Çürük dişlərin səbəb ola biləcəyi xəstəliklər

Diş əti iltihabı immuniteti zəiflətdiyindən bakteriyalar orqanizmdə rahatlıqla özünə yer edir. Bəyaz və sağlam dişlər hər kəsin arzusudur. Amma təəsüf ki, gözəl təbəssüm hər kəsə nəsib olmur. Şirniyyatlar, kəskin soyuq və isti içkilər, ətli xörəklər, bir sözlə qidalarda dişlərin çürüməsində böyük rol oynayır. Çürük dişlərə ötəri yanaşmayın. Çünki o heç də siz düşündüyünüz kimi bəsit xəstəlik deyil. Çürümüş diş bir çox xəstəliklərin yaranmasına səbəb olur. Aparılan arşdırmalar sübut edirki dişlər ürək narahatlığı, görmə pozğunluğu, beyin, böyrək və revmatizm xəstəliklərinə zəmin yaradır.
Çürük dişlərin səbəb ola biləcəyi xəstəliklər Çürük dişlərin səbəb ola biləcəyi xəstəliklər

Amma müəyyən qaydalara riayət etməklə dişlərin sağlamlığını təmin etmək olar. Dişləri nizamlı olaraq gündə iki dəfə fırçalamaq və vaxtı vaxtında diş həkiminə müraciət etmək lazımdır və bu, diş sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Dişlərin sağlamlığı üçün turşulu içkilərdən, çay və qəhvə kimi dişlərə mənfi təsir edən içkilərdən uzaq olmaq lazımdır. 


Ardı →

İnsan səs tellərinin fərqli olmağının səbəbləri

İnsanlardan başqa bütün canlıların səsi bir-birinə bənzəyir. Ancaq insan səsi onlardan fərqlidir. Çünki hər insanın səsi fərdidir. Öz səsimiz, ailəmizin və tanışlarımızın səsi ancaq həmin şəxsə aiddir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda, telefona cavab verən kimi telefondakı insanın səsini “Salam” sözündən tanıyırıq.

Necə olur ki, səsin əmələ gəlməsinə xidmət edən orqanlar və hava kimi amillər eyni olmasına baxmayaraq, hər insanın səsi fərqlidir?

 Bu müxtəlifliyə səbəb olan xüsusiyyətlər nələrdir?

Allahın insanlara bəxş etdiyi xüsusi nemət olan səs və nitq ətraf mühitlə ünsiyyət qurmaq, sevinc, kədər kimi hissləri, fikirləri, müxtəlif səs tonlarından istifadə edərək ifadə etmək üçün yeganə yoldur. İnsan səsi çox müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.


Ardı →