Yaddaşın silinməsi mümkündürmü?

Pis xatirələrinizi yaddaşımızdan tamamilə silib unutmaq istəyirsiniz?
Yaddaş silmək yalnız filmlərdə olur deyənlər səhv edir. Alimlərin bu istiqamətdə apardığı araşdırmalarda, insan yaddaşından istənməyən şeylərin silənə biləcəyini ortaya çıxdı. Bəs bu necə mümkündür?

Yaddaşdan istənməyən xatirələri sildi

Hollandiyanın Nijmegen bölgəsinin Radboud Universitet xəstəxanasında işləyən alim Marijn Kroes komandası ilə apardığı araşdırmalar nəticəsindən insan yaddaşında istənməyən xatirələrin silinə biləcəyini sübut etdi. Kroes, şiddətli depresiya keçirən 42 nəfər üzərində apardığı təcrübələr zamanı 3 qrupa ayırdığı insanların beyinlərə «Həssas hədəfli Elektroşok-ECT» terapiyası tətbiq edərək nəticə əldə etdi. Bu araşdırma nəticəsidə insan beynində xoş olmayan xatirələri silməyi bacaran Kroes, elektroşoka bağlı olmadan əvvəl bütün iştirakçılara iki hadisənin görüntüsün izlətdi. Birinci hadisədə bir maşının vurduğu bir insanın, ikincisində hücuma məruz qalan bir insanın görüntüsü var idi. Tam bir həftə sonra bütün iştirakçılara bu iki görüntüdən sadəcə birini bir dəfə daha göstərdilər və könüllüləri 3 qrupa ayırdılar.

Gördüklərini xatırlamadılar

Birinci qrupa eletroşok tətbiq edildi və o dəqiqə verilən suallara cavab vermələri tapşırıldı. İkinci qrup elektroşok tətbiq edildikdən 24 saat sonra verilən suallara cavab verməkləri tapşırıldı. Üçüncü qrupa elektroşok tətbiq edilmədən əvvəl suallar verildi. Nəticədə birinci və üçüncü qrupdakı iştirakçılar göstərilən videoları çox yaxşı xatırlayarkən, 24 saat sonra cavab verilməsi istənən ikinci qrupdakılar sadəcə bir dəfə göstərilən görüntünü xatırladıqları ancaq eletroşok tətbiq edilmədən əvvəl göstərilən videonu heç xatırlamadılar.

Yaddaşa məlumat da yüklənə bilər.

Marijn Kroes və komandası bu araşdırması ilə elektroşokla insan beynindən istənməyən şeylərin silinə bilməsi möcüzə bir həll kimi görünsə də, bir çox mübahisəyə səbəb oldu. Stanford Universitetinin alimi Hank Greely elektroşokla istənməyən xatirələrin sildiyi kimi, silməsini istəməyəcəyiniz xatirələrində silənəcəyini, həmçinin beynə istənilən məlumatın yüklənə biləcəyinə diqqət çəkdi. 

 

0 şərh