Qəpiklərin kənarları niyə hamar deyil?


Lidyalılar zamanında icad edilən pul,  insan həyatına damğasını vuran ən əhəmiyyətli simvollardan biridir.Kağız icad edilənə qədər qızıl, gümüş və s. qiymətli metallardan hazırlanan  pullardan geniş istifadə olunurdu.O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə edər və pulu yenidən istifadə edərdilər.  Qədim pulların tam yumru olmamasının səbəbi də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün pullar avam əhalinin əlində qalırdı.Bu problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı.Bu tırtıllar sayəsində, pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazınmış pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər gəlib çatmışdır. Artıq tərkibində qiymətli metal olmamasına baxmayaraq, qəpiklərin kənarlarında ya tırtıl, ya da bir yazı vardır.
 

10 şərh

Aysel77
Beli yazşlardan daha çox olar inşallah!!!
Medikamentoz
History kanalından təvazökarlıqdan uzaq olsa belə ensiklopedik tarixi inaformasiyam var,öpzü də sadəcə tarixçilər üçün deyil,mənim kimi sadə vətəndaşları da düşündürə biləcək kifayət qədər maraqlı detallar var.Sadə bir misal deyim:Niyə rəhbərlər məhz bir formada əllərini sallayaraq şəkil çəkdirməyə meyllidirlər,pul üzərində şəkillərin nə əhəmiyyəti var,kütlələr və idarəedicilər arasında münasibətlər necə formalaşır və s.Uyğun bir zamanda paylaşaram.

Əllərinə sağlıq,Bumeranq :) 
_BUMERANQ_
Fəaliyyətinizdə uğurlar.
Shabnam_Ilham

Hal-hazırda kənarı yazıda yazıldığı kimi tırtıllı olsa da ona heç kim fikir vermir, saxtadırmı yaxud deyilmi..Amma böyük məbləğə gəldikdə isə (50, 100 man və s.) o zaman dədə baba qaydasıyla pulu işığa tutaraq mütləq yoxlayırlar görüm saxta puldurmu? Bizim millətin xarakteri belədir :)

məryam
bu barıdı heç düşünməmişdim. təşəkkürlər. Gərəkli məlumatdı.
Medikamentoz
Bu zamandan sonra diqqətli olarsınız :)
Medikamentoz
Qəpiklərin üzərinə öz şəklini təsbit etdirən Makedoniyalı İskəndər olub,səbəb isə imperiyanın periferiyasında olan əyalət sakinlərinin də onu tanıması istəyi idi.
asel
MARAQLIDI.TEŞEKKÜR
Medikamentoz
Bunu uyğun bir zamanda mətn halında qeyd etmək istəyirəm,diqqətiniz üçün əsl Sizə Təşəkkür.