Canlılardakı fövqəltəbii qüsursuz simmetriya

Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. İnsanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir.

Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz bir nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları heç bir iddia ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər açıqdır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

 “Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər – bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm”.

Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.

Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir.

Kəpənəklərdəki simmetriya

Kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi araşdırın. Qüsursuz estetika və simmetriya, göz oxşayan rənglər və naxışlar qarşısında, şübhəsiz ki, heyran olacaqsınız.

İndi bir parçanı düşünün. Bu, kəpənək naxışlarından ilhamlanıb toxunmuş, çox estetik və keyfiyyətli bir parçadır. Belə bir parçanı mağaza vitrinlərində gördüyünüz zaman nə düşünürsünüz? Çox güman ki, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarındakı naxışları nümunə götürən bir sənətkarın varlığı ağlınıza gəlir və onun sənətini təqdir edirsiniz. Elə isə bu həqiqəti təqdir etməlisiniz: heyranlıq duyduğunuz sənət kəpənəkləri nümunə götürərək parçanı bəzəyənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz olaraq yaradan Allaha aiddir. Kəpənəklərin rəngli və fərqli naxışlara sahib olan qanadları Allahın rəng sənətinin ehtişamlı təcəllisindən biridir. Belə ki, bir parça naxışı özbaşına, təsadüfən ortaya çıxmadığı kimi, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüfən meydana gələ bilməz.

Şəkildə gördüyünüz kəpənəklərin yeganə heyrətamiz xüsusiyyətləri sahib olduqları möhtəşəm qanadlar deyil. Kəpənəklərin bədən dizaynı da qüsursuzdur. Kəpənəklər çiçəklərin nektarı ilə qidalanırlar. Kəpənəklərin bir çoxunda dərində olan nektarı almaq üçün xortumcuq (proboscis) adlandırılan bir orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları əmmək, ya da su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər uzun dillərini istifadə etmədikləri zaman içəriyə doğru sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

Kəpənəklərin də digər həşəratlarda olduğu kimi, skeletləri var. Bu xarici skelet yumşaq toxumaya sahib olan sərt təbəqələrdən meydana gəlir və zirehli paltara bənzəyir. Bu təbəqə xitin maddəsindən ibarətdir. Bu təbəqənin meydana gəlməsi çox maraqlıdır.

Məlumdur ki, kəpənək tırtılları metamorfoz prosesi keçirirlər. Tırtıl əvvəlcə pup olur, sonra kəpənəyə çevrilir. Bu dəyişmə ərzində qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi müxtəlif mərkəzlərdəki hüceyrələrdə dəyişikliyin hər mərhələsində özlərini yenidən nizamlayır. Bundan başqa, bədəndəki hər sistem də (həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi) dəyişir.

 

 

 

2 şərh

pascal
Vardırsa yaranmış, Mütləq yaradan var.Belə deyir Bəxtiyar Vahabzadə. :)Düz qeyd olunub, təkcə kəpənəklərə yox, bəzəkli balıqlara, ilanlara baxanda da məndə bu fikir yaranır ki, Allahım sən nəyə qadirsən! Bir tərəfdəki naxış, o biri üzdəki naxışdan 1 mm-də o yan bu yana qaçmır. Standart, eyni ölçüdə. Nə deyə bilərik ki, Allahın möcüzələri qarşısında?..Fikrimə B. Vahabzadənin sözü ilə başladım, onun sözüylə də son qoyuram: Dondunsa təkamül və gözəllik qabağında,Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah!
Someone

Çox dolğun bir şərhdir. Onu da düz qüyd etdiniz  ilanlar, baqlıqalar, quşlar, çiçəkər və.s təbitət gözəlliklərində elə rənglərə, naxışlara rast gələrinsən həyrətlənirsən və  bir daha düşünürsən ki Allah hər şeyə ən incə gözəllikləri yaratmaqa qadirdir