Yaponların kağız əfsanəsi

Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi ilə, demək olar ki, eynidir.

Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami nümunələri də Çində meydana gəlmişdir. Daha sonra isə oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Oriqaminin Yaponiyada inkişaf etməsinin əsas səbəbi isə yaponların kağıza verdikləri qiymətin nəticəsidir.
Oriqami yapon dilində «ori» (qatlamaq) «kami» (kağız) sözlərinin birləşməsindən ibarət olub, «kağız qatlama» sənətidir. Oriqamidə əsasən kvadrat formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan istifadə etmədən qatlayaraq müxtəlif fiqurlar əldə edilir. Təkcə kağızlardan yox, kağız pullardan düzəldilən modellər də az deyil.
Ardı →

Oriqami

Oriqami (折り紙) yaponca “ori” qatlamaq və “qami” kağız sözlərindən ibarət olub, kağız qatlama sənətinə verilən addır. Bu sənətdə yapışqandan və hər hansı bir kəsici alətdən istifadə olunmur. Oriqami ilə canlı cansız fiqurları hazırlanır və bu iş üçün rəngli rəngsiz kağızlardan, hətta kağız puldan istifadə olunur.
Ardı →