Həbsxanaya kişi girdi, qadın çıxdı...

İngiltərədə etdiyi cinayətə görə ömürlük həbs cəzası almış Robert Hilton 21 ildən sonra həbsxananı Rebekka Hilton kimi tərk edib.
qətldə suçlanmış Robert Hilton 1992-ci ildə həbsxanaya salınmışdı.
O, 2011-ci ildə cinsi mənsubiyyətini dəyişməklə bağlı cərrahiyyə əməliyyatına məruz qalıb və Rebekka olub.
Əvvəlcə həbsxanada kişi məhbuslar üçün korpusdakı kamerada saxlanılan, Rebekka olandan sonra isə qadın məhbusların korpusuna köçürülərək ömrününün 21 ilini dəmir barmaqlıq arxasında keçirən Robert-Rebekka deyib: «Azadlığa çıxdım. Amma nə işim var, nə evim, nə ailəm, nə də dostlarım. Həbsxanada qalmaq daha yaxşı idi».
Əvvəl Robert, indi Rebekka olan Hilton azadlığa çıxmış sabiq məhbusların müvvəqəti yaşamaları üçün nəzərdə tutulmuş yataqxanada, Medstoundakı binada qalır. 
2011-ci ildə qadın məhbuslar üçün korpusa keçiriləndən sonra Rebekkanın həyatı bir qədər dəyişib.
«Mənə dəymirdilər. İstəyəndə makiyaj vururdum, istəyəndə makiyajsız davranırdım. Ürəyimdən keçəndə də kişi paltarı geyirdim. Ümumiyyətlə isə həbsxanada gender problemləri ilə qarşılaşan adam tək mən deyildim», — Hilton deyib.
 
 

0 şərh