Möhtəşəm musiqi aləti - Kristal stəkan

Avstriyada bir küçə sənətçisi Leonard Cohenin Hallelujah mahnısını kristal stəkanlar ilə ifa edir. Möhtəşəm bir performans!



Ardinda videogörüntünü izləyə bilərsiniz


 

12 şərh

pascal
Sayta girən kimi ilk baxdığım topik bu oldu. Musiqi tam yerinə düşdü. deyə bilərəm. :) 
Bizimkilər də nəlbəkidə çalırlar. Elə bilirəm belə lirik mahnını nəlbəklidə çalmaq olmaz. Bu daha maraqlı gəldi mənə. İlk dəfə idi görürdüm. Paylaşdığınıza görə, sağ olun. 
Ferbara
Mən bu cür musiqini Sandra Ballakın ifasında eşitmişəm. Stəkan deyil, qədəhdilər. :)
_BUMERANQ_
«Speed»dəki Sandra Bullock?
Ferbara
«Gözəl dedektiv» kinosundakı Sandra Bullock. :)
_BUMERANQ_
o filmə baxmamışam, amma mənim Sandra Bullockdan xoşum gəlir, bu istedadını bilmirdim :)
Ferbara
Mən də xoşlayıram. Filmdə oynadığı qəhrəamn çalırdı. Maraqlı kinodu. 2000-ci il istehsalıdı. :)
_BUMERANQ_
«The Lake house» filmi də maraqlıdı. 
P.S: Mövzudan çox uzaqlaşdıq deyəsən :) 
Ferbara
Maraqlısı odur ki, notlar suyun səviyyəsinə görə təyin edilir. :)
P.S. mövzuya qayıtdım. ;) 
_BUMERANQ_
İstedadlı insan düzgün istifadəni gözəl bilir.
Azərbaycanda da Sadıx var, amma onun musiqi aləti nəlbəkidi :) 
Ferbara
Bax, o, notları necə təyin edir, bilmrəm. Materialına, yoxsa nəlbəkinin diametrinə, ya nazikliyinə görə?
Ferbara
Videoya bayaqdan baxmaq imkanım yox idi. Bizim nəlbəki ilə çalınan mahnı bundan professionaldır.
Ramil
İnsan ideyası nələr etmir ki.