Yağ ləkəsini necə təmizləmək olar?

Hər gün ləziz yeməklər bişirmək üçün fərqli bitki və heyvan yağlarından istifadə edirik. Amma bu yağların süfrədə, paltarda, mətbəxdə qoyduğu izlərdən qurtulmaq o qədər də asan olmur.

Kayzen.az bu problemin həllini sizinlə bölüşəcək.

1. Paltarda yağ ləkəsi
  • Yağ düşən yerə təbaşir sürtmək. Bu üsul bütün yağı özünə çəkəcək.
  • Yağın üzərinə narın duz töküb biraz saxlayın. Duz daha sonra paltarınızı yuyarkən yağın daha asan getməsində rahatlıq yaradacaq.
  • Yağ damcılamış parçaya uşaq pudrası da əlavə edə bilərsniz
  • İpək parçadakı yağ ləkəsi üçün ammonyak istifadəsi məsləhətdir. Bir stəkan suya eyni miqdarda ammonyak töküb, ləkəli yeri parça ilə silmək lazımdır.
  • Yağ ləkəsini aparan vasitələrdən biri də qab yuyucu vasitədir. Ləkənin üzərinə bir neçə damcı qab yuyucu vasitədən əlavə edib 5-10 dəqiqə saxlayırsınız. Daha sonra ilıq su ilə yuyursunuz.
2. Mətbəx çanağındaki yağ ləkələri
Adətən yağlı qablardan sonra mətbəx çanağında yağlılıq hiss olunur. Bunun üçün balaca bir fırça ilə (köhnə diş fırçası da istifadə etmək olar) sodanı yaxşıca çanağa sürtün. Sonra üzərinəlimon suyu əlavə edib 2 dəqiqə də helə sürtün. Sonra təmiz su axıdın. Və çanaq tər-təmiz olacaq.

3. Mikrodalğalı soba
Kir və yağ ləkəsi hopmuş mikordalğalı sobanın içərisinə bir neçə damcı qabyuyan vasitə ilə nəmləndirilib, köpükləndirilmiş süngər qoyun. Sobanı minimal dərəcəyə qoyub, süngəri 30 saniyə içərisində saxlayın. Sonra sobanın qapağını açıb, elə həmin süngərlə içini təmizləyin. Bu vasitə nəinki mikrodalğalı sobanızı təmizləyəcək, həm də xoşagəlməz qoxusunu aradan qaldıracaq.


 
 

0 şərh