Qəpiyi nə üçün suya atırlar?

Dünyada olan bəzi müasir adətlər qədim astroloji mənşəlidir.
Fəvvarəyə, çaya, dənizə qəpik atmaq adəti qəlbində bir arzu tutmaq və ya bu yerlərə bir də qayıtmaq məqsədi ilə edilir.
Yuxarıda qeyd edilən adətin kökü eramızdan 4.000 min il əvvələ, Buğa və Qoç astronomik dövrunə gedib çıxır. Həmin dövrlərdə insanlar guya, öz Tanrıları ilə “birbaşa”, yəni – qurbanvermə vasitəsilə əlaqə saxlayırmışlar. Tanrılar dedikdə, o zamanlar kainatda dövr edən planetləri nəzərdə tuturdular. İnsanlar qurban verməklə onların həyatında əziyyət və problemlər yaradan planetləri rəhmə gətirirmişlər.
Qəpiyi nə üçün suya atırlar?
O zamanlar belə hesab edirdilər ki, Mars — müharibələr və döyüşlər zamanı insanlara ağrı, yara və ölüm gətirməklə bərabər, onlara döyüşlərdə, yarışlarda və dəmirçilik işlərində kömək də edə bilir, Venera isə insanların məhəbbət yardımçısıdır. Saturn- hər şeyi geri itələyir və dondurucu gücə malikdir, Yupiter — danışıqları və müqavilələri möhkəmləndirir, hakimiyyəti idarə edir. Merkuri isə ticarət və informasiyanı idarə edir və s.
Qədimdə Tanri ilə qurban edilən arasında əlaqəni yaradan ilk ünsür- su, ikinci ünsür isə -havadır. Su maddidir, hava ilə əlaqə isə xoş qoxu vasitəsilə yaradılırdı. Su axarlı olduğundan, təbiətlə və təbiətin gücü ilə qurban verilən arasında əlaqə yaradır və xeyir və hədiyyə gətirmək qabiliyyətinə malikdir.
Qədimdə həftənin günləri metal və qaşlar idi:
Günəş – Bazar günü: qızıl, yaqut;
Ay – Bazar ertəsi: gümüş, mirvari;
Mars – Çərşənbə axşamı: dəmir,qırmızı mərcan,yaqut, qırmızı yəşəm;
Merkuri – Çərşənbə: latun, oniks, aleksandrit;
Yupiter – Cümə axşamı: sümbülçiçəyi, qranit;
Venera – Cümə: mis, zümrüd;
Saturn – Şənbə: qurğuşun, sapfir, turmalin.
Kökü qədimdən gələn bu adət indi də öz aktuallığını itirməyib. Müasir dinlər “qurbanvermə”nin qəti əleyhinə olduğundan bu qədim adət bir çox hissələrini itirmişdir (“qurbanvermə” qəpiklə əvəz olunmuşdur). Buna baxmayaraq, adət hələ də xalqlar arasında qalmaqdadır və insanlar hələ də suya, fəvvarəyə və ya dənizə qəpik atmaqda davam edir, İlahidən xahiş edir, arzu tutur, dua edirlər.Su isə davamlı olaraq, durmadan təzə, paslı, mamırlamış qəpiklərin üstündan axmaqda davam edir.
Təcrübəli astroloqlar qədim zamanlardakı canlı “qurbanvermə”dən müasir maddi (qəpiklə) “qunbanvermə” daha məqsədyönlü olduğunu qeyd edirlər.

Mənbə: azens.az
 

0 şərh