Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Ağızdan nəfəs almaq ziyandır

Düzgün nəfəs almaq stressdən yorğunluğa, kalori yandırmaqdan yuxu rejiminə kimi bir çox problemlərin həll yoludur.

Bunun üçün ağciyərləri hava ilə tam doldurmaq lazımdır. Nəticədə qəbul edilən oksigen ürək-damar sistemi vasitəsilə bütün orqan, ilik, əzələ və hüceyrələrə göndərilir. Bu, vücudun qidalanmasıdır.
Dərindən nəfəs almaqla insanlar yorğunluğu azaldıb, stressdən azad ola bilərlər və iş fəaliyyətləri fayda verər.
Davamı →

Niyə qıdığınız gəlir?

Qıdıqlanma — dərinin bəzi reflektor hissələrinin qıcıqlandırılması zamanı yaranan şərtsiz refleksdir.
Bu zaman bir qrup əzələlərin yığılması nəticəsində bədənin qıdıqlandırılan hissəsinin çəkilməsi baş verir.

Hissiyyat — dərinin ən vacib funksiyalarından biri olub, dəridə yerləşən külli miqdarda sinir ucluqlarının fəaliyyəti ilə bağlıdır. Beləliklə, insan bədəninin səthi — temperatur və təzyiq kimi xarici qıcıqlandırıcı faktorlara qarşı reaksiya verən böyük bir qəbuledici sistemdir. Elə məhz təzyiqə qarşı reaksiya qıdıqlanmanın «mexanizmini» müəyyən edir. Məsələ burasındadır ki, insan bədəninin bəzi nahiyələri sinir ucluqları ilə çox zəngindir — xüsusən qoltuqaltı çuxurlar, pəncələr, kürəkətrafı nahiyə.
Davamı →

Gündə bir xiyar turşusu yemək faydalıdır

“Smithsonian” elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.

Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Davamı →

İş masasında səliqəsizlik işin effektivliyini artırır

Yəqin ki, bir çoxlarımız iş masamızın üzərindəki səliqəsizlik ilə bağlı müdirin iradlarını dinləmişik. Müdirlər belə hesab edirlər ki, masamızın üzərindəki “zibillər” fikir qarışıqlığı yaradır və işçiyə öz öhdəliklərini effektiv şəkildə icra etməyə mane olur. Lakin belə məlum olub ki, bu, heç də belə deyil.

Hər şey əksinədir. Belə ki, Groningen universitetinin alman alimlərinin bir sıra araşdırmadan sonra gəldiyi nəticəyə görə, iş masasında səliqəsizlik və qarışıqlıq iş effektivliyini endirməməklə yanaşı, əməkdaşın kreativ düşünməsinə də kömək edir.
Davamı →

Buruq saçlar necə yaranır?

Buruq saçlara sahib olmaq bir çox insanın xəyalıdır. Hətta bu səbəblə bir çox adam gözəllik salonlarında günlərini keçirirlər. Bu məqsədlə saçlara maşa kimi bir çox dəyişik əməliyyatlar tətbiq olunur. Buruq saçlı insanlar isə bu cür əməliyyatlara ehtiyac duymadan, saçlarının buruq olmasını təmin edən mexanizmə doğuşdan sahibdirlər. Saçın düz və ya buruq olmasını təmin edən ən əsas faktor isə gendir. Saç formasını çox böyük bir nisbətdə genetik şifrələrimiz təyin edir.

Buruq saç geni, düz saç geninə hakimdir. Buna baxmayaraq ətrafımızda gördüyümüz insanlar daha çox düz saçlı olur. Saçın növü, çoxlu allel genlər tərəfindən müəyyən edilir. Allellər dediyimiz anlayış fərqli xüsusiyyətlərə sahib bir genin alternativ forması və ya formalarıdır. Yəni bu dəyişik alleller sayəsində saçın tipi çox dəyişik formalarda ola bilər. (Düz və buruq saçdan başqa buna dalğalı saç forması da daxildir.) Buruq saç Afrikada çox məşhur olmasına baxmayaraq, ağbəniz insanlar arasında görülmə nisbəti yalnız 15 faiz ətrafındadır.
Davamı →

Kompüterin sağlamlığımıza vurduğu 7 zərər

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...
 
1. Bel əyriliyi
Səbəb: Kompüter istifadəçilərin çoxu bədənin düzgün vəziyyətini nəzərə almır və masa arxasında düz oturmur.
Həlli yolu: Düz oturun və klaviaturaya tərəf əyilməyin. Əmin olun ki, stulun mərkəzi ilə oturursunuz. Kürəyin aşağı hissəsi stulun arxasına söykənməlidir, ayaqlar isə diz nahiyəsindən düz dayanmalıdır. Lazım gələrsə, yastıq istifadə edə bilərsiniz. Əgər ayaqlarınız döşəməyə dəymirsə, onda altına kətil qoyun. 
Davamı →

Bitcoin və yaxud “meymun biznesi”

Bir dəfə kəndə biznesmen gəlir və kəndlilərdən 10 dollara meymun alacağını bildirir. Ətrafdakı cəngəllikdə nə qədər çox meymun yaşadığını görən kənd camaatı bütün işlərini ataraq meymun tutmağa başlayır.

Biznesmen kəndlilərdən 10 dollara min meymun alır. Lakin tezliklə meymunların sayı azalır və onları tutmaq bir qədər çətinləşir. Belə olduqda, biznesmen tutulan hər meymuna görə mükafatı 20 dollara qədər yüksəldir. İnsanlar yenidən meymun ovuna başlayır.

Tezliklə kənddə məhsuldarlıq enməyə başlayır və kənd camaatı yavaş-yavaş öz işinin başına dönməyə başlayır. Bunu görən biznesmen qiyməti 50 dollara qədər artırır. Lakin o işi səbəbindən şəhərə qayıtmalı olur və öz yerinə köməkçisini təyin edir.

Davamı →

Əsnəmək nədən xəbər verir?

Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.
Davamı →

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Davamı →

Əl ilə toxuma işlərinin faydaları

Mil, milçə və tığla görülən əl ilə toxuma işləri cansığıcılığını aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir. Bəs əl ilə toxumanın faydaları nələrdir?

Xüsusilə də orta yaşlı qadınların qış aylarında böyük bir həzz alaraq, hazırladıqları toxuma paltarlar, qarderobların əvəzolunmaz hissəsinə çevrilir. Soyuq havalarda bədənimizi isti saxalayan toxuma paltarlar, xəstəliklərə qarşı qoruyur, qəşəng bir görünüş əldə etməyinizə da kömək edir.
Davamı →