Uşaqlar üçün düzgün eynək seçimi necə olmalıdır?

Uşaqlar üçün eynək seçərkən nələrə diqqət etməliyik ? 

1. Çərçivənin materilı mümkün qədər yüngül və yumuşaq olmalıdır. Dəmir çərçivələr uşaq üçün ağır ola və zamanla onu narahat edə bilər. Bu da zamanla uşaqda baş, burun və qulağın yuxarı hissəsində ağrılara-zədələnmələrə səbəb ola bilər. 

2. Çərçivə seçərkən onun şüşə yerləşdiriləcək, yəni ön hissəsinin çox balaca olmamasına diqqət edin. Çünki yeni eynək taxmağa başlayan uşaq şüşənin yaratdığı narahatlıqdan qaçmağa fürsət axtaracaq. Kiçik çərçivə isə bu fürsəti rahatlıqla uşaq üçün yaradır. Bu səbəbdən geniş ölçülü çərçivə seçərmək lazımdır. 

3. Rəng seçimini övladınıza həvalə edin. Bu, uşağın eynəyi sevməsi üçün bir fürsət olacaq.

4. Uşaqlar oynamağı sevdikləri üçün adətən eynəkləri qısaömürlü olur. Çünki oynayarkən eynək düşür yerə cızılır, ayaq altında qalıb qırılır və s. müxtəlif formalarda zədələnərək artıq yararsız hala gəlir. Bu səbəbdən uşağa eynək alarkən eynəyi saxlaması üçün xüsusi eynək ipindən istifadə edin. 

5. Eynək alarkən qabını da unutmayın. Xüsusilə uşaqlar üçün eynək qabı mütləqdir. Çünki onlar eynəyi istifadə etmədikləri zaman, çantalarına, qələmlərlə birlikdı qoyub şüşənin zədələnməsinə səbəb ola bilərlər. Bu da həm maddi sıxıntıya həm də ən əsası uşağın bir-neçə gün eynəksiz qalmasına səbəb olacaq. 


 

0 şərh