdiyimiz bu mütəşəkkil iş Allahın üstün ağlının göstəricilərindən biridir.

Beyinin rolu

Beyindəki bir bölgə nitqi idarə edir. Burada fikrin əsas quruluşu əmələ gəlir, qulaq və gözlərdən gələn impulslarla birləşdirilir və boğaza göndərilir.

Heyvanların beyinlərində belə bir bölgə yoxdur. Bəzi tutuquşular, hətta qarğa növlərinin danışması şüurlu şəkildə baş vermir. Sadəcə əzbərləmə və təkrar etmə qabiliyyətlərindən qaynaqlanır.

Beynimizdə nitq mərkəzinin olması bizə aid xüsusiyyət olmadığı kimi, bəzi quş növlərinin sözləri əzbərləyib təkrar etməsi də onlara xas deyil. Çünki beyin sadəcə ət parçasıdır. Bu ət parçası düşünüb danışmağa qərar verə, hansı səslərin hansı orqanlar vasitəsilə tələffüz ediləcəyini müəyyən edə, sözlərin mənalı şəkildə deyilərək dinləyənin anlayacağı cümlələrə çevirə bilməz. Beyin ancaq nitqi idarə edən vasitədir. Ayədə bildirildiyi kimi, sözləri öyrədən və danışmağı ilham edən Allahdır.

 … Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. (Bəqərə surəsi, 31)

 Buraya qədər izah edilənlər səsin əmələ gəlməsi üçün zəruri möcüzəvi detallardır. Maraqlıdır ki, barmaq izi kimi hər insanın səsi də özünəməxsusdur. Bəs bu möcüzə necə baş verir?

 Səsimizi bənzərsiz edən xüsusiyyətlər

Bu günə qədər yaşamış, yaşayan və yaşayacaq milyardlarla insan bir-birindən fərqli səs tonlarına malikdir. Bu, əlbəttə, Allahın insanlara lütf kimi bəxş etdiyi böyük nemətdir. Çünki bu nemət insanlar arasındakı ünsiyyəti asanlaşdırır, bir-birlərini görməsələr də, səslərindən tanıyırlar. Bundan əlavə, insanlar fərqli səs tonlarına görə mahnı dinləyib zövq alırlar.

Səsimizi özünəməxsus edən mexanizm eynilə motorlu cihazların ətrafındakı hava girdablarının səs çıxarması kimi işləyir. Bu barədə Sinsinati Universitetindən tibb elmləri doktoru Sid Kosla və tədqiqat qrupu reaktiv təyyarələr üzərində uzunmüddətli tədqiqatlar aparmış və bu nəticəyə gəlmişlər:

Ağciyərlərdən çıxan hava axını qırtlaq boyu eynilə səs motorlarındakı kimi hava girdabları əmələ gətirərək səs çıxarır. Fırlanan tüstü halqalarına bənzəyən bu hava girdabları hər insanda müxtəlif tona malik səslərə çevrilir. Ancaq bu girdabların əmələ gəlmə mexanizmi çox mürəkkəbdir.

İnsanın səsin əmələ gəlmə mexanizmi haqqında məlumatı və səsinin əmələ gəlməsində heç bir rolu yoxdur. Hər bir insana məxsus səs, əlbəttə, Allahın yaratma sənətindəki ağılın üstünlüyünü göstərir.

 Səs necə əmələ gəlir?

Danışarkən nəfəs veririk və bu nəfəs nitqin xarakteristikasına təsir edən ən az 11 yerdən keçir.

Səs ağciyərlərdən nəfəs borusu ilə yuxarıya qalxan havanın qırtlaqdakı iki səs telini titrətməsi nəticəsində əmələ gəlir.

Səs telləri susduqda “V” formasında olur və hər iki tərəfə açıq olur. Danışdıqda ortada birləşirlər və “II” formasını alırlar.

Bu tellər incə səslərin çıxarılması üçün daha çox gərilir və titrəyirlər. Qalın səslərdə isə bunun əksi baş verir.

Səs qırtlaqdan çıxdıqdan sonra dil kökü, dil, dişlər, dodaqlar kimi orqanlarımızda formalaşır. Bu əsnada udlaq, burun boşluğu və sinuslar da (kanallar) titrəyərək insana məxsus səs xüsusiyyətləri meydana gəlir.

 Səsimizdəki özünəməxsusluq

Hər insan səs əmələ gətirən orqanlarından fərqli şəkildə istifadə edir. Ona görə, hər kəsin özünəməxsus səs tonu var. Əgər Allah istəsəydi, bütün insanlar eyni səslə danışar, hər yerdə eyni səs tonunu eşidərdilər. Öz səsimiz anamızın, dostumuzun və ya qonşumuzun səsi ilə eyni ola bilərdi. Ancaq eyni səs tonu ilə bütün insanların telefonla əlaqə saxlaması çox cəhətdən riskli və çətin olardı. Çünki hər kəs bir-birinin adından danışar, bu təqdirdə, insanları ayırd etmək mümkün olmazdı. Bundan əlavə, bir-birindən fərqli gözəlliyə malik insan səsləri olmayacağına görə, yeknəsək musiqi anlayışımız olardı.

Ancaq aləmlərin Rəbbi olan Allah böyük nemət və lütf kimi insanlar arasındakı ünsiyyəti asanlaşdırmaq və zövqlü mahnılar dinləmək, söhbət etmək üçün onları bir-birindən fərqli və bənzərsiz səs tonları ilə yaratmışdır.

Yeni doğulan körpələrin qırtlağı böyüklərinkinə nisbətən yuxarıda yerləşir. Beləcə, hələ danışmadığı üçün qırtlaq quruluşuna ehtiyacı olmayan körpə süd əmərkən eyni anda nəfəs ala bilir və böyüklərdə olduğu kimi, udduqlarının nəfəs borusuna, oradan da ağciyərə getmə riski olmur. Ancaq dil açdıqda nitq çətinliyi olmaması üçün uşaq dil açmadan qırtlaq aşağıya enir. Yəni məhz lazım olduğu vaxtda uyğun şəkildə dəyişir. Bu, əlbəttə, Allahın yaratma sənətindəki detalı və üstün ağılı göstərən nümunələrdəndir.

 

 

0 şərh