Məhbusların dilemması- Prisoners' dilemma

Məhbuslarım dilemması oyunlar nəzəriyyəsində istifadə edilən standart oyunlardan biridir. Oyunun əsasını əməkdaşlıq etmələri hər iki tərəfin xeyrinə olduğu halda, tam rasional tərəflərin bu cür əməkdaşlıqdan yayına bilməsi təşkil edir. Oyun ilk dəfə Rand şirkətinin əməkdaşları Merril Flood və Melvin Dresher tərəfindən 1950-ci ildə yaradılıb. Sonradan Albert Tucker oyunu həbs cəzası «mükafat»ları ilə formal hala gətirib və oyuna «məhbusların dilemması» adını verib. Oyun qısa təsviri aşağıdakı kimidir:

Bankın girişində iki nəfər şübhəli saxlanıldı və eyni kameraya yerləşdirildilər. Onların bank soymaq etiraflarını eşitmək üçün polis növbəti təklifləri irəli sürür: Əgər ikisi də sussa, hər ikisi 2 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Əgər biri o birini satsa, o biri sussa, satan azad olunacaq, susan 5 illik həbs olunacaq. Əgər şübhəlilərin hər ikisi bir-birini günahlandırsalar, hər biri 4 il müddətinə həbsə göndəriləcəklər. Hər iki şübhəli bu təkliflərin hər ikisinə edildiyindən xəbərdar idilər.

Bəs nə baş verir? Hər iki saxlanılan şəxs düşünür: «Mən əminəm ki, o biri açıb, tökəcək hər şeyi. O, məni günahlandıracaq, mənə 4 il verəcəklər, onu isə azad edəcəklər, bu isə çox ədalətsiz olacaq». 
Birdən hər ikisinin ağlına belə bir fikir gəlir: "Əgər mən onu satsam, məni azad edəcəklər, niyə iki nəfər əziyyət çəksin ki, əgər biri azad oluna bilərsə ?! ". Qısacası, saxlanılanlar günahı bir-birilərinin üstünə atırlar və hər ikisi 4 illik həbs olunurlar.

Əgər hər ikisi sussaydı, cəmi 2 il həbs həyatı yaşayacaqdılar. Bu daha məqsədəuyğun hesab olunardı. Əgər hər iki məhbusa icazə verilsə ki, bir-biriləri ilə danışıq aparıb, qərara gəlsinlər, nəticə yenə də dəyişməyəcəkdi. Hər iki nəfər strategiya qursalar belə, sonda satqınlıq edəcəklər. Problem ondadır ki, insanlar bir-birilərinə heç vaxt tam etibar etmirlər.

Hazırladı: MushviG. Mənbə:az.wikipedia.org.

 

0 şərh