Nağılsız nənələr

— Qızı vermisən?
— Hə.
— Neçə yaşı var idi?
— 11-i bu il qurtardı.
— Hə, yaxşı eləmisən. Elə tez versən yaxşıdı, sora seçir.

Bu dialoq, işdən evə gələrkən ətrafdakı heç bir səsi eşitməyəcək halda, istəmədən diqqət mərkəzimə hakim olmuş yaşlı nənə ilə orta yaşlı qadının söhbətidir. Əslində bu dialoqun üstündən bir aydan çox vaxt keçib, amma az qala hər gün «sonra seçir» sözləri və bu sözü müdriklik yaşına gəlməli olan bir fərdin deməsi, belə çox emosional deyim, məni məhv edir.

Harda olur olsun yaşlı və müdrik insanları, lap müdrik də deyib çox şişirtmədən qarşısındakını dinləməyi bacaran və məsləhət verə bilən yaşlı insanlara heyranlıqla baxmışam. Və seçən insan qarşısında qorxuya düşən nənədən sonra, onların nə qədər az olduğunu daha çox hiss etmişəm.

Bir insan seçən insandan qorxursa...
Bu başlıq altında fikirlər məni nənənin uşaqlığına apardı. Gördüm ki, o nənə heç vaxt nağıl dinləməyib, həm də nağıl oxumayıb, əslində həm də uşaq ola bilməyib. Uşaq ola bilməyən fərd böyüyüb yarımçıq yeniyetmə, daha sonra bir az da yarımçıq gənc, yarımçıq ana (əslində ən təhlükəlisi də budur)...və ən sonunda heç özü də nəvələrinə nağıl oxumayan nənə olub. Onların suallarına cavab vermək haqqında düşünmək əvəzinə, seçə bilməsinə mümkün qədər mane olub.  

Bütün bunları yazdığıma görə uşaqlığım tam olub demirəm əlbəttə, bir az şanslı olmuşam nənələrimdən biri nağıl oxuyan olub. Amma yarımçıqları olan fərdəm, sadəcə bir yerlərdə bunun fərqinə vardığımdan, yazmaq istədim ki, bəlkə sən də yarımçıq olduğunu bilmirsən. Bəlkə sən də «seçən nəvə»dən qorxacaqsan.  Bacardığın qədər buna mane ol. Sən nağıl oxuyan, dinləyən və müdrikləşən nənə ol!

PS: Babalar süddən çıxmış ağ qaşıq deyil. Bütün qocaları müdrik görmək diləyilə.

 

8 şərh

azadmamedov90
Bilirsiniz, insan ən mürəkkəb psixoloji halları olan varlıqdır. Nə desən çıxar.
Gülnar
Öz həyatını yaşaya bilməyən bədbəxt yaşlılar gənclərin həyatını zəhərləyir.  Dərd orasıdır ki, belələrinin böyütdüyü gənclər də deffekt olur.
Qızını ərə verməyə tələsən analar, ərinin ona yaşatmadığı qadın xoşbəxtliyi boşluğunu, gəlininin həyatını zəhərə döndərməklə dolduran "şizofrenka" qayınanalar:)
Real olmuş hadisədir: Bir nəfər arvad, əri öləndən sonra kravatına benzinli parça bağlayıb, onunla bir evdə yaşayan,evli oğluna, gəlib mənlə bir otaqda yatmasan həmin gün özümü yandıracam deyib.
_BUMERANQ_
Belə qadınları görəndə, onların özlərindən sonra neçə nəsli şikəst eləməsini təsəvvür edə bilmirəm.
Gülnar
Oğlunu, oğlunun bədbəxt arvadını və iki uşağını şikəst edib. Və o uşaqların da gələcəkdə uğurlu həyat qurmaları hələ sual altındadır.
Hazırda həmin ər-arvad qeyri-rəsmi boşanıblar. Uşaqlar ana ilə kirayədə qalır. Ata da imkanı olandan aliment ödəyir. Uşaqlar yarımçıq psixologiya ilə böyüyür.
Səbəb? Heç bir məntiqə və vicdana sığmayan ənənələr, saxta, riyakar ailə münasibətləri və uşaqların həmin əfəl, manqurtlaşmış atası.
_BUMERANQ_
Nənə xoşbəxtdimi, barı?
Gülnar
Yəqin xoşbəxt olar. Arzusuna çatıb, dincəlib.
kelebek20042016
Coox dogru bir fikirdir :D tek sole ela kayzen ve kayzenliler