Oriqami

Oriqami (折り紙) yaponca “ori” qatlamaq və “qami” kağız sözlərindən ibarət olub, kağız qatlama sənətinə verilən addır. Bu sənətdə yapışqandan və hər hansı bir kəsici alətdən istifadə olunmur. Oriqami ilə canlı cansız fiqurları hazırlanır və bu iş üçün rəngli rəngsiz kağızlardan, hətta kağız puldan istifadə olunur.

Oriqami klassik və hissəli olmaqla iki yerə ayrılır. Klassik oriqami bir tək kağızla hazırlanır. İki və ya daha artıq hissə istifadə edilərək klassik oriqami ilə heyvan və ya əşya fiqurları hazırlanır. Modulyar oriqami kimi də adlandırılan hissəli oriqami oxşar parçaların birləşdirilməsi ilə hazırlanır, heyvan və ya əşyadan çox 3D və həndəsi fiqurların hazırlanması üçün istifadə olunur. Hissə sayı hüdudsuz olan modulyar oriqami sökülüb yığılan oyuncaqlara oxşayır və eyni hissələrlə bir çox fərqli fiqur hazırlamaq mümkündür. Oriqami ümumiyyətlə kvadrat kağızlardan hazırlansa da kağız formasında hər hansı bir məhdudiyyət yoxdur.

Bu gün dünyada oriqaminin bir çox növü hazırlanır. Memari oriqami, pop-ap oriqami, kriqami oriqamini (kağız kəsmək sənəti) bunlara misal kimi göstərmək mümkündür. Müasir adlandırılan belə oriqamilərdə kəsmək və yapışdırmaqdan istifadə etməyə heç bir məhdudiyyət qoyulmayıb.




 

5 şərh

2ral
oriqami texnikasını rus saytlarından #1,#2 öyrənmək olar.Böyük səbr və zəhmət tələb edən işdir. Bunu məhz yaponların kəşf etdiyini bilmək təəcüblü deyil.
eysar
Ən çox sevdiyim işlərdən biridir.Əvvəllər qurabağa, gəmi hazırlayırdımsa indi it və pişik də  düzəldə biləcəm .Sağ olun.
Dior
Mən isə kağız vasitəsilə nağıl danışa bilirəm.Yəni təsəvvür edirəm ki,bir oğlan olur.Başlayıram kağızdan köynək düzəltməyə,sonra guya şalvarını geyinir onu düzəldirəm,sonra həmin kağızdan süfrə düzəldirəm,guya yemək yeyir və s.
p.s ola bilər,bir az gülünc görünsün.
eysar
Bir vaxtlar mən də onu bilirdim,indi isə necə eləndiyini yaddımdan çıxarmışam :((
mr13
mən 2 nağıl bilirəm biri Diorun dediyi 2ci SSRİ-yə aid