Elza İbrahimova - duyğulu və həzin mahnılar müəllifi

  • Musiqi
Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. «Bilməzdim”, „Gecələr bulaq başı”, “Ey Vətən”, „Qurban verərdim”, “Gəl barışaq”, „Mehribanım”, “Yoxluğunu bilə-bilə”, „Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Davamı →

Fyodor Şalyapin | Şöhrət yolu Bakıdan keçən müğənni

XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələr güclənir, şəhərə incəsənət xadimlərinin qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənni Fyodor Şalyapin idi.

Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açmışdı. Erkən çağlardan musiqiyə maraq göstərmiş, kilsə xorunda oxumuşdu. Bu müddətdə skripkada da ifa etməyi öyrənir və mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. O, Kazan şəhərində qastrolda olan V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə səfərə çıxır… Truppa 1891-ci ildə Bakıya gəlir. Burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur…
Davamı →

Prokofyev Sergey

Peterburq Konservatoriyasında qəbul imtahanı öz axarı ilə gedirdi. Bu il imtahanı məşhur bəstəkar Nikolay Andreyeviç Rimski-Korsakov götürürdü. Birdən auditoriyaya qəribə abituriyent daxil oldu. Üzdən ona 12 yaş vermək olardı. O, qucağındakı içi dolu iki qovluğun ağırlığına sözün həqiqi mənasında çətinliklə davam gətirirdi.

Məlum oldu ki, qovluqlarda dörd operanın, iki sonatanın, bir simfoniyanın və bir neçə fortepiano pyesinin partituraları var və müəllif də bu arıq oğlandır. Rimski-Korsakov gülümsünərək “Bu, mənim xoşuma gəlir!” deyir, gənc musiqiçinin ifasını dinlədikdən sonra onu konservatoriyaya qəbul edir. 1909-cu ildə bəstəkarlıq fakültəsini əla qiymətlərlə bitirən Sergey Sergeyeviç Prokofyev təhsilini dirijorluq və fortepiano sinifləri üzrə davam etdirir. Bəstəkarın ilk əsərləri – fortepiano üçün 1 və 2 nömrəli konsertləri, İkinci və Üçüncü sonataları öz qeyri-adiliyi ilə bütün musiqi aləmini silkələyir. Tənqidçilər Prokofyevə qəzəbli hücumlar edərək, onu musiqisi ilə “adamın kəlləsini döyəcləyən futbol bəstəkarı” adlandırırlar. 
Davamı →

Ella Fitscerald

«Mahnıların Birinci Ledisi» — Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü.

Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta «Love For Sale» kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi. Ella Fitscerald öz yaradıcılıq yolunun başlanğıcında heç vaxt Billi Holideyə məxsus olan quru səsi ilə fərqlənməmişdir. Həddən artıq yoxsulluq şəraitində yaşayan Ella bir müddət sözün həqiqi mənasında evsiz-eşiksiz qalmışdı. Bu dövrdə onun oxumasında böyük bir fasilə yarandı.
Davamı →

Polad kimi Polad

O, tək elə 2009-cu “İlin Adamı” yox...
...həm də iki əsrin canlı dəbidir. Həm sənətdə, həm siyasətdə. “Necə”-“niyə”sini soruşan tapılmaz qənaətindəyəm. Nədən ki, o, bütün yaradıcı və ictimai-siyasi fəaliyyətində bu sayaq sual-çalarlar üçün bir boşluq qoymayıb.

Yox, əgər bu “cəsarətdə” bulunan bir respondent varsa, buyurub, bir “internet-referendum” keçirə bilər. Amma bəri başdan praqmatiklik edə bilərəm ki, o “şəkkak”ın cəhdi havayı gedəcək. Yəni bu sentimental “referendum”un nəticələrinə görə, Azərbaycan üzrə 100, keçmiş Sovetlər İttifaqı məkanı üzrə 101, dünya çapı üzrə isə — təbliğ-reklam çatı, o dövr tikanlı məftillərinin energetik kilovatı, bir az da sözügedən sənətkarın səsindəki hədsiz millilik qatı və şərqlilik zatı səbəbindən — minimum 99,9 faiz uduzacaq…
Davamı →

“Mendelson marşı” haqqında üç maraqlı fakt

  • Musiqi
205 il əvvəl fevral ayının 3-də Almaniyanın Hamburq şəhərində məşhur bəstəkar Feliks Mendelson anadan olub. O təkcə bəstəkar deyil, həm də dirijor, pianist idi. Yəhudi əsilli bəstəkar musiqidə romantizmin nəhəng nümayəndələrindən biri “Leypsiq məktəbi”nin nümayəndələrindən biri sayılır
Onun məşhurMendelson marşı”  150 ilə yaxın bir müddət ərzində demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin “xeyir-duaçısıdır”. 

Marş “Yay gecəsində yuxu” pyesi üçün yazılmışdı
Mendelsonun 17 yaşı olanda Şeksprin komediyalarından biri üçün eyni adlı konsert uvertürası yazır. 15 il sonra isə Prussiya kralı Fridrix IV Vilhelmin sifarişi ilə ona daha 10 hissə əlavə edərək suitaya çevirir.
Məhz ilk dəfə “Yay gecəsində yuxu” suitasında tamaşaçılar “Mendelsonun nikah marşı”nı eşidirlər. Bu hadisə 14 oktyabr 1843-cü ildə Potsdam sarayında baş verir. Tamaşada musiqinin sədaları altında Eşşəklə tilsimlənmiş Titaniya evlənir.  

Mendelsonun marşının sədaları altında ilk dəfə ingilis əyalətç adamları evləniblər
Alman bəstəkarının marşı Doroti Karyu və Tom Denielin nikah mərasimində səsləndirilib. Bu hadisə 2 iyun 1847-ci ildə 20 mindən az əhalisi olan Tiverton şəhərciyində Müqəddəs Pyotr kilsəsində baş verib.   

Marş vəliəhd və prinsesin toylarından sonra məşhurlaşdı
25 yanvar 1858-ci ildə Londonda Sent-Ceyms sarayında təmtəraqlı nikah mərasimi baş tutur. İngilis prinsesi Viktoriya Adelaida Mariya Luiza (və ya sadəcə Viktoriya) 26 yaşlı Prussiya vəliəhdi III Fridrixə ərə gedir. Yeni evlilər kilsədən çıxanda Mendelson musiqisi səsləndirilir, bundan sonra marş geniş şöhrət qazanır. Nikah Fridrixin ölümünə qədər — 30 il davam edir. Evlilərin dörd oğlan, dördü qız səkkiz övladı dünyaya gəlir. 

Davamı →

Whitney Houston

“Ölüm bizi ayırana qədər...”Whitney Houston

…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”.  Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” — pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi».

“Niyə boşanmırsan, Uitni?”, — bu sualı ona rəfiqələri tez-tez verirdilər.
— “Axı o səni döyür”. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə qurarkən bir-birimizin gözlərinə baxaraq and içmişik. Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”.


Ardı →

"Paxıl musiqiçi" | Dino Buttsati

Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. Ancaq Qorca, hər şeydən öncə, — bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, küçədə əbəs yerə var-gəl etməyə başladı.


Ardı →